Türkiyə qonşu Yunanıstanda yenidən gündəmdədir.
Yunan mətbuatı bu dəfə Türkiyə iqtisadiyyatını Yunanıstan iqtisadiyyatı ilə müqayisə edib.
SLpress adlı internet saytında ‘Yunanıstan niyə Türkiyə ilə rəqabət apara bilmir?’ Məqalə dərc olunub.
TRT Haberdə yer alan xəbərə görə, məqalədə “Türkiyənin iqtisadi böyüklüyü 905 milyard dollar, Yunanıstanın isə 223 milyard dollar” müqayisəsi aparılıb.
İki ölkənin iqtisadiyyatları arasındakı böyük fərqə diqqət çəkən yazıda “Zaman Türkiyənin xeyrinə gedir” deyilib.
Məqalədə “Türkiyə sənaye, tikinti, kənd təsərrüfatı istehsalı, turizm kimi bütün sektorlarda təsirli iqtisadi artım göstərərək uğur qazanıb. O, böyük gücə çevrilib”. Türkiyənin dünyanın ən böyük yüngül ticari avtomobil istehsalçısı olduğu da bildirilib.
class=”medianet-inline-adv”>
Məqalədə Türkiyənin bir çox bölgədə hücumlar təşkil etdiyi diqqətə çatdırılıb və Yunanıstanın seyirci qaldığı şərh edilib.