Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Qobu Ailə Sağlamlıq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Müstəqilliyin Bərpası Günü münasibətilə tibbi aksiya keçirilib.
“Reportyor.info” xəbər verir ki, tibbi aksiyaya vətəndaşların yararlanması üçün uroloq, kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah, qastroentroloq ixtisası üzrə həkimlər cəlb edilib. Vətəndaşlara ultrasəs (USM), elektorkardioqramm (EKQ), laboratoriya və s. kimi xidmətlərlər göstərilib.
Aksiyada qəsəbə sakini ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.