04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qorxulu Nəsimi: Asif Əsgərovun oğluna görə saxta Qarabağ kartından – Faktlar

30 May 2018, 09:14
Seçmə
A A
Qorxulu Nəsimi: Asif Əsgərovun oğluna görə saxta Qarabağ kartından – Faktlar

Yazıçı Samuel Consonun məşhur sözüdür: vətənpərvərlik əclafların son sığınacağıdır. Azərbaycanda 25 ildir ki, vətən, millət, Qarabağ şüarı altında karyerasını qoruyanlar var.
Onları mal varlığı, biznesi, ailəsinin komfort həyatı, firavanlığı və siyasi qarantiyası maraqlandırıb. Bunun üçün hər bir hiyləyə əl atanlar olub.
Bununla ictimai rəyi, dövləti, cəmiyyəti çaşdırmaq cəhdi heç də həmişə birmənalı qarşılanmayıb. Ölkənin politik təbəqəsi bisavad və “obıvatel” deyil.
Söhbət ondan gedir ki, son dövrlərdə bu məmur kontingentində olanlardan biri – Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov oğlunu həbsdən xilas etdikdən sonra günahını “yumaq” üçün patriot taktikasına əl atmağa başlayıb.

      Anaxeber.Az-ın əldə etdiyi məlumatda iddia olunur ki, Nəsimi RİH başçısı A.Əsgərov övladı İlham Əsgərlinin ölümlə nəticələnən ağır yol qəzası törətdikdən sonra vətənpərvərliyi sığınacaq seçimi etməkdədir.
Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov oğlunun həbsxana hücrəsindən çıxarar-çıxarmaz cəbhə xəttinə səfərləri intensivləşdirdi.
Nə hikmətdirsə, cəbhəboyu bölgələrin, işğalda olan rayonların icra başçıları cəbhə xəttinə, səngərlərə getmirlər, görüşlər keçirmirlər, əsgərlərlə şəkil çəkdirmirlər, di gəl Bakının tən ortasındakı elitar rayonun icra başçısı hərbçilərimizə ürək qızdırır.
Nədənsə, Səbayel rayon icra başçısı olduğu dövrdə cəbhə xəttinə getməyən A.Əsgərov oğlunu müalicə adı ilə həbsdən çıxardıqdan sonra Nəsimi RİH rəhbəri olduğu dönəmdə səfərlərə ayaq açdı.
Mötəbər mənbələrdən sızan məlumatlara görə, siyasi hakimiyyətə yarınan, oğlunun qudurğanlığını ört-basdır etmək üçün hərbi hissələrə gedərək ölkə rəhbərliyinin gözünə “kül üfürməyə” cəhd edən icra hakiminin uğursuz cəhdləri puç olmaqdadır.
Çünki Bakının mərkəzi rayonlarının rəhbərləri cəbhə xəttinə getmirlər, əsgərlərlə görüşmürlər. A.Əsgərovun oğlunun məlum qəzasına qədər də bioqrafiyasında belə fəaliyyət olmayıb.
Ancaq elə ki, oğlu “Mcdonalds” restoranlar şəbəkəsi rəhbəri Maqsud Mirzəyevin övladı Sənanı yol qəzasında öldürüb, yolda buraxaraq gedib, özü vətənpərvər libasına bürünüb.
Nəsimi RİH-nin rəsmi saytında tez-tez A.Əsgərovun əsgərlərlə görüşü ictimailəşdirilir, piarı aparılır, düşmənlə üzbəüz dayanan kasıb övladlarına dəstək olduğu nümayiş etdirilir.
Bu səfərlərin alt mesajı, şüuraltı fəlsəfəsi və siyasi bazarlıq imitasiyası ondan ibarətdir ki, Nəsiminin icra başçısı həbsdən qurtardığı, əsgərliyə göndərmədiyi oğlunu diqqətdən kənarda saxlayır. Hərçənd, Paşinyan oğlunu ön xəttə göndərib – şou olsa da…

     Anaxeber.Az-ın media üzərindən verdiyi xəbərə görə, A.Əsgərovun Nəsimiyə icra hakimi təyin olunması yerli sakinlərə də düşərli olmayıb.
Onun boş gördüyü əraziləri peşkəş etməsi, yaşıllıqları genosid edərək iş adamlarına satması, rayona tarla kimi baxması, inkişaf üçün bir addım atmaması göz qabağındadır.
Nəsimi kimi şəhərin ən mərkəzi, mədəni hissəsi, elitar, kübar təbəqənin yaşadığı rayon indi bir icra başçısının cəngində can verməkdədir.
Məsələn, bu günlərdə vətəndaşlardan biri etiraz səsini ucaldıb: Bakı şəhəri Nəsimi rayonu, Liteyni döngə, ev 5 ünvanında yaşayan I qrup əlil Bəşirova Nişanə Faiq qızı BakuNews.az-a üzləşdiyi problemlə bağlı məlumat verib.
Məlumatda bildirilir ki, ARÇİKO MMC əlilin yaşadığı mənzildə ciddi qəza vəziyyətinin yaranmasına səbəb olub.
Sitat: “Mənim ölümümdə bilavasitə günahkar ARÇİKO MMC-nin rəhbərliyi və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur”.
Şikayətçinin bildirdiyinə görə özünü ARÇİKO MMC-nin rəhbəri kimi təqdim edən Məhəmməd Musayev Nişanə Bəşirovanın mənzilinin sökülməsi müqabilində ona iki ədəd 2 otaqlı mənzil və əlavə olaraq 50 min manat pul təklif edib.
Hətta əlil xanıma mənzilindəki əşyaların qablaşdırılmasını da deyən MMC rəhbəri N.Bəşirovanın evinin qarşısındakı yardımçı binanın dam örtüyünü də sökdürüb.
I qrup əlil olan şikayətçinin bildirdiyinə görə mənzilində yaranan qəzadan sonra əksər hallarda evdə gecələmirlər.
Başqa bir yeni fakta diqqət edək: Nəsiminin keçmiş başçısı ilə əlbir olan iş adamı Fədai İmanov son bir neçə il ərzində müxtəlif tikinti şirkətləri təsis edərək, bu ad altında ərazidə onlarla binalar inşa edib.
Onun apardığı tikinti ərazilərində demək olar ki, yaşıllıqlar kütləvi şəkildə qırılıb və bu hadisə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.
Sakinlər “yaşıl terroru”la bağlı müxtəlif instansiyalara, eyni zamanda KİV-nə müraciətlər ünlayıblar. Amma buna baxmayaraq, Fədai İmanovla bağlı heç bir tədbir görülmür.
Yəni, indiki icra başçısı da məsələnin üstündən sükutla keçir. Görünür ki, maraqları təmin olunub.
Bir sözlə, Nəsimi kimi şəhərin mərkəzi rayonuna işləyən, reputasiyası təmiz, kənd təsərrüfatı naziri İnam Kərimov imicinə yaxın kadr təyin olunmalıdır. Çünki Nəsimi Bakının gözüdür, ürəyidir, şəhərin əsas rayonudur…
Anaxeber.Az

Əvvəlki yazı

Leysan yağışları Tovuzda fəsadlar yaradıb

Sonrakı yazı

Nazirə meydan oxuyan direktorun ifşası: Gizli himayədar Nicat kimdir?

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.