Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
in SEÇMƏ
A A
0
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
0
SHARES
47
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Qubadlı rayonu Tinli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Corat bağları Göygöl küçəsi, ev 102 ünvanında məskunlaşmış Əliyev Əlövsət Mikayıl oğlu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müraciət edib. Reportyor.info müraciəti olduğu kimi təqdim edir:

Oğlum Əliyev Babək 1989-cu ildə Qubadlı rayonu Tinli kəndində anadan olub.1996-2007-ci illdərdə Sumqayıt şəhər, 39 saylı tam orta məktəbində təhsil alıb, 11-ci sinifini bitirib. 2008-2014-cü illərdə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində ali təhsil alaraq, Jurnalistika ixtisasına yiyələnib. 2014-2015-ci illərdə hərbi xidmətdə olub.2016-cı ildə ailə həyatı qurub. İki övladı var.

2019-cu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə gizir hərbi rütbəsində xidmətə qəbul olub. Xidmət etdiyi müddət ərzində, dünyada və Azərbaycanda yayılan korona virus pandemiyasına qarşı həmçinin ikinci Qarabağ müharibəsi zamanı üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirib, komandir heyəti tərəfindən təşəkkür alıb.

Sizə müraciətimin səbəbi 2021-ci il aprel ayının 15-də Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalında baş verən korrupsiya faktları ilə bağlı baş həkim və onun köməkçilərinin barəsində başlanmış cinayət işi ilə əlaqədardır. Belə ki, oğlum 20.04.2021-ci tarixdə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə həmin cinayət işinin istintaqı ilə bağlı çağrılıb. Buna səbəb həbs edilənlərdən biri ilə, yəni həmin hospitalda qeydiyyatçı vəzifəsində işləyən İmanlı Taleh Mövlamverdi oğlu ilə qohumluq əlaqəsinin olması idi.

Hər ikisi eyni qrumda işləyirdi. Oğlum hərbi qulluqçu kimi, o, isə həmin hospitalda inzibati heyətdə qeydiyyatçı vəzifəsində xidmət etmişdir.İstintaqa çağrılan zaman müstəntiqlər ifadəsini almış, rəhbər heyət onu şifahi dindirmişlər.İfadəsini verdikdən sonra sərbəst buraxılıb və barəsində heç bir hüquqi tədbir tədbiq edilməmiş, ittihamedici qərar qəbul olunmamışdır.

Lakin bir gün sonra xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin 9982 saylı hərbi hissəsinin komandiri polkovnik Rəşad Vəzirov oğlumu əsassız şəkildə təqsirləndirilən şəxslə cinayət ortağı kimi günahlandırıb, ittiham etmiş və ona şər-böhtan ataraq əsassız sözlər bildirmişdir.

Oğlum hərbi hissə komandiri polkovnik Rəşad Vəzirova istintaqın nəticəsini gözləməyini və barəsində prokurorluğun çıxaracağı ittihamın nəticəsinə uyğun işdən azad edilməyisini bildirsə də o, heç bir əhəmiyyət verməyərək, öz xidməti otağında daxili rabitə vasitəsini gətirib mənə göstərərək, “Dövlət Təhlükəsizliyi Xidməti və hərbi prokurorluq səni axtarır ərizəni yaz könüllü olaraq xidmətdən çıx yoxsa bunun aqibəti çox pis olacaq” sözlərini bildirmişdir. Oğlum bu vəziyyətdən  çox pis qorxu, həyəcan keçirərək ərizəsini yazıb işdən ayrılıb.Ərizəsini yazdıqdan 4 iş günü keçdikdən sonra müvafiq əmrə əsasən xidmət rəisi onu xidmətdən azad etdi.

Bu hadisədən bir neçə gün sonra oğlumla birlikdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə könüllü olaraq yaxışlaşıb, işdən hədə-qorxu vasitəsilə azad olunmasıilə bağlı məlumat vermişik.Müstəntiq oğlumun işdən azad olunması barədə məlumatının olduğunu, bu barədə rəhbər heyətə meruzə edəcəyini və ona köməklik göstərəcəklərini bildirmişdir.

Bir neçə gündən sonra yenidən oğlum Əliyev Babək ilə birlikdə xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi cənab general-leytenant Şahmar Ənvər oğlu Paşayevin qəbuluna getdik.Xidmət rəisinin müavini cənab general-mayor Məhərrəm Həsənov məni qəbul edib, müraciətini dinləyərək, istintaq yekunlaşdıqdan, barəsində heç bir ittiham hökmü çıxmayacağı təqdirdə köməklik göstərib xidmətə bərpa edəcəklərini bildirmişdir.

Hazırda oğlumun barəsində heç bir ittiham hökmü çıxarılmamışdır.Həmin müddətdən bir il keçməsinə, baş vermiş cinayət hadisəsi ilə heç bir bağlılığının olmamasına baxmayaraq oğlumu xidmətə bərpa etmirlər, yenidən müraciətimə baxmırlar məni qəbul etmirlər. Oğlumun öz ərizəsilə xidmətdən xaric olunmasına baxmayaraq, hərbi xidmət keçmə haqqında Nizamnamənin 156-cı maddəsinin E bəndinə əsasən hərbi xidmətdə xidmətə uyğunsuzluq kimi xaric olunduğundan, heç bir hərbi birləşmələrə xidmətə qəbul olunmamağı ona ciddi problemlər yaradır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum ailəlidir, iki övladı var, onların ehtiyaclarını qarşılaya bilmirik.Müxtəlif banklar qarşısında kredit öhdəliyimiz var.Bank məskunlaşdığımız evimizi girov  kimi götürmüş, arvadım şəkərli diabetdən əziyyət çəkir, ikinci qrup əlildir, təqaüdçüdür, baş vermiş bu problemlərlə bağlı səhhətində ciddi problemlər yaranmış, qorxu və həyəcandan infarkt keçirərək üzərində kardioloji əməliyyat aparılmış, ürək damarlarına stend yerləşdirilmişdir.

Gəlinim Əhmədova Ləman Xanlar qızı onkoloji xəstəlikdən əziyyət çəkir, müalicəsin davam etdirə bilmirik, ailəmizdə oğlumdan başqa heç kim işləmirdi.Gəlirimiz yalnız oğlumun əmək haqqısı və dövlətimizin məcburi köçkünlərə ayırdığı maddi yardımdan ibarət olmuş, ailəmizin yükü oğlumun üzərinə düşmüşdür.

Hörmətli cənab nazir.

Göstərilənləri nəzərə alaraq, oğlumun xidmətə bərpa olunmağını  və Azərbaycan Respublikasına xidmətini davam etdirməsi üçün köməklik göstərməyinizi Sizdən çox xahiş edirəm.

 

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

11 ildir damda yaşayıram – Şeyx Əbdül

Next Post

Quru sərhədlər nə zaman açılacaq? – Deputat danışdı

Next Post
Quru sərhədlər nə zaman açılacaq? – Deputat danışdı

Quru sərhədlər nə zaman açılacaq? - Deputat danışdı

Şəkər tozu bir az da bahalaşacaq – Ekspert

Şəkər tozu bir az da bahalaşacaq - Ekspert

Putinin mühafizəçisi güllələndi

Putinin mühafizəçisi güllələndi

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28
Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

2022-06-28
Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

2022-06-28
Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

2022-06-28
Raket hücumunda deputat ağır yaralandı

Raket hücumunda deputat ağır yaralandı

2022-06-28
“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

2022-06-28
Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

2022-06-28
Cüneyt Arkın vəfat etdi

Cüneyt Arkın vəfat etdi

2022-06-28
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26
Sergey Şoyqu Ukraynada – VİDEO

Sergey Şoyqu Ukraynada – VİDEO

2022-06-26
Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

2022-06-26
BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

2022-06-26
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

2022-06-26
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

2022-06-25
Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

2022-06-25
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

2022-06-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb
Dünya

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.