Toqquşmalarda azı 3 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilir. Yerli mənbələr dünən səhər saatlarında başlayan qarşıdurmalarda pulemyot və minaatanlardan istifadə edildiyini bildirib. Münaqişənin başlamasında tərəflər bir-birini günahlandırsa da, 2 iranlı sərhədçi və bir Taliban yaraqlısının öldürüldüyü bildirilib. Bildirilib ki, qarşıdurma səbəbindən sərhədin Əfqanıstan tərəfindəki yaşayış məntəqələri boşaldılıb. Münaqişənin predmeti Əfqanıstanın ən uzun çayı olan Helmanddır. Paytaxt Kabildən 40 km aralıda başlayan çay 1150 km keçərək İranın Hamun gölünü qidalandırır.
BÜTÜN ÖLKƏYƏ YAXIN
Münaqişə İran prezidenti İbrahim Rəisinin Talibana onların Helmand çayında sudan istifadə hüquqlarını pozmamaq barədə xəbərdarlığından sonra baş verib. İran Meteorologiya Təşkilatının məlumatına görə, hazırda ölkənin 97 faizində quraqlıq hökm sürür və bu regionda gərginliyi artırır. Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatına görə, dünən qarşıdurmaların davam etdiyi bir vaxtda İranın Əfqanıstandakı səfiri Taliban rəsmiləri ilə Helmand çayının su hüquqlarını müzakirə edib. İran mətbuatı da görüşü təsdiqləyib. Digər tərəfdən, son günlər sosial şəbəkələrdə Taliban tərəfdarı hesablarda İrana qarşı ayağa qalxmağa çağıran yazılar diqqət çəkir.