Ağsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim Dərgahlının atası onun əvvəlcə 10 nəfər tərəfindən döyüldüyünü iddia edib.
Reportyor.info xəbər verir ki, Sabirabad rayonunun Balvar kənd sakini Kərim Dərgahov “Kriminalqafqaz”a müraciət edərək oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu rayon prokurorluğundan şikayətçi olduğunu bildirib.
O qeyd edib ki, oğlu Məmmədkərim hadisədən təxminən 3 ay əvvəl Ağsunun Padarqışlaq kəndindən qız qaçırıb: “Həmin vaxt müstəntiq gəlib izahat da aldı, qız öz istəyi ilə gəldiyini dedi. Bundan sonra ara sakitləşmişdi, amma kimsə plan qurub ki, oğlum o kəndə gedəndə qətlə yetirsinlər. Toy edəcəkdik, qohumlarımızda yas var idi deyə toyu ilin sonuna saxlamışdıq. Amma edə bilmədik”.
K.Dərgahov bildirir ki, oğlu dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedib: “Axşam saat 8-9 radələrində orada 10 nəfər oğlumu döyüb. Daha sonra bir neçə nəfər onun əl-qolundan tutublar və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı”.
Mərhumun atasının sözlərinə görə, Ağsu rayon prokurorluğu oğlunun ölümündə günahkar olan 10 nəfərdən sadəcə birini məsuliyyətə cəlb edib: