Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Janaözen şəhərində 2 mərtəbəli mənzildə boru partladığı qeyd edilib.
Yerli vaxtla saat 05.00 radələrində baş verən hadisədən sonra 12 mənzilin yerləşdiyi mənzildə böyük dağıntılar meydana gəldiyini bildirən səlahiyyətlilər, “Partlayış nəticəsində mənzilin girişindəki 150 kv. ümumi sahəsi 600 kvadratmetr olan bina dağıdılıb”.
İlkin təsbitlərə görə, qəzada 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisədən sonra bölgəyə gələn 50 nəfərlik xilasetmə qrupu, polis, hərbçi və çoxlu sayda könüllü dağıntılar altında qalanları xilas etmək üçün işlərini davam etdirir.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.