25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qurban Məmmədova görə Fərzəliyevin “başı kötük”də… – Detallar

07 Sentyabr 2020, 12:16
Gündəm, Manşet
A A
Qurban Məmmədova görə Fərzəliyevin “başı kötük”də… – Detallar

Prezident İlham Əliyevə və ailəsinə təhqirlər, hədyanlar yağdıran, əndazəni aşan nalayiq ifadələr işlədən “Freedom” TV-nin sahibi Qurban Məmmədovla bağlı skandalda adı keçən Bakının Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin “kəlləsi kötük üstə”dir.

Bu haqda Reportyor.info-ya etibarlı qaynaqdan verilən məlumata görə, icra başçısının prezidentin sabiq köməkçisi Əli Həsənovla işbirliyi, Q.Məmmədov məsələsində rolu onun sonunu yaxınlaşdırıb.

Sirr deyil ki, Qurban Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və dövlət başçısının keçmiş köməkçisi Əli Həsənovun himayəsində böyük var-dövlət yığıb.

Bu barədə sentyabrın 4-də bir sıra hakimiyyətyönlü KİV-lərdə, o cümlədən ATV telekanalında yayılan materialda iddia olunur.

İddialara görə, Qurban Məmmədov Nərimanov İH əməkdaşı Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib. Habelə, müxtəlif yerlərdə ona ərazilər, mal-mülk bağışlanıb. Siyahı az sonra…

İndisə bu hadisələrdən sonra Nərimanovun icra başçısının hali-qəziyəsini təsvir edək: gələn məlumatlara görə, A.Fərzəliyev qorxu, təşviş içindədir. Onu təkcə vəzifəsindən azad edilməsi yox, barəsində araşdırmalar aparılması, istintaqa cəlb olunması gözləyir.

İcra başçısının Mehdiyev-Həsənov-Məmmədov triosunun xəyanət oyunlarında yer alması, prezidentə qarşı gizli müttəfiqlikdə rol oynaması, həmin mülklərlə bağlı dövlət başçısına məruzə etməli olduğu halda Mehdiyev və Həsənovun diktəsi ilə hərəkət etməsi ona baha başa gələcək.

İ.Əliyevə qarşı gedən Qurban Məmmədova Nərimanovda geniş şərait yaratmaq, əmlaklar peşkəş etmək A.Fərzəliyevin prezidentə xəyanəti kimi dəyərləndirilir.

Çünki icra başçısını prezident təyin edir, onun nümayəndəsidir, birbaşa özünə çıxış imkanı var və Nərimanov rayonu ilə bağlı ciddi bir məsələni şəxsən ölkə başçısına məruzə etməlidir.

Amma göründüyü kimi, Fərzəliyev Mehdiyevə xidmət edərək Q.Məmmədov üçün rayonda bütün imkanları yaradıb, prezidentdən gizlədib.

Əvəzində isə gecə-gündüz dövlətin, prezidentin fəaliyyətindən tərif danışan A.Fərzəliyev əslində saxtakarlığa gedib. Onun əmlaklar verdiyi şəxs – Qurban Avropadan hər gün Fərzəliyevi vəzifəyə təyin edən prezidentə nələr demir…

İddialara görə, icra başçısı vəzifəsindən azad ediləcək. Fərzəliyevin Ə.Həsənovla R.Mehdiyevə daha hansı işlərdə biət etdiyi araşdırılır.

Qeyd edək ki, 2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC tikinti aparmaq üçün ərazidə söküntü işlərinə başlayıb, Məmmədov təzminat olaraq ona verilən daşınmaz əmlakı qəbul etməyib.

Bundan sonra Əli Həsənov rayon icra başçısı Abdin Fərzəliyevə “məsələni həll etməyi” tapşırıb.

Fərzəliyev məsələni uzatmağa çalışıb, amma Ramiz Mehdiyev ona zəng edib və məsələni dərhal Məmmədovun xeyrinə həll etməyi əmr edib.

Nəticədə Məmmədova M.Nağıyev küçəsi, 2 a ünvanında tikilən binada üç mənzil verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kv. m. təşkil edib.

Bundan başqa, Məmmədova 909 kv. m. sahəsi olan qeyri-yaşayış məkanı və 80 kv. metrlik qaraj verilib.

Məmmədov saxtalaşdıma yolu ilə ümumilikdə “Atlant İnşaat” şirkətinin binasında 1295.5 kv. m. ərazi əldə edib.

Məmmədovun bu sahə üçün 1.324.000 manat (təxminən 800 min dollar) ödəməsi haqqında iddialara baxmayaraq, faktiki olaraq,  bu pul ödənilməyib, deyə ATV-nin materialında iddia olunur.

Əli Həsənov və Abidin Fərzəliyev dəfələrlə Rusiyaya – Moskvaya və Həştərxana gizli səfərlər ediblər və orada məxfi danışıqlar aparıblar.

Onlar Rusiyanın müvafiq orqanların ilə sövdələşmə nəticəsində kriminal keçmişi olan Frenk Alkapone kimi tanınan (Fizuli Məmmədov) şəxsin Azərbaycanlıların diaspor təşkilatının rəhbəri təyin edilməsini razılaşdırıblar.

Əvvəlki yazı

Etibar Hüseynov da Ramiz Mehdiyevə qarşı çıxdı

Sonrakı yazı

Yasamalın başçısı 1-ci müavin təyin etdi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.