Bakı Hərbi Qarnizonunda xidmət keçmiş və Vətən müharibəsində iştirak etmiş bir qrup qazi etiraz aksiyası keçirib. Reportyor.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qazilər Füzuli, Cəbrayıl və digər ərazilərin azad olunmasından iştrak etmələrinə baxmayaraq, medallarla təltif olunmamalarından şikayətləniblər.
Onlar 44 günlük müharibədə Xocavəndin Qırmızı bazar qəsəbəsinə qədər irəlilədiklərini, lakin bu əziyyətlərinə dövlət tərəfindən heç bir qiymət verilmədiyini bildiriblər. Aksiya iştirakçıları onlara medalların verilməsini istəyiblər.