23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qondarma rejimin sərsəm “yeni ordu” planları – Cinayətkarlar Qarabağda toplaşır

02 Yanvar 2021, 16:11
Siyasət
A A
Qondarma rejimin sərsəm “yeni ordu” planları – Cinayətkarlar Qarabağda toplaşır

44 günlük müharibədə ordusu darmadağın olunan və kapitulyasiyaya məcbur edilən Ermənistanda, eləcə də Dağlıq Qarabağın inzibati ərazilərinin bir hissəsində mövcudluğunu hələlik saxlaya bilmiş qondarma rejimin sıralarında revanş planları cızanların olduğu bəllidir. Ermənistanda baş nazir Nikol Paşinyanı devirmək üçün birləşən bədnam “Qarabağ” komitəsinin qurucularından biri, keçmiş müdafiə naziri Vazgen Manukyanı özlərinə müvəqqəti lider seçən müxalifət məhz revanş planları ilə hakimiyyətə gəlmək iddiasındadır. Dağlıq Qarabağdakı qondarma rejimin sıralarından da son günlər belə səslər eşidilməkdədir.

 

Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarında Ermənistanda və Dağlıq Qarabağda revanş barədə düşünən bəzi qüvvələrin olduğunu bildirib, onlara sərt xəbərdarlıq edib və deyib: əgər erməni faşizmi bir də baş qaldırmağa cəhd etsə onlara elə sarsıdıcı zərbə vurulacaq ki, öz adlarını belə unudacaqlar!

 

Əslində sağlam məntiqlə heç bir normal cəmiyyət bu cür sarsıdıcı məğlubiyyətdən və tam məhv olmanın astanasından Rusiyanın sayəsində son anda xilas olunandan sonra ən azından uzun illər boyu revanş haqda düşünməli deyildi. Müharibənin 10 noyabr üçtərəfli razılaşması əsasında başa çatmasından sonra həm Ermənistan rəhbərliyi, həm qurama rejim etiraf etdilər ki, bu təslimçilik aktı imzalanmasaydı Azərbaycan ordusunun Xankəndini azad etməsi, onların Ağdam-Ağdərə istiqamətindəki 20-25 minlik canlı qüvvəsini mühasirəyə alıb cəmi 2-3 günə məhv etməsi qaçılmaz olacaqdı.

 

Lakin erməni cəmiyyəti fərqlidir, sağalmaz xəstəliyə düçar olub və bu xəstəliyin təsirləri özünü məğlubiyyətdən dərhal sonra da büruzə verməyə başladı. Ordusu tamamilə darmadağın edilmiş və həm texnika, həm canlı qüvvə sarıdan çox ağır itkilər vermiş ölkədə, o cümlədən Azərbaycan ərazilərinin bir hissəsində mövcudluğunu saxlaya bilmiş qondarma rejimdə revanş haqda çağırışlar eşidildi.

 

Bəlli olduğu kimi Qarabağın azad edilməsi ilə nəticələnən müharibədən sonra Ermənistanda “xain” elan edilən Paşinyanın hakimiyyəti ciddi ölçüdə laxlayıb, eyni zamandaqondarma rejimin rəhbəri Araik Arutyunyan da “hakimiyyətdən və siyasətdən gedəcəyini” bildirib. Və birinci Qarabağ müharibəsinin səhra komandirlərindən biri, Xocalı canisi, general (“samozvanets”) Vitali Balasanyan “təhlükəsizlik şurasının katibi” vəzifəsinə təyin edilib. Bu günlərdə Yerevana baş çəkib Ermənistan televiziyasına müsahibə verən Balasanyan Dağlıq Qarabağda “yeni ordu qurmaq” planları haqda danışıb. O cümlədən “sərhəd qoşunları” yaradılacağını deyib. Və elan edib ki, bütün silahlı dəstələr “təhlükəsizlik şurasına”, yəni şəxsən ona tabe olacaq.

 

Ardınca Balasanyanın partiyası Araik Arutyunyanı “milli birlik hökuməti” qurmaq barədə razılaşmanı pozmaqda günahlandırıb istefaya çağırdı. Yəni aydındır ki, Robert Köçəryanın adamı hesab edilən Balasanyan qurama rejimin idarəçiliyini öz əlinə alır və orada yeni hərbi xunta rejimi yaratmağı planlaşdırır.

 

Lakin belə görünür ki, Araik Arutyunyan müqavimət göstərir və darmadağın edilmiş erməni birləşmələrinin qalıqlarını öz nəzarətində saxlamağa çalışır. Ötən gün o, Qarabağ müharibəsi ərzində erməni yalanlarını tirajlamaqla məşğul olan və Ermənistan ordusunun əslində necə acınacaqlı durumda olduğu barədə həqiqətlər üzə çıxanda gülünc duruma düşən “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqovla birlikdə erməni yaraqlılarının yeni tikilən mövqelərindən birinə baş çəkib. Və orada elan edib: “Bizim keyfiyyətcə yeni ordumuz olmalıdır, bu ordunun yaradılmasında müharibənin dərsləri, aparıcı ölkələrin təcrübəsi və müasir silah növləri nəzərə alınmalıdır”.

 

Xatırladaq ki, həm Araik Arutyunyan, həm Semyon Peqov (rusiyalı mediamaqnat Aram Qabrielyanovun “layihəsi” olan Peqov guya müharibə reportyoru kimi Dağlıq Qarabağa daxil olmuşdu, amma mühaibə bitsə də o, nəyə görəsə hələ də oralarda dolaşmaqdadır) barəsində Azərbaycan xüsusi xidmət orqanları bir neçə maddə ilə cinayət işi qaldırıb. Onların barəsində axtarış elan olunub.

 

Araik Arutyunyan və ya Vitali Balasanyan “yeni, müasir ordunu” necə quracaqları, bunun üçün milyardlarla dolları haradan alacaqları barədə hər hansı planlardan bəhs etməyiblər. Və bir əsas məsələni nəzərə almayıblar-müharibənin qalibi, Ermənistan ordusunu və onun Qarabağdakı işğalçı kontingentini darmadağın edən Azərbaycan məgər öz ərazilərinin bir hissəsində “yeni, müasir ordunun” yaradılmasını sakitcə oturub izləyəcək?(Bu məqamda prezident İlham Əliyevin yuxarıdakı sitatını bir daha xatırlatmaq lazım gəlir)

 

Bəlli olduğu kimi, 10 noyabr üçtərəfli razılaşması əldə olunanda düşmənin nizami birləşmələri ancaq cəbhənin Ağdam-Xocavənd istiqamətində (Əsgəran möhkəmləndirilmiş rayonu) qalırdı. Ağdərə istiqamətində isə əsasən könüllülərdən ibarət dəstələr mövqe tutmuşdu. Daha sonra üçtərəfli razılaşma əsasənda Ağdam noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılanda həmin qüvvələr (təqribən 10-15 minlik canlı qüvvə) Əsgəran-Xocalı istiqamətində geri çəkildilər və orada cəmləşdilər. Qismən də Xocavənd şəhəri ətrafında mövcudluqlarını saxlaya bildilər.

 

Ona görə də darmadağın edilmiş erməni ordusundan geriyə qalanı həmin birləşmə hesab oluna bilər ki, onların da döyüş texnikasının, sursat ehtiyatının böyük hissəsi məhv edilmişdi. Qurama rejimin “təhlükəsizlik şurasının” keçmiş katibi, kapitulyasiyadan sonra istefa verən digər general-“samozvanets” Samvel Babayan etiraf edirdi ki, noyabrın 9-da onların cəmi bir neçə topu, 2 “Qrad” qurğusu və bir neçə nasaz zirehli texnikası salamat qalmışdı, sursat anbarları isə dağıdılmışdı.

 

Əsgəran-Xocalı istiqamətində cəmləşmiş həmin erməni birləşmələri de-yure olaraq terrorçu birləşmədir və Azərbaycan da onları elə bu cür tanıyır. İndi bəzi revanşist erməni dairələri həmin terrorçu birləşmələri “müasir orduya” çevirmək niyyətlərini ortaya qoyurlar.

 

Bu niyyətlər nə dərəcədə realdır, həyata keçiriməsi yaxın, orta və uzunmüddətli perspektivlərdə nə dərəəcədə mümkündür?

 

Məlum olduğu kimi Azərbaycan ordusu 44 günlük müharibədə nəinki Dağlıq Qarabağ ətrafındakı 7 rayonu, eləcə də ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinin mühüm hissəsini-keçmiş Hadrut rayonunu bütünlüklə (hazırda Xocavəndin inzibati ərazisidir), keçmiş Martuni rayonunun (o da hazırda Xocavənd rayonunun inzibati ərazisidir) bir hissəsini, keçmiş Mardakert rayonunun (Ağdərə) Talış və Suqovuşan kəndlərini və Şuşanı azad edib. Dağlıq Qarabağ bölgəsinin inzibati ərazilərinin bir hissəsində mövcudluğunu saxlamış ermənilər faktiki olaraq anklav vəziyyətindədirlər, onların Ermənistanla əlaqəsini 5 kilometr enində Laçın dəhlizi təmin edir. Bu dəhliz Rusiya sülhməramlı kontingentinin nəzarətindədir, amma dəhlizdən 2.5 kilometr sağda və solda Azərbaycan qüvvələri yerləşdirilib. Yəni dəhlizlə hərbi yüklərin, texnikanın daşınması Azərbaycan ordusunun vizual nəzarəti altına düşür.

 

Belə vəziyyətdə Dağlıq Qarabağdakı erməni anklavında “yeni, müasir ordu” qurmaq üçün Laçın dəhlizi ilə illər ərzində çoxsaylı hərbi texnika, silahlar və s. daşınmalı idi. Bu isə heç bir halda mümkün deyil, ola bilməz. Çünki Rusiya sülhməramlıları dəhlizlə Dağlıq Qarabağa “yeni ordunu” silahlandırmaq üçün hərbi texnika, silahların daşınmasına yol verə bilməz. Yol versə belə avtomatik olaraq sülhməramlı mandatını itirmiş olar. Nəhayət Azərbaycan özü buna imkan verməz və öz ərazisinə Ermənistandan yeni hərbi intervensiyanın qarşısını almaqda heç bir tərəddüd etməz.

 

O zaman Balasanyan və ya Arutyunyan-Peqov Dağlıq Qarabağın bir hissəsində “yeni, müasir ordunu” necə quracaqlar? Axı müasir hərbi texnika, silahlar tut arağı deyil ki, onu Xocavəndin ermənilərdə qalan kəndlərində yetişən tutdan çəkəsən. Bu çoxsaylı müasir texnikanı əvvəlcə əldə eləmək, daha sonra daşıyıb gətirmək lazımdır. Müasir döyüş texnikasını, silahları əldə etmək üçün isə pul lazımdır, həm də milyardlarla dollar. Müflis ölkə Ermənistanda isə belə pullar yoxdur və olmayacaq. O cümlədən erməni diasporundan ianələr dilənməklə ildə uzağı bir neçə milyon dollar toplamaq mümkündür.

 

Nəzəri olaraq revanşist erməni dairələri buna ümid edə bilərlər ki, Rusiya ilə münasibətləri daha da dərinləşdirsələr yenə bu ölkə dağıdılmış erməni ordusunu bərpa etmək üçün onlara yeni silahlar verər. Amma söhbət müasir silahlardan gedirsə onlar Rusiyanın silah anbarlarında yığılıb qalmayıb, belə silahları (məsələn zərbə pilotsuz uçan aparatları, yüksək dəqiqlikli raketlər və s.)işləyib hazırlayan, istehsal edən müəssisələrə pul ödəmək lazım gəlir.

 

Deməli, Qarabağda “yeni erməni ordusu” barədə danışılanlar sarsıdıcı məğlubiyyətdən əzilmiş erməni cəmiyyətinin hissləri ilə oynayaraq hakimiyyəti ələ keçirmək (həm Yerevanda, həm Xankəndində) maraqlarından irəli gələn avantürist şüarlardır, xülyadır və ənənəvi erməni xəstəliyinin postkapitulyasiya dövründə üzə çıxan simptomlarıdır. Lakin Azərbaycan bu simptomlara məhəl qoymaya bilməz və onların ilk təzahürlərinin qarşısını almaq üçün qətiyyətli hərbi-siyasi addımlar atmaqda qərarlıdır. (Virtualaz.org)

Əvvəlki yazı

Rus sülhməramlıları “Yaşasın Azərbaycan!” söylədi – Video

Sonrakı yazı

Şurnux ordumuzun nəzarətində: Ermənilərə 3 gün vaxt verildi (VİDEO)

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.