25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qüdrət Həsənquliyev 93-cü il hadisələrindən danışdı:”Səhv onda oldu ki, AXC ən yaxın müttəfiqini rəqibə çevirdi” – MÜSAHİBƏ

15 İyun 2019, 11:21
Manşet
A A
Qüdrət Həsənquliyev 93-cü il hadisələrindən danışdı:”Səhv onda oldu ki, AXC ən yaxın müttəfiqini rəqibə çevirdi” – MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər yenidən geniş müzakirə olunan 1993-cü il hadisələri ilə bağlı partiyasının mətbuat xidmətinə müsahibə verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

– Qüdrət bəy, 1993-cü ildə AXC-nin iflasa uğramasının əsas səbəbi nə idi?

– Əsas səbəb Xalq Hərəkatının önünə xalqımızın siyasi və idarəetmə təcrübəsi olan güclü liderlər çıxara bilməməsi idi. Bu da xalqımızın inkişaf səviyyəsinə birbaşa bağlı olan məsələdir. O zaman Pribaltika respublikalarından fərqli olaraq az-çox idarəetmə təcrübəsi olan Azərbaycan Kommunist Partiyası rəhbərliyinin səriştəsizliyi və qorxaqlığı, insanları küçələrə çıxarsalar da hərəkatın önünə keçməyə cəsarət etməmələri şərait yaratdı ki, təcrübəsiz, savadsız, bir çox hallarda elementar tərbiyəsi olmayan, psixi qüsurlu insanlar da Xalq Hərəkatının önünə çıxa bilsin. Bu insanlar isə çətin siyasi şəraitdə və müharibənin davam etdiyi bir zamanda ölkəni dalana gətirməliydilər və gətirdilər də. Xuliqanlıq, sözün həqiqi mənasında lotuluq edən nazirlər, siyasiləşmiş səhra komandirləri qısa bir zamanda iqtidarı tam olaraq xalqın gözündən saldı. Təsadüfi deyildi ki, Elçibəy Surətin qiyamı ərəfəsində korrupsiyaya həsr olunmuş müşavirə keçirmək məcburiyyətində qalmışdı və həmin müşavirədə açıq formada bəyan etdi ki, xalq rüşvətin miqyasını görüb, kommunistlərin atasına rəhmət oxuyur. Elçibəy bəyan etdi ki, korrupsiya elə bir vüsət alıb ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmadığı halda, bizim yanacaq müxtəlif yollarla Ermənistana satılır…

Bütün bunların nəticəsi olaraq, 4 iyun qiyamı zamanı xalq iqtidarın çağırışına cavab verib Prezident Administrasiyasının qarşısına gəlmədi. Yanlış xarici siyasət ona gətirib çıxardı ki, nəinki qonşu dövlətlər, beynəlxalq birlik, hətta qardaş Türkiyə də iqtidarı qiyam zamanı ciddi müdafiə etmədi.

– Niyə belə düşünürsünüz?

– Türkiyə istəsəydi, hökumət bacarmasa belə, azacıq kömək etməklə Surətin dəstəsinin Nəvaidə tərkisilah edilməsini təmin edə bilərdi. Qiyamdan sonra Dəmirəl təkidlə Elçibəydən tələb edirdi ki, Heydər Əliyevi Bakıya dəvət etsin.

– Qüdrət bəy, AXC hakimiyyəti dövründə Heydər Əliyevə münasibət necə idi?

– İlk böyük səhv ondan ibarət oldu ki, Prezident seçkiləri ərəfəsində Heydər Əliyevin seçkilərdə iştirakını mümkünsüz edən yaş senzi aradan qaldırılmadı. Heydər Əliyevin Naxçıvanda Ali Məclis Sədri seçilməsində AXC-nin müstəsna xidmətləri olmuşdu. Heydər Əliyev də AXC-nin hakimiyyətə gəlişində müstəsna rol oynadı. 1992-ci ilin 14 mayında Mütəllibov qanunsuz olraq yenidən hakimiyyətə gələndə, AXC liderləri nə etmək lazım olması barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Heydər Əliyevə zəng edib məsləhət istədi. Heydər Əliyev məsləhət bilmişdi ki, qorxmadan onun üstünə getmək lazımdır. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısında toplanmış insanlara məlumat verəndən sonra insanlar Milli Məclisə doğru yürüş etdilər, Mütəllibovu Rusiya qaçırdı və AXC hakimiyyətə gəldi. Amma Bakının yanlış siyasəti sayəsində qısa müddət sonra münasibətlərdə ciddi problemlər yarandı. AXC Heydər Əliyevin təcrübəsindən və böyük dövlət xadimi kimi imkanlarından istifadə edə bilmədi. Ən yaxın müttəfiqini ciddi siyasi rəqibə çevirdi.

– Qüdrət bəy, Heydər Əliyevin hakimiyyətə gələndən sonra 33 AXC batolyonunu buraxması və ölkəni ermənilər qarşısında müdafiəsiz qoyması, atəşkəs sazişi imzalaması barədə ittihamlarla bağlı nə deyə bilərsiniz?

– Bu iddialar cəfəngiyyatdır. AXC-nin 33 batolyonu var idisə, niyə Nəvaidə Surətin qarşısına çıxarmaq üçün Naxçıvandan, əsasən cəbhəçilərdən təşkil olunmuş bir dəstə gətirilirdi? Həmin dəstə də ilk atəş səslərindən sonra qaçıb getdi.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu.

Atəşkəs sazişinə gəldikdə isə, ölkənin iqtisadiyyatı dağılmışdı, müharibəni davam etdirib qalib gəlmək mümkünsüz idi. Ona görə də atəşkəs elan olundu, neft müqavilələri imzalandı. Nizami ordu quruculuğuna başlanıldı. MDB-yə qoşulmaqla Rusiyadan qaynaqlanan təxribatların miqyasını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycanın başqa bölgələrində başladılmış etnik seperatizmə ciddi zərbə vuruldu. Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu, ölkədə sabitlik təmin edildi.

Əvvəlki yazı

Bakıda qətl:20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Sonrakı yazı

G20 ölkələri enerji nazirlərinin görüşü olacaq- Yaponiyada

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.