09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qubad İbadoğlu: “Dövlətin problemli kreditlər məsələsini qapatmaq üçün yetərincə maliyyə imkanları var”

26 Aprel 2018, 09:25
Cəmiyyət
A A
Qubad İbadoğlu: “Dövlətin problemli kreditlər məsələsini qapatmaq üçün yetərincə maliyyə imkanları var”

Azərbaycanda problemli kreditlərin həcmi yüksək olaraq qalmaqdadır. Mərkəzi Bankın məlumatına əsasən, bu məbləğ 1,7 milyard manatı keçib. Problemli kreditlərin ölkə üzrə ümumi kredit portfelindəki payı da 14 faizə yaxınlaşmaqdadır. Qeyd edək ki, beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır.

Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək, hazırda banklardan kredit götürən vətəndaşların sayı 2,5 milyon nəfərdir. Bu, o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var. Onların xeyli hissəsi götürdüyü kreditləri qaytara bilməyərək, məhkəmə və bank arasında qalıb. Eyni zamanda banklar problemli kreditlərin həcminin artmasından ciddi zərər çəkməkdədir. Məhz problemli kreditlərə görə sərtləşdirilən şərtlər üzündən banklar kredit verməyə çox ehtiyatlı yanaşır. Bu, özünü ölkə üzrə verilən kreditlərin həcmində azalma ilə büruzə verir.

Onu da bildirək ki, artıq bir neçə ildir dövlətin problemli kreditlərlə bağlı məsələnin həllinə müdaxilə etməsinə dair ən müxtəlif səviyyələrdə təkliflər səsləndirilir. Hətta bir çoxları prezident seçkiləri öncəsi dövlətin problemə əl qoyacağını gözləyirdi. İndi isə Cümhuriyyətin 100 illiyi ilə bağlı eyni gözləntilər yaranmaqdadır.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğluna görə, problemli kreditlərin idarə olunması ilə bağlı bir struktur yaradılmalıdır: “Ola bilər ki, bu, Mərkəzi Bankın,  yaxud Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində olsun. Bunlar ilk növbədə analitik araşdırmalar aparmalıdılar. Bilinməlidir ki, problemli kreditlər hansı valyutada daha çoxdur, onun nə qədərinin qaytarılmasına ümid var, nə qədəri ümidsizdir. Yaxud hansı məbləğləri əhatə edən kreditlər nə qədər çəkiyə malikdir, problemli kreditlərin nə qədəri banklaradır, nə qədəri bank olmayan kredit təşkilatlarınadır. Bütün bu analizdən sonra hüquqi baza formalaşdırılmalıdır. Bir sıra dünya ölkələrində kreditləri qaytarmaq imkanında olmayan fərdi şəxslər məhkəmə yolu ilə müflis elan olunur, ya onlara krediti qaytarmaq üçün uzun müddət təyin edilir, ya da, ümumiyyətlə, ödənişdən azad edilirlər. Azərbaycanda da bu praktikanın tətbiqi zəruridir, bir şərtlə ki, məhkəmələrin müstəqilliyi, korrupsiya və rüşvətdən uzaq fəaliyyəti təmin olunsun. Çünki indiki şəraitdə mənim narahatlıqlarım var ki, məhkəmələr bu kimi hallarda vətəndaşların xeyrinə qərar çıxarmasınlar”.

İqtisadçı-alim deyir ki, dövlətin problemə birbaşa müdaxiləsi müxtəlif variantlarda mümkündür: “Mümkündür ki, kreditin məbləğinə uyğun olaraq, dövlət hesabına ödəniləcək hissəyə əmsallar tətbiq olunsun. Tutalım, belə ola bilər ki, həcmi 5 minədək olan kreditlər  aztəminatlı təbəqələri əhatə etdiyinə görə ödənişlərdən azadolma faizi həcmi 10 minədək olan kreditlərdən daha yüksək olsun. Bundan əlavə, xarici valyutada olan kreditlər üçün ödənişdən azadolma faizi manatla götürülənlərdən çox olmalıdır. Çünki devalvasiyalara görə xarici valyuta ilə kredit götürənlərin xərci daha çox ağırlaşıb”.

Q.İbadoğlu dövlətin problemin həllinə müdaxiləsini zəruri sayır: “Əks təqdirdə bu məsələ maliyyə-bank sistemi üçün daha ciddi problemə çevriləcək. Baxmayaraq ki, əlində belə bir müdaxilə üçün yetərincə vəsait var – Mərkəzi Bank Dövlət Neft Fondundan böyük həcmdə vəsait alır -, düzünü deyim, gözləmirəm ki, dövlət belə bir addım atsın. Lap əvvəldən də belə gözləntim olmayıb, indi də yoxdur. Bildiyiniz kimi, bankların rəhbərliyində olan şəxslər yaxın çevrələrinə çoxsaylı və irihəcmli kreditlər veriblər. Hazırda qayıtmayan kreditlərin böyük bir hissəsi məhz belə verilən kreditlərdir. Kimsə bankdan kredit götürüb özünə xaricdə villa tikdiribsə, bunun yükünün dövlətin üzərinə qoyulmasını düzgün saymıram. Bağlanan banklarda üzə çıxan faktlar göstərir ki, belə hallar kifayət qədərdir”.

DÜNYA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Bakıda şok hadisə:maskalı şəxs ofisə basqın etdi, 29 yaşlı işçiyə 14 bıçaq zərbəsi vurdu

Sonrakı yazı

Vüsal Novruzovun qara günləri başlayır- Səfər Mehdiyevin təyinatı kimləri “odladı”?

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.