24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qoyun cəsədinə Nərminin paltarından geyindirib, yandırdılar – Məhkəmədə video göstərildi

17 Noyabr 2022, 13:38
Gündəm, Cəmiyyət
A A
Qoyun cəsədinə Nərminin paltarından geyindirib, yandırdılar – Məhkəmədə video göstərildi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Reportyor.info xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda insan meyitinin yanma prosesini müəyyən etmək üçün qoyun cəsədi üzərində aparılan eksperiment və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılması videosu nümayiş olunub.

İş üzrə dövlət ittihamçısı meyitin yanma parametrlərinin müəyyən edilməsi üçün qoyun cəsədinin yandırıldığını bildirib.

Təqsirləndirilən şəxsin vəkilləri – Zabil Qəhrəmanov, Əlibaba Rzayev və Murtuzəli Abbasov eksperiment videosu ilə bağlı məhkəməyə çoxsaylı suallar ünvanlayıblar.

Zabil Qəhrəmanov xüsusilə qoyunun bir hissəsinin yanmaması məsələsinə diqqət çəkib. Vəkil Nərmin Quliyevanın cəsədinin tam yandığını xatırladıb: “Videodan da göründüyü kimi, qoyun torpaqla təmasda olduğu üçün arxa tərəfi qətiyyən yanmayıb. Hətta orda ekspert də müstəntiqə səslənərək deyir ki, arxa tərəf yanmayıb. Bundan sonra benzin töküb tam yandırırlar. Amma Nərminin cəsədində arxa hissəsi tamamilə yanmışdı. Bu eksperimentdə məqsəd o olub ki, yanmanın hansı müddətdə baş verdiyini müəyyən etsinlər. O da alınmadı. Birinci dəfə yandırdılar, gördülər nəzərdə tutduqları vaxt olmadı, yenidən yandırdılar”.

Zabil Qəhrəmanov eksperiment zamanı mümkün olan detalların eyniləşdirilmədiyini qeyd edərək eksperiment videosunun sübutlar siyahısından çıxarılmasını istəyib.

Müzakirə zamanı vəkillərlə məhkəmə heyəti arasında mübahisə olub.

Prosesin davamında İlkin Süleymanovun etirafedici ifadəsinin yerində yoxlanılması kadrları göstərilib. Müdafiə tərəfi ifadənin yoxlanılması zamanı təqsirləndirilən şəxsə detallı suallar verilmədiyini bildiriblər: “Etirafedici ifadədən söhbət gedirsə, burda ittiham olunan şəxsdən detallı şəkildə soruşulmalı suallar var idi. Məsələn, soruşulmalı idi ki, Nərminin qulağında sırğalar var idi, onları hara qoymusan, əmisigildən gələndə əlində kurtka gəlmişdi o kurtkanı hara qoymusan? Amma bu suallar verilməyib. Bundan başqa, etirafedici ifadədə deyir ki, Nərmini saxladığı pəncərələr bağlı idi, amma sonradan baxılıb ki, pəncərədə ümumiyyətlə, bağlanma yeri yoxdur. Bu və digər məsələlər də göstərir ki, İlkin Süleymanov etirafedici ifadəsində yalan danışıb”, – vəkil Zabil Qəhrəmanov deyib.

Proses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.”APA”

Əvvəlki yazı

Sosial şəbəkədə tanı İşə düzəltmək adı ilə insanları aldadan şəxs saxlanılıb

Sonrakı yazı

Sabahın hava proqnozu

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.