Gürcüstanda çörəyin qiyməti bahalaşıb.
Reportyor.info xəbər verir ki, qiymət təqribən 15 tetri artıb.
Buna səbəb hökumətin buğda unu ilə bağlı altı aylıq subsidiya proqramının başa çatmasıdır. Çörəkbişirmə müəssisələri qiyməti 10 tetri, mağazalar isə əlavə 5 tetri qaldırıb.
Əsas səbəb xammalın bahalaşması kimi göstərilib.
Qeyd edək ki, qonşu ölkədə ən çox tələbat olan çörəyin qiyməti 80 tetri təşkil edir.