Şabranın daha bir ucqar dağ kəndində yanğın başlayıb.
Məlumata görə, yanğın biçilmiş taxıl sahəsində qeydə alınıb. Zöhramı kəndində davam edən alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Alov yaşayış evlərinə yaxınlaşıb. Güclü külək yanğının sürətlə yayılmasına səbəb olur, eləcə də söndürülməsini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.
Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür: