27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qızılca və suçiçəyinə yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı güzəşt ediləcək? (Rəsmi)

27 Fevral 2024, 15:36
Gündəm
A A
Qızılca və suçiçəyinə yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı güzəşt ediləcək? (Rəsmi)
Bu il ölkədə qızılca və su çiçəyi xəstəliyinə yoluxma halları artıb. Xəstəliyə yoluxanlar arasında məktəblilər daha çoxluq təşkil edir. Viruslarla bağlı təkrar yoluxma halları qeydə alınmasa da, xəstəlik keçirməyən şəxslər yoluxmaqdan sığortalanmayıb. 
Nəzərə alsaq ki, artıq Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb. Açıqlanan qrafikə əsasən imtahanlar birinci və ikinci zonaya müvafiq olaraq 3 və 10 mart tarixlərində keçiriləcək.
Bu səbəblə də virusa yoluxan şagird və onların valideynlərində buraxılış imtahanında iştirakla bağlı narahatlıqlar artıb.
Bəs virusa yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən hansısa güzəşt ediləcəkmi?
Bununla bağlı Qaynarinfo-nun suallarını cavablandıran DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu və infeksion xəstəliyi olanlar imtahan binasına buraxılmırlar:
“Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən, lakin üzrlü səbəbdən mart ayında buraxılış imtahanında iştirak edə bilməyənlər üçün aprel ayında da şərait yaradıla bilər. Ancaq təbii ki, təsdiqedici sənədlər olmalı və vaxtında DİM-ə təqdim olunmalıdır. İmtahanlar yalnız əvvəlcədən müəyyən olunmuş tarixlərdə və mərkəzləşdirilmiş qaydada keçirilir. Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər təsdiqedici sənədlərlə birlikdə imtahandan dərhal sonra – 1-2 gün ərzində DİM-ə müraciət etməlidirlər. Lakin buraxılış imtahanları zonalar üzrə müxtəlif günlərdə təşkil olunur. Bundan əlavə, başqa bir tarixdə əvvəlki illərin məzunları da eyni məzmunlu imtahan verirlər. Ümumilikdə götürdükdə iki dəfə şans yaradılmış olur”.
Xidmət rəhbəri deyib ki, Mərkəz tərəfindən yekun attestasiya ilə bağlı sentyabr ayında əlavə bir imtahan da keçirilir:
“Lakin həmin vaxt qəbul imtahanları başa çatdığı üçün bu imtahanda iştirak edənlər yalnız buraxılış imtahanından iştirak edirlər”.
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin imtahana aparmalı olduğu sənədlər barədə də məlumat verən Xanlar Xanlarzadə bildirib ki, onlar binaya imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə daxil ola bilər:
“Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli yapışdırılmış arayışla (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) imtahan binasına daxil ola bilərlər”.
Əvvəlki yazı

AFFA “Turan Tovuz”u azarkeşlərinə görə 1800 manat cərimələyib

Sonrakı yazı

131 min manat yeyintidə ittiham olunan keçmiş direktor nədən narazıdır?

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.