09-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verdi

25 Avqust 2023, 14:57
Cəmiyyət
A A
Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verdi

Ermənistan Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Azərbaycan QAC) bəyanatına qərəzli cavabı böyük təəssüf hissi doğurur.

Bu barədə Reportyor.info-ya Azərbaycan QAC-dan bildirilib.

Qeyd edilib ki, qayəsi humanizm prinsipinə söykənən Azərbaycan QAC-ın bəyanatı Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar yardımların çatdırılmasını ehtiva etdiyi halda, Ermənistan QXC-nin qeyri-adekvat reaksiyası anlaşılan deyil: “Onların söylədiklərinin əksinə olaraq, Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini, xüsusilə neytrallıq, qərəzsizlik və vahidlik prinsipinə tam riayət edərək heç bir siyasi niyyət güdmədən Azərbaycan QAC-ın nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq ehtiyacı olan insanlara yardım niyyətini ortaya qoyub. Bu kateqoriyadan olan şəxslərə humanitar yardımın göstərilməsi haqqında bəyanatla çıxış etmək və mövqe bildirmək bizim mandatımıza tam uyğundur və Hərəkatın prinsiplərinə zidd deyil. Bu hərəkət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsip və dəyərlərinin pozulması demək deyildir, əksinə, insanlığa xidmət edir. Biz bu bəyanatımızla Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə ehtiyacı olan insanlara yardım göstərməyə hazır olduğumuzu bildirmişik. Maraqlıdır, görəsən burada hansı qanun pozuntusu vardır?! Digər tərəfdən, Azərbaycan QAC respublikanın bütün ərazisində, o cümlədən, Qarabağ iqtisadi rayonunda istənilən humanitar missiyanı həyata keçirməyə tam səlahiyyətlidir, bunun üçün heç kimdən icazə almağa lüzum yoxdur. Ermənistan QXC-nın Vaqif Xaçaturyanla bağlı mövqeyinə gəlincə, onu qeyd etməyi özümüzə borc bilirik ki, V.Xaçaturyan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində günahsız mülki insanları – uşaq, qadın, qocaları qətlə yetirmiş, hərbi cinayətlərdə birbaşa iştirak edib. V.Xaçaturyan insanlığa zidd olan cinayətlərinə görə cavab verməlidir. Belə bir terrorçunun, qatilin Ermənistan QXC tərəfindən dəstəklənməsi təəssüf doğurur. Bu, tamamilə Cenevrə Konvensiyalarına ziddir”.

Bildirilib ki, Ermənistan QXC tərəfindən Laçın yolu ilə bağlı söylənilən fikirlər reallığı əks etdirmir: “Müşahidələrimiz onu deməyə əsas verir ki, bölgədə heç bir “humanitar böhran” yoxdur. Əgər belə bir hal olsaydı, Ermənistan QXC bizim bu xoş niyyətimizi alqışlayar, Beynəlxalq Qızıl Xaç Komitəsi yardımların Ağdam-Xankəndi yolu ilə çatdırılmasını təmin edə bilərdi. Əsassız fikirlərin səsləndirilməsi sadəcə çaşqınlıq salmağa xidmət edir. Ermənistan QXC-nin bəyanatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edilməsinə gəldikdə isə, Azərbaycan Respublikası tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması onun öz sərhədləri daxilində suveren hüquqlarının qorunmasına xidmət edir. Hal-hazırda erməni sakinlər Xankəndidən Ermənistana və geriyə maneəsiz hərəkət edirlər. Erməni sakinlər üçün heç bir məhdudiyyət yoxdur. Müsahibələri zamanı onlar öz məmnunluqlarını dəfələrlə bildiriblər. Ermənistan QXC-nin cavab məktubu bizdə belə bir şübhə yaradır ki, o, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının humanitar prinsiplərinə zidd olaraq siyasətə qarışır və Ermənistan hökumətinin əlində bir alətə çevrilmək təhlükəsi ilə üzləşib. 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, həm Ermənistandan, həm də Azərbaycanın Qarabağ bölgəsindən bir milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə insanın qətlə yetirilməsi, tarixi, mədəni və dini abidlərin məhv edilməsi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməməsi və s. barədə indiyədək heç bir bəyanat verməyən, mövqe bildirməyən Ermənistan QXC-nin bu bəyanatı bizdə haqlı olaraq təəssüf və təəccüb hissi doğurur.

Ermənistan Qızıl Xaç Cəmiyyətinə məsləhət görürük ki, yazdıqları bəyanat, səsləndirdikləri ifadə və fikirlərdə dəqiq, məsuliyyətli olsunlar, tərəfsizlik, qərəzsizlik nümayiş etdirsinlər. Siyasi proseslərin, siyasi avantüranın alətinə çevrilməsinlər. Bu bəyanatı qəbul edərkən, yaxşı olardı ki, Ermənistan QXC Azərbaycan QAC-ın məlum bəyanatını diqqətlə nəzərdən keçirərdi. O halda qəbul etdikləri bəyanatda yoxlanılmamış, dəqiq olmayan qərəzli fikirlərə yol verməz, qarşı tərəfi haqsız günahlandırmazdılar. Bir daha təkrar edirik, Azərbaycan QAC-ın bu bəyanatı verməkdə məqsədi həqiqi yardıma ehtiyacı olan insanlara təcili, təxirə salmadan humanitar yardım göstərməyə hazır olduğumuzu bildirmək olmuşdur. Bu, birbaşa missiyamızdır.

Ermənistan QXC-nin başqa bir dövlətin ərazisində olan məsələlərlə əlaqəli fikir bildirməsi sual doğurur. Bu məsələlər onların mandatına və missiyasına aid deyil. Həm də başqa bir Milli cəmiyyətin işinə kobud müdaxilədir. Yaxşı olar ki, Ermənistan QXC öz ərazisində olan humanitar məsələlərin həllinə zaman ayırsın.

Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır. Belə ki , həmin razılaşmaya görə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının hüdudlarında bu sahədə müstəsna hüquqlara malik deyil. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi BQXK-nın səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir, onunla koordinasiya şəklində həyata keçirilir.

Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla – Beynalxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq.

Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır”.

Əvvəlki yazı

DTX bu şəxsi saxladı

Sonrakı yazı

Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.