02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qoşulmama Hərəkatına üzv olmağımız Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı

05 İyul 2022, 11:37
Cəmiyyət
A A
Qoşulmama Hərəkatına üzv olmağımız Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı

 

Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük toplantısıdır. Bu hərəkat sülh və ədaləti təbliğ edir. Qoşulmama Hərəkatı heç bir bloka qoşulmur və tərəfsizdir.
Qoşulmama Hərəkatı Beynəlxalq arenada öz ədaləti və həmrəyliyi ilə sülh naminə göstərdiyi səylər vasitəsi ilə beynəlxalq arenada mühüm rol oynamışdır.
2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu və qısa bir müddətdə Hərəkat üzvlərinin böyük hörmət və etimadını qazandı. Odur ki, Qoşulmama Hərəkatının üzvlərinin yekdil qərarı ilə 2019-2022-ci il tarix müddətinə Hərəkata sədr seçildi.
Sədrlik etdiyi müddətdə yüksək səviyyədə humanist , düzgün və yerində qərarlar qəbul edən Azərbaycanın sədrlik vaxtı bir il də uzadıldı. 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə olan böyük hörmət, inam, etibar eyni zamanda rəsmi Bakının bütün dünya üçün təhlükə saçan pandemiya ərəfəsində yüksək səviyyədə fəaliyyətinin nəticəsi idi.
Bu gün Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün biz Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq.
Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.
Parlament Şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyini qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir.
Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır”.
Azərbaycanın Qoşulmama Təşkilatına sədrliyi pandemiya vaxtına təsadüf etdi. Həmin vaxtı Azərbaycan pandemiya ilə mübarizədə bir çox təşəbbüslərlə çıxış etdi.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi vermişdi ki, həmin yardımın yarısı Qoşulmama Hərəkatına ünvanlanmışdı.
Azərbaycan eyni zamanda peyvənd millətçiliyinə qarşı etirazını bildirmişdir. Belə ki, Covid-19 virusunun geniş yayıldığı bir vaxtda bir sıra zəngin ölkələr onlara lazım olduğundan daha çox peyvənd əldə edirdi, bu isə diğər ölkələrin peyvənd əldə edə bilməsinə əngəl olurdu.
Qoşulmama Hərəkatı daxil olmaqla Azərbaycan pandemiya dövründə 80-dən ölkəyə humanitar yardım göstərmiş, 4 ölkəyə isə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək”.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv, sonra isə sədr seçilməsi Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı.
Azərbaycanın öz gücü ilə özünün tarixi torpaqlarını erməni təcavüzkarlarından təmizləməsinə imkan yarandı.
Bildiyimiz kimi, bu müddətdə ATƏT-in Minsk qrupu və BMT-nin verdiyi qərarlara Ermənistan tərəfindən əhəmiyyət verilmirdi. Onlar Azərbaycanın işğal altında saxladıqları torpaqlarını darmadağın edir, yeraltı, yerüstü sərvətlərini talan edib xarici ölkələrə satırdılar. Dinc əhali vaxtaşırı atəşə tutulurdu.
28 il əvvəl yaradılan və fəaliyyətdə olan ATƏT-in Minsk qrupunun üzvləri işğal edilmiş ərazilərə yüzlərcə səfər etmişdilər. Bəyannamələr hazırlamışdılar, lakin bu bəyannamələrə ermənilərqətiyyən əhəmiyyət verməmişdilər. ATƏT-n Minsk qrupunun isə niyyəti bəlli idi. Onlar vaxtı uzatmaq və münaqişəni dondurmaqla yalnız işğal etdikləri ərazilərin ermənilərə qalması üçün çalışırdılar.
Qoşulmama Hərəkatına üzv olan dövlətlər isə Azərbaycan xalqının haqlı olduğunu təsdiqlədi və Azərbaycanın haqlı, ədalətli mübarizəsini dəstəklədi. Azərbaycanın haqq işinin əleyhinə çıxış edən bəyanatları blokladı və ermənilərin havadarlarının, ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumunun qarşısını aldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür.
ATƏT-in Minsk qrupu ilə hər hansı spekulyasiyaya nəinki qeyri-məhsuldarlıq, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Bu, olduqca qlobal münaqişə idi. Belə ki, münaqişə zamanı, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Qətnamədə tələb edilirdi ki, Ermənistan öz qoşunlarını dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxartsın. Lakin Ermənistan buna məhəl qoymurdu və işğalçı əməllərini davam etdirərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobudcasına pozurdu.
Artıq 30 illik həsrətə son qoyuldu. Ədalət bərpa olundu. Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı.
İşğaldan azad edilmiş ərazilərimizə gələn xarici müşahidəçilər, jurnalistlər, din xadimləri tarixi və dini abidələrimizin dağıdıldığını, evlərin, inzibati binaların söküntülərini, kəsilmiş, qırılmış, yandırılmış meşələri gördükdə ermənilərin iç üzünü görürlər və öz heyrətlərini gizlədə bilmirlər.
Lakin Azərbaycan xalqı müharibə istəmir və haqqın tərəfdarıdır. Haqq isə həmişə qalib gəlir.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

İntihar edən həkimin qardaşından yeni AÇIQLAMA

Sonrakı yazı

Amin Musayev əməliyyat olunacaq – FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.