03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qulu Məhərrəmli: “Bu görüş ictimaiyyətin səsini eşitmək istəyi idi”

23 İyul 2020, 09:43
Cəmiyyət
A A
Qulu Məhərrəmli: “Bu görüş ictimaiyyətin səsini eşitmək istəyi idi”

Prezidentin köməkçisi Anar Ələkbərovun ictimai xadim və ziyalılarla görüşü cəmiyyətdə maraqla qarşılanıb. Görüşdə bir sıra tanınmış şəxslər iştirak ediblər.

Onların arasında deputatlardan Qənirə Paşayeva, Erkin Qədirli, Hikmət Babaoğlu, professor, tənqidçi Qulu Məhərrəmli, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı, yazıçı Çingiz Abdullayev, bəstəkar Fərhad Bədəlbəyli, şair Şəhriyar Del Gerani və başqaları var idi.

Prezidentin köməkçisi ilə görüşün təəssüratlarını bizimlə bölüşən telejurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, bu görüş ictimaiyyətin səsini eşitmək istəyi idi:

Onun sözlərinə görə, çünki burada müxtəlif sahələri təmsil edən insanlar toplaşmışdılar, onlar A.Ələkbərova öz fikirlərini açıqladılar.

Q.Məhərrəmli iki əsas mövzu üzərində müzakirə getdiyini vurğuladı: “ Birincisi, pandemiya şəraitində ölkədə yaranmış vəziyyət, görülən işlər, uğurlar və təbii ki, nöqsanlar danışıldı.

Digər məsələ isə Tovuz istiqamətində baş verən hadisələr, cəbhədəki gərginlik, eyni zamanda Bakıdakı orduya dəstək yürüşü, o cümlədən Azərbaycana qarşı sosial şəbəkələrdə təxribatlar müzakirə edildi”.

Professor bildirdi ki, əvvəlcə pandemiya ilə bağlı görülən işlər haqda hesabat verildi, mobil xəstəxanaların qurulması, ölkəyə dəvət olunan xarici mütəxəssislər və koronavirus testləri ətrafında suallar oldu: “Bundan əlavə, karantin rejiminin uzadılmasının nə dərəcədə effektli  olması barədə sorğular səsləndi, karantinin yumşaldılması, çimərliklərin açılması təklifləri səsləndi. Eyni zamanda sosial təminatın yaxşılaşdırlması, 190 manatın verilməsi ilə bağlı nöqsanlar dilə gətirildi”.

Onun sözlərinə görə, daha sonra Tovuz hadisələrinin mediada necə işıqlandırılması, cəmiyyətin reaksiyası müzakirə olunub, 14 iyulda keçirilən yürüş-mitinqin dövlətlə xalq arasında həmrəylik, müsbət hal olması kimi qiymətləndirilib: “Xüsusi olaraq, sosial şəbəkələrdə orduya və Azərbaycana qarşı təxribatlardan söz açıldı, bunların qarşısı necə alınmalıdır, vətəndaşlar necə ayıq-sayıq olmalıdır, bütün bunlarla bağlı fikir mübadiləsi oldu. Belə qənaətə gəldim ki, medianın vəziyyəti ilə əlaqədar xüsusi görüş nəzərdə tutulur. Ümumiyyətlə, görüşün atmosferi mənə xoş gəldi. Yəni, görüntü yaratmaq xatirinə təşkil olunmayıb. Hər halda müstəqil fikri olanlar var idi və onlar məsələləri çəkinmədən açıqladılar”.

Q.Məhərrəmli hesab edir ki, bir görüşdə bütün məsələləri əhatə etmək mümkün deyil, bununla yanaşı bu cür fikirlərin səslənməsi və ölkənin ali rəhbərliyinə çatdırılması, tədbirlər görülməsi çox əhəmiyyətlidir:

“Əgər belə görüşlər nəticə verəcəksə, davam etdirmək vacibdir ki, cəmiyyətin səsi eşidilsin. Cəmiyyətin səsi eşidiləndə nöqsanları da aradan qaldırmaq olur.

Bu görüşlərin davam etdirilməsinin tərəfdarıyam, konstruktiv, qarşılıqlı hörmət, cəmiyyətin maraqlarına xidmət ruhunda görüşlər olmalıdır. Belə halda indiki həssas həmrəyliyi qoruya bilərik”.

Əvvəlki yazı

Afaq Bəşirqızı: “Daha bəsdir, hüquq-mühafizə orqanlarına müraciət edəcəm”

Sonrakı yazı

“Rusiya Azərbaycana heç nə edə bilməz” – Deputat

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.