Mentollu siqaret qadağasını pozan “mentol topları” rəflərdə açıq şəkildə satılmağa başladı. Siqaretin süngərinə şprisə bənzər mexanizm vasitəsilə vurulan kiçik toplar uşaqların rahatlıqla çata bildiyi şokolad və ya saqqız rəflərinin düz yanında satışa çıxarılıb. Bu məhsulların izini İstanbulda izlədik. Orta hesabla 20 TL-yə satılan topların içindəkilər barədə məlumat yoxdur. Satıcılar məlumat verməkdən çəkinirlər. Mütəxəssislər isə mentollu topların sağlamlığa daha zərərli və qanunu pozan məhsul olduğuna dair xəbərdarlıq edirlər.