02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

QIZIL VANNADA RAHATLANAN DİKTATOR – Çəkməçilikdən prezidentliyə gedən yolun acı sonluğu

15 Oktyabr 2018, 23:11
Dünya
A A
QIZIL VANNADA RAHATLANAN DİKTATOR – Çəkməçilikdən prezidentliyə gedən yolun acı sonluğu

 

“Həmin gün mənim ad günüm idi. Yanacaqdoldurma məntəqəsində şəxsi avtomobilimə talonla verilən sonuncu 20 litr benzini vurduqdan sonra mühərriki işə salmaq istəyirdim ki, tanımadığım bir maşın yanımda saxladı. Maşından düşən cüssəli, hindürboylu, təxminən 35-40 yaşlarında bir kişi mənə yaxınlaşaraq dedi:

– Bizə benzin lazımdır. Nə qədər istəsən pul verəcəyik.

Mən onun gödəkçəsinin altında silah olduğunu gördüm. Bir neçə saniyədən sonra maşından ikinci adam da düşdü. Həmin anda çaşqınlıq içərisində olsam da, onu tanıdım. Bu, hər gün televizorda gördüyüm Çauşesku idi. O, bir az əsəbi, bir az da qəzəbli səslə üzünü mənə tutdu:

– Yox, bizə benzin lazım deyil. Biz sənin maşınında gedəcəyik.

Özümü itirdiyimdən yerə yıxıldım. Amma ani bir məqamda çıxış yolunun ancaq qaçmaqda olduğunu düşündüm. Cəld hərəkətlə qalxıb artıq mühərriki işlək vəziyyətdə olan maşınıma əyləşdim. Həmin hündürboylu adamı itələyərək yanacaqdoldurma məntəqəsindən sürətlə uzaqlaşdım. Onlar mənim arxamca düşdülər. Avtomobilimin texniki imkanları imkan vermirdi ki, mən onlardan uzaqlaşım. Cəmisi iki kilometrdən sonra maşını saxlamağa məcbur oldum. Onlar üç nəfər idilər. Çauşesku, həyat yoldaşı Yelena və həmin hündürboylu adam, mühafizəçi.

Çauşesku qabaq oturacaqda əyləşdi, mühafizəçi və Yelena isə arxada. Maşını sürətələ idarə etməyimi tələb etdilər. Bu tələbi yerinə yetirmək isə mənim maşınım üçün mümkünsüz idi. Bunu başa salmaq istəyəndə mühafizəçi arxadan məni vurdu. Mən maşından düşüb qaçmaq haqqında da düşünürdüm. Amma onların hər üçündə silah var idi. Çauçesku əli ilə mənim ayağımdan basırdı ki, sürəti artırım. Yelena isə arxadan qışqırırdı. Özümdən asılı olmayaraq məni ağlamaq tutmuşdu. Xahiş edirdim ki, məmi öldürməsinlər. Yelena isə deyirdi, dediyimizi etsən, sağ qalacaqsan.

Biz Tırqovişta şəhərinə doğru irəliləyirdik. Şəhərə çatanda Çauşesku əmr etdi ki, partiya komitəsinin inzibati binasına gedək. Ora yaxınlaşanda binanın qarşısında yüzlərlə insan var idi. Mühafizəçi dedi ki, buradan başqa bir maşın tapmaq olar. Düşüb getdi. Elə həmin anda bir neçə nəfər maşına yaxınlaşdı. Çauşeskunu və Yelenanı görüb qışqırmağa başladılar. Yelena əmr etdi ki, tez həmin yerdən uzaqlaşaq. Mən yoluma davam etməyə başladım. Artıq mühafizəçi bizimlə deyildi.

Maşındakı radioda isə tez-tez tiranların qaçması haqqında xəbərlər səsləndirilirdi. Bu xəbərlər mənim “sərnişin”lərimi hədsiz qıcıqlandırırdı. Çauşesku əmr etdi ki, qarşıda Mərkəzi Komitəyə məxsus olan istirahət evləri var, ora sürüm. Həmin yerə çatdıq. Çauşesku evlərin birinə getdi. Ancaq elə bir neçə saniyədən sonra geri döndü. Arxasınca isə orta yaşlı bir qadın qışqırırdı: “Rədd olun!”

Yenidən irəliləməyə başladıq. Çauşesku ağlayırdı. Onun necə qorxduğu açıq-aşkar hiss olunurdu. Bu mənzərə mənim heç vaxt yadımdan çıxmayacaq. Tez-tez, “biz indi nə edək”,- deyə az qala özünü döyürdü. Yelena maşını meşəyə sürməyi əmr etdi.

Bu arada Çauşesku üst geyimlərini soyunmağa başladı və ağlaya-ağlaya dedi: “Mən daha getmək istəmirəm. Bizi heç yerdə qəbul etmək istəmirlər. Bütün bunların günahı səndədir, Yelena, sən məni bu vəziyyətə gətirdin…”

Qarşıda bitki mühafizəsi idarəsi var idi. Məni bu idarədə tanıyırdılar. İdarənin böyük ərazisi var idi. Çauşesku dedi ki, ora sürüm. Giriş darvasasının yanında Yelena içəridə vəziyyətin necə olduğunu öyrənmək üçün məni ora yolladı. İçəri keçdim. Bir neçə nəfər idarənin mühafizə otağında televizora baxırdı. Mənim boyun nayihəmdə qan izlərini görəndə səbəbini soruşdular. Dedim ki, Çauşesku və Yelena maşınımda əyləşiblər. Qəh-qəhə çəkib dedidlər ki, mən dəli olmuşam. Nə qədər çalışdım, inandıra bilmədim. Nəhayət, onlardan daha yaxından tanıdığım birinə dedim ki, get maşına bax. Onlar hamısı gedib maşına yaxınlaşdılar və elə dərhal da hər ikisini maşından çıxardılar, əl-qollarını bağlayıb içəri apardılar. Mən isə sürətlə geri qayıtmağa başladım.

Bu “möhtəşəm” ad günü sürprizindən sonra evimə tələsirdim. Elə həmin gün bildim ki, Çauşesku və Yelenanı hərbçilərə təhvil veriblər…”

Bu sıravi rumıniyalı Nikolay Petrişorun yaddaşından heç vaxt silinməyən xatirələridir. Çauşeçkunun isə 24 illik hakimiyyətinin son 2 saatıdır.

Çauşesku 26 yanvar 1918-ci ildə Skorniçeşti kəndində yoxsul kəndli ailəsində anadan olub.10 uşaqlı ailə olduqca kasıb yaşayıb. Çauşesku ibtidai təhsil aldıqdan sonra Buxarestdə çəkməçiliyi öyrənməyə başlayıb. Artıq 15 yaşında kiçik bir çəkməçi dükanında işləyərək maddi tələbatlarını ödəyə biləcək qədər pul qazana bilib.

Gənc yaşlarından siyasətə maraq göstərən Çauçesku 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub. 1936-cı ildə Kommunist Partiyasına üzv olub. Siyasi fəaliyyətinə görə o, iki il həbsxana həyatı yaşayıb və gələcəkdə bu onun siyasi karyerasında böyük rol oynayıb.

1947-ci ildə Rumıniyada kommunistlər hakimiyyətə sahib olduqdan sonra Çauşeskunun karyerasında sürətli yuksəliş dövrü başlayıb. O, əvvəl kənd təsərrüfatı naziri, ardınca isə silahlı qüvvələr nazirinin müavini vəzifəsində çalışıb. 1952-ci ildə Mərkəzi Komitəyə, iki ildən sonra isə Rumıniya Kommunist Partiyasının Siyasi Bürosuna üzv olub. 1965-ci ilin mart ayında, baş katib Georgiu-Dejanın ölümündən sonra Çauşesku Rumıniya Kommunist Partiyasının birinci katibi olub. 1974-cü ildə konstitusiyanı dəyişmək qərarına gəlib və ölkədə prezident vəzifəsini təsis edib və ölkəyə prezident kimi rəhbərlik etməyə başlayıb. Beləliklə, Çauşesku 1965-ci ildən 1989-cu ilə, edam olunana qədər Rumıniyanın mütləq hökmdarı olub.

Çauşesku özünü uzaqgörən siyasətçi adlandırıb. Amma o, bu uzqagörənliyində günü-gündən mütiləşdirdiyi xalqının bir gün səbr kasasının daşacağını nəzərə almayıb. Və 1989-cu il Mərkəzi və Şərqi Avropada bir-birinin adrınca kommunist rejimlərinin devrildiyi bir dövrdə, Şərqi Almaniya, Polşa, Çexiya, Macarıstan, Bolqarıstan kimi ölkələrdə rejimin qansız devrildiyi bir vaxtda Rumıniyada hakimiyyətin dəyişməsi mindən artıq insanın qanı bahasına başa gəlib.

Bütün dövlət və hökumət postlarını öz ailəsinə və ən yaxın saydığı adamlara həvalə edən Çauşesku öz “əbədi”liyini təmin etmək üçün bütün vasitələrə əl atıb.

Qanlı diktator kimi tarixdə qalan Çauşesku ağlasığmaz dəbdəbəli həyat sürüb. Sıravi rumınyalının ictimai nəqliyyatdan istifadə etmək üçün pul tapmadığı bir vaxtda Çauşeskunun iti xüsusi limuzində gəzib.

Rumınyalıların iş günü səhər saat 4-5-də başladığı və axşam saat 7-8-də bitdiyi bir vaxtda Çauşesku və xanımı Yelena öz rahatlıqlarını qızıl vannalarda tapıblar.

Ərzaq qıtlığı, piştaxtaların boş olduğu bir dövrdə prezident ailəsi saxladıqları ev heyvanlarına milyonlarla pul xərcləyiblər.
Prezidentin göstərişi ilə ölkədə elektrik enerjisinin verilməsinə məhdudiyyətlər qoyulub. Sıravi vətəndaşlar gün ərzində yalnız 2-3 saat enerjidən istifadə ediblər. Gecələr isə ümumiyyətlə işığın olmasından söhbət gedə bilməzdi. Hər ailə yalnız bir elektrik lampasından isitfadə etmək hüququna malik olub. Əks halda ciddi cəza növləri tətbiq edilib. Ailə üzvlərinə məxsus olan villalar, iqamətgahlar, bağ evləri isə bütün sutka ərzində gözqamaşdıran işıqları ilə diqqəti cəlb edib.
Prezidentin qızıla olan ehtirası o qədər güclü olub ki, onun iqamətgahında bir çox əşyalar, hətta divar üzərində bəzi işləmələr təmiz qızıldan hazırlanıb.

Prezident xanımının qarderobundakı xəz geyimlərinin qiyməti milyonlarla ölçülüb.

Öz mükafatlarının sayına görə isə Çauşeskunu yalnız Leonid Brejnevlə müqayisə etmək olar. Dəfələrlə Sosialist Əməyi Qəhrəmanı adını alan Çauşesku dost xalqların da bir çox mükafatlarını əldə edib. Bu isə həmin ərəfəyə təsadüf edib ki, Rumıniyada ildə on beş min adam acından ölürmüş.

Təbii ki, mövcud siyasi durumda, sosialist düşərgəsində və Şərqi Avropada baş verən dəyişikliklər və Çauşesku diktatorluğunun son həddə çatdığı bir vaxtda kommunist rejiminin Rumıniyada devrilməsi də qaçılmaz idi.

1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldıranda, Transilvaniyada rejimə qarşı xalq kütlələrinin ayağa qalxması daha cüclü şəkildə ifadə olunub. Özünə güvənən Çauşesku dekabrın 17-də regionun şəhərlərinin birində, Timişoarada nümayişçilərin güllələnməsinə qərar verib. Bu qərardan qəzəblənən və diktatorun amansızlığından cana doyan xalq səhərisi gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə ayağa qalxıb.

Xalqın etirazının qarşısını almaq mümkün olmayıb. Ordu xalqın tərəfinə keçib. Çauşesku xanımı ilə qaçmaq istəsə də, yuxarıda qeyd etdiyimiz kimi ələ keçib.Dekabrın 25-də Tırqovişta şəhərindəki hərbi qarnizonda keçirilən fövqəladə və açıq məhkəmədə ittiham olunduğu cinayət əməllərinə görə Çauşesku və xanımı ölüm cəzasına məhkum ediliblər. Qərarın çıxarılmasından bir saat sonra Çauşesku və həyat yoldaşı Yelena qarnizonun stadionunda güllələniblər. Meyitlər bir neçə gün stadionda qaldıqdan sonra Buxarestdə dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

Əvvəlki yazı

Prezident və birinci xanım “Azərxalça”nın Lənkəran filialının açılışında iştirak ediblər

Sonrakı yazı

“İlham Əliyev də rus dilində təhsil alıb, indi ölkəni kimdənsə asılı edib ki?”

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.