Qazaxıstanda keçirilən prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi öz işinə başlayıb.
262 saylı seçki məntəqəsi yerli vaxtla 07:00-da açılıb.
Seçki məntəqəsinin üzvləri və Qazaxıstan diplomatları ölkə himninin səsləndirilməsi ilə təntənəli açılış mərasimi keçiriblər. Sözügedən məntəqədə Azərbaycanda müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları səs verə bilərlər. /Report