13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qiymətlər hər gün artır, səbəb nədir? –Ekspertlər hökumətin apardığı dəyişiklikləri nişan verirlər

11 Yanvar 2019, 11:51
Seçmə
A A
Qiymətlər hər gün artır, səbəb nədir? –Ekspertlər hökumətin apardığı dəyişiklikləri nişan verirlər

Son vaxtlar Azərbaycan ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində bahalaşma müşahidə edilir. Yerli medianın yazdığına görə, bu ilin əvvəlindən bir kisə unun qiymətində bir neçə manat bahalaşma var: «İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq «Mehriban» unu 27 manatdan 28.50 manata, «Sarı Sünbül» unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, «Karmen» unu isə 25 manatdan 27 manatadək bahalaşıb».

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, keçən il ölkədə 3.29 milyon ton taxıl istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 12.6 faiz çoxdur, odur ki, ölkədə qıtlıq yoxdur, qiymət siyasətinə isə nazirlik nəzarət etmir.

İqtisadçı Natiq Cəfərli bildirib ki, unun bahalaşmasına səbəb xaricdə taxılın bahalaşmasıdır:

“Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti yaxşı olmadığı üçün xaricdən gələn taxıl yerli taxıla qatılır. Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur. Bu da unun bahalaşmasına təsir edib”.

Bəzi bazarlarda ayın əvvəlindən qoyun ətinin də bahalaşması müşahidə olunur.

Rəsmi statistikaya görə isə bahalaşma 2-3 faiz arasındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz bahalaşıb.

İqtisadçılar isə reallıqda bu rəqəmlərin daha böyük olduğunu deyirlər, bu il bahalaşmanın və inflyasının daha yüksək olacağını bildirilər.

Necə olur ki, adamların gördüyü bahalaşmanı iqtidar hiss etmir?

Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib ki, o 2019-cu ildə, ötən ilə nisbətən həm rəsmi, həm də qeyri-rəsmi inflyasiyanın daha yüksək olacağını gözləyir.

Onun sözlərinə görə, buna səbəb olan bir sıra amillər var. Bunlar vergilərin artması, aksizlərin artması, istehlakçıların üzərinə 210 milyon manatdan çox büdcə öhdəliyinin qoyulmasıdır. İqtisadçı 2019-cu ildə daha çox bahalaşma gözləyir:

“Xüsusilə də aksizli malların qiymətində bahalaşma olacaq, xidmətlərdə bahalaşma olacaq, artıq bu başlayıb. Nəzərə alanda ki, tənzimlənən qiymətlərdə də Tarif Şurasının qərarı ilə artım olacaq, onda biz bu il inflyasiyanın keçən ildəkindən dəfələrlə çox olmasının şahidi olacağıq. Düzdür, keçən il inflyasiya 2,3 faiz elan olunub, guya ki, ərzaq malları cəmi 1,9 faiz bahalaşıb, əslində isə istehlakçılar artımı hər gün hər həftə hiss edirlər”.

Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin İqtisadiyyat Komitəsinin keçmiş sədr müavini Əli Əlirzayev isə deyir ki, o, hansısa qiymət artımı müşahidə etməyib, əgər qiymət artımı baş verərsə belə, hökumət bunu müşahidə edib, hansısa formada addımlar atır. Onun sözlərinə görə, qiymətlər bundan sonra artsa belə, əhalinin rifah halı ilə bağlı da tədbirlər görülür:

“Məsələn, pensiya islahatı həyata keçirilir, müəyyən mənada əmək haqqı sistemində islahatlar aparılır, minimum əmək haqqı və pensiya artacaq, amma qiymətin artmasının qarşısını inzibati yolla yox, istehsal olunan məhsulun həcminin artırılması, bəzi hallarda isə dövlət nəzarəti ilə həyata keçirilməlidir”.

Müstəqil iqtisadçılar isə hökumətə tövsiyə edirlər ki, bahalaşmanın qarşısını almaq üçün gömrük sistemi daha şəffaf olsun, azad və rəqabətli bazar mühiti təmin olunsun.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayı çoxalıb –Dövlət Miqrasiya Xidmətinin rəisi rəqəmləri açıqladı

Sonrakı yazı

KREML İSRAİLDƏKİ HÖKUMƏTİ “DEVİRMƏK” İSTƏYİR? –Kəşfiyyat şefinin açıqlaması siyasət meydanında tozanaq yaradıb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.