14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qohum nikahlarının çoxluğu əngəlli uşaqların sayını artırır – SOS

15 Sentyabr 2018, 11:46
Sosial
A A
Qohum nikahlarının çoxluğu əngəlli uşaqların sayını artırır – SOS

Qohum nikahlarının genetik xəstəlikləri artıran önəmli faktor olduğunu və bu ailələrdə xəstə, əlil uşaqların doğulma ehtimalının daha çox olduğunu tibb dünyası illərdir hayqırmaqdadır. Lakin bununla belə, bir çox şərq ölkələrində olduğu kimi Azərbaycanda da qan qohumu olan şəxslər – yəni xalaqızı-xalaoğlu, dayıqızı-əmioğlu, əmiqızı-əmioğlu və s. nikahların qeydə alınması halları artıb. Respublikamızda qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qeyd edək ki, qohum evlilər eyni soydan gəldikləri üçün ana və ata eyni geni daşıyırlar. Bu baxımdan uşağın xəstə doğulma ehtimalı çoxdur.

Dünyada ailələrin 20 faizini qohum evliliklər təşkil edir. Normal ailələrdə əngəlli uşaqların doğulma faktları 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı da digərlərinə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, əzələ – sinir, ürək-damar xəstəlikləri, davranış pozuqluğu, əqli qüsur və sairdir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya başlıca yer tutur.

Картинки по запросу pediatr Vaqif Qarayev

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən pediatr Vaqif Qarayev kəskin şəkildə qohum nikahlarının ölkəmizdə əngəlli uşaqların sayının artmasına səbəb olduğunu vurğuladı: “Mən qohum evliliyinin qəti əleyhinəyəm. Çünki təcrübəmdə gördüklərim mənə bunu deməyə əsas verir. Əgər genetikada pozğunluq varsa, çox yaxın qan qohumları evləndiyi zaman ola bilər ki, birinci nəsildə bu özünü göstərməsin. Ancaq nə vaxtsa göstərəcək, bundan qaçmaq mümkün deyil. Bu məsələ müzakirə olunanda bəziləri misal çəkirlər ki, filankəs qohumu ilə evlənib, övladlarında heç bir problem yoxdur. Ancaq risk faktoru deyilən bir şey var.  Uşaqların istər fiziki, istərsə də intellektual baxımdan qüsurlu doğulmasında böyük risk var. Bəzi xəstəlikləri indi ana bətnində müəyyən etmək mümkün olur, ancaq çoxunu olmur. Məsələn, daun sindiromunun qohumluqla əlaqəsi olmadığını bildirirlər, ancaq praktika göstərir ki, əlaqəsi var. Bunu bətn daxilində müəyyən etmək olur. Və ya çoxbarmaqlılıq deyilən bir xəstəlik var. Bu genetikada varsa, nə vaxtsa üzə çıxacaq. Genetik xəstəlikləri əvvəlcədən proqnozlaşdırmaq çox çətin məsələdir. Ancaq fakt odur ki, yaxın qan qohumluğu olan şəxslərin qurduğu ailədə uşaqların qüsurlu doğulma ehtimalı həddindən artıq çoxdur”.

Картинки по запросу qohum nikahları

V.Qarayev bu faktorun hamiləlik dövründə də özünü göstərdiyini vurğuladı:“Bəzən qadınlar gəlir ki, birinci hamiləlik düşüklə nəticələnib, ikinci hamiləlikdə uşaq ölü doğulub, üçüncü hamiləlikdə də problem yaşanır. Səbəbini araşdıranda görürsən ki, xalaoğlu-xalaqızı evlənib və ya əmioğlu-əmiqızı evlənib. Bir ailə ilə qarşılaşmışdıq, qohum evliliyi idi və üç uşağın hər biri əngəlli idi. Sual verdik ki, nə üçün ilk qüsurlu uşaqdan sonra həkimə müraciət etmədiniz. Cavab verdi ki, peyğəmbərimiz də qohumu ilə evlənib. Bəzən bu dini faktoru da qabardırlar. Ancaq dinşünaslar bildirir ki, bele bir fakt yoxdur. Ancaq hətta olsa belə indi o düşüncə ilə qohum nikahına girmək doğru deyil. Bir daha vurğulayıram, çox böyük risk var. Valideynlər fərqli nəsillərdən, fərqli qandan olmalıdırlar. Əngəlli uşaq valideyn üçün ömürlük əzab deməkdir, həmçinin dövlət üçün əlavə yükdür. Bu, sosial bir bəladır. Çox böyük maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Əsasən də televiziyalar bu məsələyə diqqət ayırmalı, qısa sosial çarxlar verməlidirlər”.

Pediatrın sözlərinə görə, bəzən qohum evliliklərinin həm də erkən nikahlardan ibarət olduğunu görürük ki, bu da uşağın sağlamlığı ilə bağlı ikiqat risk deməkdir: “Erkən nikahlarda hamiləlik zamanı problemlərin yaşanması faktları çox olur. Ya erkən düşük olur, ya da qüsurlu uşaq doğulur. Bunun üzərinə qan qohumluğu faktorunu da gəlsək, orada əlillik ehtimalı hədsiz dərəcədə çoxalır. Bu da böyük bir bəladır”.

Картинки по запросу Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu da qəzetimizə açıqlamasında bildirdi ki, qohum evliliklərinin hələ də üstünlük təşkil etməsinin bir neçə səbəbi var: “Birinci amil odur ki, əhali arasında maarifləndirmə kifayət qədər deyil, cahillik hökm sürür. İnsanlara deyəndə ki, qohum evlilikləri doğru deyil, insana ikrah hissi ilə baxırlar. Hələ ki bu məsələ ilə bağlı cahillik davam edir. İkinci amil odur ki,  son vaxtlar cəmiyyətdə əxlaqi məsələlərdə bir sıra deformasiyalar olub, xoşagəlməz proseslər gedir. İnsanlar hesab edirlər ki, yad qızının uşaqlığının, yeniyetməliyinin necə keçdiyini, əxlaqi-mənəvi baxımdan hansı səviyyədə olduğunu bilmirlər. Ona görə də gözlərinin önündə böyüyən qardaşqızını, bacıqızını övladları ilə evləndirirlər. Bizim dövrümüzdə elə idi ki, uzaq rayonlarda belə olsa, hər hansı qızın əxlaqi ilə bağlı heç kimdə şübhə yeri olmurdu. Son zamanlar isə əxlaq məsələlərində ciddi aşınmalar getməkdədir. Ona görə də valideynlər tanımadıqları qızı gəlin olaraq evinə gətirməkdən qorxur.

Üçüncü amil də odur ki, insanlar övladını evləndirəndə düşünürlər ki, var-dövləti özgəyə qismət olmasın, elə öz qohumuna həyat şəraitini yaratsın.

Bu məsələnin qorxulu tərəfi isə xəstə uşaqlar çox doğulur. Digər tərəfdən ailələr arasında səmimiyyət pozulur. Bir var biləsən ki, evinə gələn qardaşoğlu, bacıoğlu sənin qızına bacı kimi baxır, uşaqlar bacı-qardaş kimidirlər. Bu zaman səmimiyyət, mehribanlıq daha çox olur. Bir də var ki, bizim ailələrin indiki düşüncəsi ilə artıq xalaoğlu ilə xalaqızını, əmioğlu ilə əmiqızını bir yerdə qoymaq artıq təhlükəlidir. İndi bu da qorxulu bir haldır ki,  doğma qardaşının övladından ehtiyat edirsən, öz övladını qoruyursan. Mənzərənin bu şəkildə olması çox acınacaqlıdır”.

Картинки по запросу qohum nikahları

Onu da qeyd edək ki, dünyada qohum nikahlarına Qərb ölkələrində daha az, Şərqdə isə daha çox rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.56 faizi, Hollandiyada 0.36 faizi, İsveçdə 0.90 faizi, Hindistanda 20 faizi, Yamaykada 44.44 faizi, Küveytdə 54.3 faizi qohumlarla evlidir. Almaniyada yəhudilərin 35.80 faiz, ABŞ-ın bəzi bölgələrində 56.60 faiz əmiuşağı, dayıuşağı evlidir. Lakin ABŞ-ın 50 ştatından 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub.

Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. Onu da deyək ki, Asiya və İslam ölkələrində qohumlararası evliliklərə daha çox rast gəlinir. Pakistanlıların 55 faizi də öz qohumlarını seçir(musavat.com).

Əvvəlki yazı

“Qobuda Nuru Paşanın adını daşıyan muzey yaradılsın” – Deputatdan təklif

Sonrakı yazı

R.Behbudov adına Mahnı Teatrında “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu-100” adlı möhtəşəm gecə keçirilib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.