14-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qazi və şəhid ailələri ilə bağlı yeni layihəyə start verildi

05 May 2021, 18:57
Cəmiyyət
A A
Qazi və şəhid ailələri ilə bağlı yeni layihəyə start verildi

Bakı Şəhər Gənclər Baş İdarəsi, Əlil Arabasında Qılıncoynatma Federasiyası və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi və qaziləri ilə bağlı mənəvi dəstək layihəsi həyata keçiriləcək.

Bu məqsədlə mayın 5-də layihənin müzakirəsi və təqdimatı ilə bağlı videokonfrans təşkil olunub.

REPORTYOR.info xəbər verir ki, videokonfransı çıxış nitqi ilə Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Rafiq Abbasov açıb.

Layihənin icrasının vacibliyindən danışan R.Abbasov bildirib ki, ilk növbədə rayon gənclər idman idarələri, icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq şöbələr vasitəsi ilə rayonlarda qeydiyyatda olan Vətən Müharibəsi iştirakçılarının, qazilərin və xüsusən də hərəkət məhdudiyyəti olan qazilərin siyahısı Baş İdarəyə təqdim etməlidir.

İdarə rəisi bildirib ki, tərtib olunan bu siyahı üzrə qazilər ziyarət olunacaq. Məqsəd onlara psixoloji və mənəvi dəstək göstərməkdir.

R.Abbasov əlavə edib ki, hər rayonda 5 nəfər könüllüdən ibarət qruplar da müəyyən ediləcək: “Bu qruplara psixoloji dəstək göstərəcək psixoloqlar müşahidə edəcək, onların qazilərlə görüşlərini təşkil edəcək”.

Konfransda məlumat verilib ki, layihənin təşkilatçıları tərəfindən hərəkət məhdudiyyəti olan qazilər arasında “Zəfər kuboku” adlı qılıncoynatma yarışı, hərəkət məhdudiyyəti olmayan yüngül yaralanmış qazilər arasında isə stolüstü idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Əlil Arabasında Qılıncoynatma Federasiyasının rəhbəri Asəf Məlikov layihə haqda Musavat.com-a danışıb.

A.Məlikov bildirib ki, layihəyə tam olaraq Ramazan bayramından sonra start veriləcək:

“Bizim federasiyanın əsas məqsədi təcrübəmizi bölüşməkdir. Mən təşəkkür edirəm ki, Bakı Şəhər Gənclər Baş İdarəsi də bizim bu təklifimizi dəstəklədi və müvafiq göstərişlər verdi. Rayon şöbələrinə, rayon icra hakimiyyətlərinin nəzdində yaradılmış xüsusi şöbələrinə, Müdafiə Nazirliyinə müraciət edildi və bu layihə ilə bağlı videokonfrans keçirildi.

Hazırda layihənin icra edilməsinə start verilib. Ramazan bayramından sonra bu iş tam şəkildə icra olunmağa başlayacaq. Bu videokonfransa qədər artıq müəyyən işlər görülmüşdü.

Biz də bu sahədə müəyyən təcrübəyə malikik. Təklif olarsa, biz də üzərimizə düşəni edəcəyik. Bizim Federasiya bu istiqamətdə işləri tək başına görsə, 3-4 nəfər qaziyə dəstək ola bilər. Amma bu işlər Bakı Şəhər Gənclər Baş İdarəsinin dəstəyi ilə həyata keçirilsə, biz 100 adama dəstək ola bilərik. Biz də bunu istəyirik”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Asəf Məlikov deyib ki, Federasiyanın psixoloqları tam heyətlə bu layihənin icrasına yönəldiləcək: “Bizim psixoloqlar artıq illərin təcrübəsinə malikdir. Həm idman müəllimi kimi, həm də psixoloq kimi çalışıblar və bu sahədə təcrübəyə malikdirlər.

Mən özüm müharibə iştirakçısı olduğum üçün müharibənin nə olduğunu əyani olaraq bilirəm. Raqif müəllimlə görüşümüz zamanı da bildirdim ki, istəyimiz bu layihənin müharibədə iştirak edən hər bir hərbiçini, əsgəri əhatə etməsidir. Çünki istənilən döyüşçüdə müharibənin simptomları qalır və psixoloji sarsıntı keçirir. Buna görə də biz onlara dəstək olmalıyıq.

Bəzən baxıram ki, nitqində qüsur olan, kəkələməsi olan qazimiz xarici ölkəyə müalicəyə göndərilir. Amma biz bunu öz ölkəmizdə edə bilərik, bacarırıq. Bir nəfəri xaricə göndərməkdənsə, 5 nəfəri burada özümüz müalicə edə bilərik”.

Asəf Məlikov əlavə edib ki, layihə çərçivəsində həm birinci Qarabağ savaşında, həm də ikinci Qarabağ savaşında iştirak edən qazilərimizlə, şəhidlərimizin ailə üzvləri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, bu günə qədər Başı Şəhər Gənclər Baş idarəsi tərəfindən şəhidlərin adının əbədiləşdirilməsi üçün müxtəlif yarışlar, turnirlər keçirilib.

Əvvəlki yazı

İki il ərzində hansı məmurlar postunu itirib? – SİYAHI

Sonrakı yazı

Bu binaların sakinləri köçürülür – RƏSMİ

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.