03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

02 İyul 2018, 09:34
Cəmiyyət
A A
Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

“Bəzən təbiət etibarilə hökumətin ən qorxaq üzvü deputatlara münasibətdə şir kimi çıxış edir”

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında bir sıra vacib məsələlər, o cümlədən büdcə ilə bağlı qanun layihəsi  qəbul edildi. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev iclasda çıxış üçün təkid edənlərdən oldu, amma qanun layihələrinin çoxluğunu əsas gətirən sədarət çıxışa imkan yaratmadı. Maraqlıdır, partiya sədri nələrdən bəhs etmək istəyirmiş? Gündəmin aktual məsələlərindən bəhs edən söhbətimizdə bu barədə də danışdıq. Qüdrət bəyin qeyri-neft sektoru ilə bağlı çox maraqlı təklifləri varmış, onları qəzetimizə açıqladı.

 

– Qüdrət bəy, parlamentin fəaliyyətini millət vəkili olaraq necə dəyərləndirirsiniz?

– Parlamentin üzvü olaraq insanlarımızı narahat edən bir çox problemlərlə bağlı məsələ qaldırırıq, hökumətin diqqətinə çatdırırıq, bəzi problemləri qabardırıq, təkliflər veririk. Yəni parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul deyil. O baxımdan hesab edirəm ki, kafi qiymətləndirmək olar. Xarakter etibari ilə maksimalist olmasam da, həmişə çalışmışam ki, daha çox nələrsə edilsin, daha çox şeylər də etmək olar. Onu da qəbul edirəm ki, bir çox məsələlər var, onlar birbaşa xalqımızın inkişaf səviyyəsinə bağlıdır, cəmiyyətin inkişafı ilə əlaqədardır. Yəni burada artıq hansısa siyasi qüvvənin apardığı islahatların rolundan çox, xalqın inkişaf səviyyəsi önəmli rol oynayır. Yəni bu xalq iqtidarı formalaşdırır, iqtidar da o xalq üçün hansısa addımlar atır, qərarlar qəbul edir. Bunlar bir-biri ilə üzvü surətdə bağlıdır. Necə deyərlər, hər bir xalq öz iqtidarına, hər bir iqtidar da öz xalqına layiqdir.

– Cəmiyyətdə parlamentə qarşı qıcıqlı münasibət hər zaman müşahidə olunmaqdadır, xüsusilə də son illərdə. Əksəriyyət hesab edir ki, deputatlar onların problemlərini görməzdən gəlirlər. Bu, nədən irəli gəlir, deputatların sözünü eşidən yoxdur, parlamentin səlahiyyətləri azdır, ya başqa səbəb var?

– Azərbaycan prezidentli respublikadır və prezidentli respublikalar üçün də xarakterik hal ondan ibarətdir ki, dövlət başçısı daha geniş səlahiyyətlərə malik olur, həm də hökumətin rəhbəri kimi. Bir çox hallarda da onun nüfuzu hakimiyyətin digər qanadlarını əzir. Qanunverici orqanı da, məhkəmə hakimiyyətini də. Yəni bu, tək bizim üçün xarakterik hal deyil, bu tipli ölkələr üçün xarakterikdir. Ona görə də mən həmişə o təkliflə çıxış edirəm ki,  biz nə qədər Qərb standartlarına uyğun demokratik cəmiyyət qura bilməmişik, Azərbaycan parlamentli respublika modelinə keçid eləsə, bu, ölkədə bir çox yeni ənənələrin yaranmasına, formalaşmasına xidmət etmiş olar. Parlamentli respublika modelinə keçsək, sizi əmin edirəm ki, hakimiyyət bölgüsü real məzmun kəsb edəcək. Bir çox hallarda əlbəttə, bizim qaldırdığımız məsələlərin öz həllini tapmamasının səbəbi, yaxud parlamentdə səslənən məsələlərə hökumət üzvlərinin bəzən həddindən artıq əsəbi reaksiya verməsi, tutaq ki, deputat kimdir hansısa problemdən danışır, yaxud hansısa problemi qabardır… Bunlar artıq fərqindədir ki, parlament onlar haqqında tədbir görə bilməz. Onu hiss etdikləri üçün bəzən görürsən təbiət etibarilə hökumətin ən qorxaq üzvü deputatlara münasibətdə şir kimi çıxış edir.

– İclasların birində spiker Oqtay Əsədov da hökumət üzvlərinə məhz belə münasibətlərinə görə təpindi. Deputatların telefonlarının qaldırılmaması da artıq adi hala çevrilib. 

– Bəli. Bunun səbəblərini söylədim və mövzunun üzərində çox dayanmaq istəmirəm. Səbəbi odur ki, sözün doğrusu, parlamentdən çəkinmirlər.

– Qardaş Türkiyədə də prezident üsul-idarəçiliyinə keçildi. Bundan sonra Azərbaycanın parlamentli respublikaya keçməsi real görünürmü?

“Yeni təyin olunanlar qanun layihələri hazırlamaqla islahatlar aparmaq gücündə deyilsə, heç bir dəyişiklik olmayacaq”

-Hazırda İlham Əliyev 7 il müddətinə prezident seçilib və bu müddət ərzində o, dövləti  idarə edəcək. Söhbət mənim arzu-istəklərimdən və cəmiyyətin bunu nə dərəcədə qəbul edəcəyindən gedir. Hər halda bu, bizim partiyanın məsələlərə yanaşmasıdır. Mən çox istərdim ki, Azərbaycanda doğrudan da yuxarıdan islahatlar yolu ilə biz parlamentli respublika modelinə keçək. İlk mərhələdə növbəti parlament seçkilərini proporsional seçki sistemi əsasında keçirmək olar. Sonra konstitusiyaya dəyişiklik edib 2025-ci ildən parlamentli respublikaya keçə bilərik. İndi Cənubi Qafqazın digər iki respublikası da artıq parlamentli respublika modelinə keçib.  Ukraynada qarışıq model idi, indi onlar da tam parlamentli respublika modelinə keçmək istəyirlər. Bu baxımdan Azərbaycan üçün də keçmiş sovet respublikası kimi, parlamentli respublikaya keçid daha məqsədəuyğundur. Türkiyə bizə qardaş ölkədir, bizim onların daxili  işlərinə müdaxilə etməyimiz doğru deyil. Bilirsiniz ki, Türkiyə Suriyada müharibə aparır. Türkiyə xalqı indiki mərhələdə prezidentli respublika modelini məqbul saydı. Amma ola bilsin ki, bir müddətdən sonra Türkiyə yenidən parlamentli respublika modelinə qayıtsın. Dünya təcrübəsinə baxsaq, demokratik ölkələrin 99,99 faizi parlamentli respublikadır. ABŞ istisna olmaqla. Fransada da hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır, baxmayaraq ki, prezidentli respublikadır. Qərbi Avropa ölkələrinin də hamısı parlamentli respublikadır. Demokratiya da Qərbdən, Qərbi Avropadan yayılıb. 100 il qabaq elə biz də parlamentli respublika qurmuşduq.

– Yeri gəlmişkən, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialar hələ də tam aradan qalxmayıb. Belə bir gözləntiniz varmı?

– Bir gün öncə bizim keçmiş deputatlardan biri mənə dedi ki, guya Avropa Birliyi ilə Azərbaycan arasında payızda növbədənkənar seçkilərin keçirilməsi barədə razılaşma var. Amma mən bu fikri ciddi qəbul etmirəm. Hansı vəziyyət diktə edir ki, Azərbaycan növbədənkənar parlament seçkilərinə getsin? Yazda prezident seçkiləri keçirilib, hazırkı parlamentin fəaliyyətinin başa çatmasına isə iki il var. Belə bir halda növbədənkənar seçki keçirilməsinə nə ehtiyac var? Əgər xüsusilə vacib insanlar varsa ki, onlar parlamentə gəlməlidir, onda da 6 boş yer var, payızda həmin boş yerlərə seçki keçirilə və onlar ora seçilə bilər.

– Az yer deyil. Elə isə niyə seçki keçirilmir?

– Konstitusiya da tələb edir ki, seçki keçirilməlidir. Seçkinin keçirilməsi konstitusion tələbdir, amma indi hökumət seçkini keçirmirsə… Konstitusiyanı müdafiə edəcək başqa bir qurum yoxdur ki, iqtidarı məcbur eləsin ki, sən konstitusiyaya əməl elə və 6 yerə seçki keçir!

– Hökumətdən danışmışkən, artıq Baş nazirin rəhbərliyi ilə yeni komanda iş başçındadır, nazirlərin bir çoxu əvəzlənib. Dediklərinizdən belə çıxmırmı ki, hökumətin fəaliyyətində əvvəlki dövrlərlə müqayisədə əsaslı fərq yoxdur?

– Mən nazirlərin hamısının üzərinə kölgə salmaq istəmirəm. Amma yeni nazirin əvvəlkindən ciddi fərqi o zaman görünəcək ki, – bilirsiniz ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlar qəbul etmək səlahiyyəti var – hansısa nazir məsul olduğu sahənin yenidən qurulması ilə əlaqədar olaraq hansısa bir qərar qəbul edir. Qərara alır filan işlər görülsün: bir, iki, üç… Əgər hər hansı sahədə işin yenidən qurulması ilə əlaqədar olaraq yeni təyin olunanların əksəriyyəti özündə cəsarət tapıb belə bir normativ xarakterli sənəd hazırlamaq, yaxud  qanun layihələri hazırlamaqla islahatlar aparmaq gücündə deyilsə, sadəcə köhnə nazirin vaxtilə vəzifəyə irəli çəkdiyi adamları uzaqlaşdırıb, özünün dost-tanışını vəzifələrə təyin etməyi islahat kimi qəbul edirlərsə, burada heç bir dəyişiklik olmayacaq. Bir çox hallarda o dəyişilən kadrlar – bu barədə parlamentdə də fikirlər səslənib – heç təyin olunduğu sahələri bilməyən adamlardır. Sadəcə yaxşı inzibatçıdır, kiminsə dostudur, nazirin iş yoldaşı olub. Beləliklə, nazir onu gətirib yeni vəzifəyə təyin edir. Amma onun həmin sahədən başı çıxır, o sahəni idarə edə bilər, ya bilməz, bu, artıq başqa məsələdir. Ya da hansısa bir adam əvvəl işlədiyi yerdə rüşvət almayıbsa, yalnız bu fakta görə gətirilib hansısa sahəyə rəhbər qoyulursa, düşünmürəm ki, bu, xalqın, prezidentin gözlədiyi ciddi nəticələri verəcək.

– Son iclasda demək istədikləriniz var idi, amma sizi eşidə bilmədik. Buyurun, fikirlərinizi açıqlayın qəzetimiz vasitsilə…

– Hazırkı vəziyyətə baxın, Azərbaycan prezidenti sərəncam imzalayıb, ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı səhmdar cəmiyyət yaradıb. Mən iclasdan sonra spikerlə də söhbətimdə bu barədə dedim. Yaxşı, indi büdcənin müzakirəsinə imkan olmadı və söz verilmədi. Amma heç olmasa hökumətin qarşısında məsələ qaldırılsın. Bu gün fermer soğanın kisəsini 3 manata satır, bunu heç Allah da qəbul eləməz. O qiymətə məhsulu yerdən qazıb çıxartmağa dəyməz. Kartofun kiloqramı 20 qəpikdir. Bir müddət sonra nə baş verəcək? 3-4 aydan sonra bizim dövlət ehtiyacları üçün xaricdən həmin ərzaq məhsulları bir neçə dəfə baha qiymətə alınacaq. Halbuki həmin o soğan, kartof, sarımsaq bizim fermerlərdən alınmalı, soyuduculara yerləşdirilməlidir və həmin o səhmdar cəmiyyət dövlət ehtiyacları üçün bunu satmalıdır. Mən oxuyuram, səhmdar cəmiyyətin Masallı regionu üzrə nümayəndəsinə “Azadlıq” Radiosunun müxbiri sual verir ki, bəs, siz niyə kartofu camaatdan almırsınız? Deyir biz yalnız uşaq bağçalarına kartof veririk. Bu, nə dərəcədə doğrudur, ya yox, deyə bilmərəm. Məndə olan məlumata görə, bəzi dövlət orqanları həmin cəmiyyətin nümayəndələrini ümumiyyətlə, qapıdan qovurlar. Bilirsiniz niyə? Çünki onlardan məhsul almaq sərf eləmir, çünki o halda “otkad” söhbəti artıq alınmır. İndi müəyyən iş adamları Azərbaycanın kartofunu 15-20 qəpiyə alıb, Rusiyaya daşıyırlar. Bu gün Rusiya bazarında kartof 40 qəpikdir. Payızda biz Rusiyadan kartofu 80 qəpik-1 manata alacağıq. Hökumət bu işlərlə məşğul olmalıdır, fermerləri düşünməlidir.

– Kombayn problemi də yaşanır. Kənd Təsərrüfatı Nazirliyindən deyirlər ki, onlar cəmi iki aydır iş başındadırlar, amma problem kifayət qədər ciddidir…

– Parlamentdə imkan olmadı, olsaydı, bu məsələni qaldıracaqdım. Əvvəllər də məsələ qaldırmışam ki, “Aqrolizinq” Cəmiyyəti ləğv olunmalıdır. Sahibkara güzəştli qiymətlərlə nə texnika satmaq, nə gübrə vermək lazım deyil. Sahibkar gübrəni başqa gübrə satan sahibkardan almalıdır. Sadəcə olaraq fermerlərin ucuz kreditə çıxışı olmalıdır. Sonra da fermer həm qazanc götürməlidir, həm də xərclədiyi pulu çıxarmalıdır. O, malını normal qiymətə satmalıdır. Hökumət sadəcə tənzimləyici funksiya yerinə yetirməlidir. Elə etməlidir ki, həmin o fermerin məhsulu onu razı salan qiymətə alınsın. Bunun üçün də Tədarük və Təchizat Səhmdar Cəmiyyəti yaradılıb. Büdcədən ona pul ayrılmalı idi. 2 milyard ki, büdcəyə əlavə vəsait ayrıldı, o vəsaitdən heç olmasa 50 milyon həmin Səhmdar Cəmiyyətə ayrılmalı idi. O qurum da gedib camaatın məhsulunu almalıdır. Fermerlərlə bağlı bəzi kadrlara baxırsan, adamın ürəyi parçalanır. Nə torpaqda saxlaya bilirlər, nə də normal qiymətə sata. Sahibkar deyir heç olmasa kartofu 40 qəpiyə alın ki, biz də qazanaq. İkincisi, xırda sahibkarlar niyə gedib özünə kombayn, ya traktor almalıdır? Bunun üçün dövlət stimullaşdırmalıdır ki, başqa hansısa sahibkar da gedib özünə 10 traktor, ya kombayn alır və onunla digər fermerlərə müqavilə əsasında xidmət edir. Yoxsa fermer texnikanı alır, 2-3 günə işini görür,  sonra gərək o texnika onun həyətində ilin 363 günü qalsın. Azərbaycanda bax, bu işləri təşkil etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi bu cür tənzimləyici işlərlə məşğul olmalıdır. Ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarında sistem islahatları aparılmalıdır. Bu işlər görüləcəyi təqdirdə vəziyyəti köklü şəkildə dəyişmək olar. Yoxsa zorla məcbur etmək ki, sən get, filan kənd təsərrüfatı məhsulunu yetişdir, yetişdirəndən sonra da qiymətdə razılıq əldə olunmasın, bu, inkişafa aparmayacaq. Niyə dövlət gətirib texnika satmalıdır? Sahibkar ehtiyac hiss edirsə, qoy gedib kredit götürsün, özünə texnika alsın. Niyə “Aqrolizinq” gətirib onu satmalıdır? Hamısı maxinasiya, rüşvət üçün yolların qoyulmasıdır. Hər halda indi də gec deyil. Mütləq təchizat idarəsinə vəsait ayrılmalıdır. Fermerlər yazıqdırlar, onlar çəkdiyi zəhmətin qarşılığında qazanc götürsünlər ki, gələn il də torpağı becərməkdə maraqlı olsunlar.

-Qüdrət bəy, yay tətilini harada keçirəcəksiniz?

-Sözün düzü, istirahət üçün harasa getməyi planlaşdırmıram. Yəqin ki, Bakıda olacağam. Ola bilsin həftənin şənbə-bazar günləri ölkəmizin rayonlarına getdim. Amma hansısa bir xarici ölkəyə gedib dincəlmək planı yoxdur.

-Eşitmişəm yaxşı üzgüçüsünüz. Yəqin dənizə gedəcəksiniz…

-Təəssüflər olsun ki, Xəzər həddindən artıq çirklənib. Son illər demək olar ki, mən çimərliyə getmirəm. Çirkli olduğu üçün dəniz, çimərliklər məni çəkmir. Vaxtilə çimərliklərə getməyi, üzməyi çox xoşlayırdım. Türkiyədə, yaxud Avropa ölkələrindəki çimərliklər çox təmizdir. Amma Xəzər, xüsusən də Azərbaycan tərəf həddindən artıq çirklidir.

-Çirklənməyinə baxmayaraq, Xəzər hasarlanıb, özəl çimərliklərdə giriş qiyməti kəllə-çarxa qalxıb. Nəhayət, bu vəziyyətlə bağlı tədbir görmək lazım deyilmi?

-Özəl çimərliklər də ola bilər, mənim fikrimcə, olmalıdır. Amma paralel qaydada bələdiyyə çimərlikləri də fəaliyyət göstərməlidir və oraya giriş tam azad olmalıdır. Bizim bələdiyyələr, Bakı Şəhər İcra Hakimiyyəti bəyan edir ki, pulsuz çimərliklər var. Həqiqətən də var. Amma çox təəssüf ki, orda xidmət yaxşı səviyyədə qurulmayıb. Odur ki, insanlar daha çox özəl çimərliklərə üstünlük verir. Bu da onlara xeyli baha başa gəlir. Odur ki, bir qrup insanlar dənizdən istədikləri ləzzəti ala bilmir. Axı, insanlar təkcə çimmək üçün çimərliyə getmir, həmçinin hansısa xidmətlərin göstərilməsini istəyir. Bax, ictimai çimərliklərdə xidmət işi çox pis təşkil olunub, həmçinin qiymətlər çox baha olduğundan hər bir vətəndaş bundan istifadə edə bilmir.

 “Bu gün ən yaxşı təsir bağışlayan komanda Belçikadır”

-Siz futbol həvəskarı olmaqla yanaşı, özünüz də futbolçusunuz, parlamentin futbol komandasında da oynayırdınız. Rusiyada keçirilən Dünya çempionatı ilə bağlı proqnozunuz maraqlıdır. Çempion hansı komanda olacaq? 

-Mənim qənaətimə görə, bu çempionat sürprizlərlə doludur. Elə Almaniyanın 1/8 finala çıxa bilməməsi, Argentinanın çox çətinliklə 1/8finaladək gəlib çıxa bilməsi, Portuqaliyanın evə yollanması və s. sürprizlərdəndir. Kolumbiya, Meksika da var, elə fransızlar bu günə qədər uduzmayıblar. Messiya görə mən də istərdim ki, Argentina qrupda qalsın, amma olmadı. Bu gün ən yaxşı təsir bağışlayan komanda Belçikadır. Bu komanda kifayət qədər yaxşı təsir bağışlayır. Birmənalı şəkildə çempionun Belçika olacağını demək çətindir,  amma fikrimcə, çempion olmağa layiq komandadır…

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Əvvəlki yazı

Tramp Krımı Rusiya ərazisi kimi tanısa… Qarabağa da təhlükə?

Sonrakı yazı

“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.