• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə, 26 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Qazaxda İsmayıl Şıxlının 100 illik yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib

2019-02-16
in Cəmiyyət
0
Qazaxda İsmayıl Şıxlının 100 illik yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib
1
Paylaşılıb
9
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamı təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyərdir.
Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında 3 noyabr 2018-ci il tarixli Sərəncamdan sonra imzalanan ikinci böyük Sərəncamdır ki, ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir.
Xalq yazıçısına verilən qiymət ölkə başçısının imzaladığı Sərəncamda daha aydın şəkildə öz əksini tapır. Sərəncamda da qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Bəli, ölkə başçısı tərəfindən imzalanan Sərəncamda yer alan bu cür dəyərli fikirlər bir daha onu sübut edir ki, ölkəmizdə söz adamlarına hər zaman hörmət və ehtiram olub və bu, bundan sonra da belə olacaqdır.
Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyətində İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı keçirilən müşavirə də görkəmli şəxsiyyətə olan ehtiramın bariz nümunəsidir.
Rayon ziyalılarının, ağsaqqalların, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə keçirilən müşavirə məlum Sərəncamın imzalanmasına görə ölkə başçısına minnətdarlıqla başlayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə Respublika Prezidenti İlham Əliyevə bütün qazaxlı ziyalılar adından öz dərin minnətdarlığını bildirib.
İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıram. Çünki biz keçirilən həmin tədbirlərlə həm də Qazaxı təqdim etmiş oluruq. Odur ki, hər bir tədbir öz əhəmiyyətinə görə böyük məna daşıyır.
Rayon rəhbəri qeyd edib ki, xoşbəxt insan o şəxsdir ki, özündən sonra iz qoyur və əbədi qəlblərdə yaşayır. “İsmayıl Şıxlı şəxsiyyəti də məhz elə insanlardandır”, – deyən icra başçısı özündən sonra iz qoymuş böyük insanın həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, vaxtilə ulu öndərin qiymət verdiyi İsmayıl Şıxlının 100 illiyinin qeyd olunması bir daha onu sübut edir ki, o, görkəmli şəxsiyyət özündən sonra çox dərin bir iz qoymuşdur. Ölkə başçısı imzaladığı Sərəncamla göstərdi ki, illər keçsə, qərinələr dolansa da İsmayıl Şıxlı yubileyi qeyd olunmalı şəxsiyyətdir.
İcra başçısı bildirib ki, bu gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə başçısının yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu şansı bizlərə ölkə başçısı öz Sərəncamı ilə bəxş edib.
Rayon rəhbəri vurğulayıb ki, bugünkü müşavirənin keçirilməsinin də əsas məqsədi tədbirin respublika səviyyəsində təntənəli şəkildə təşkil olunmasını müzakirə etmək, öz təklif və istəklərimizi bildirməkdir. Var qüvvəmizlə çalışmalıyıq ki, İsmayıl Şıxlı şəxsiyyətini olduğu kimi təqdim edə bilək. Ən əsası da bizlər də çalışmalıyıq ki, ölkə başçısının qazaxlılara, qazax ziyalılarına verdiyi dəyəri yubiley tədbirini yüksək səviyyədə keçirməklə qiymətləndirək.
Sonra yubiley tədbirinin keçirilməsi ilə bağlı görüləcək işlər geniş şəkildə müzakirə olunub. Müşavirədə iştirak edən ziyalılar, ağsaqqallar öz ürək sözlərini çatdırıb, təkliflərini irəli sürüblər.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, RİHB-nın Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Mübariz Abdullayev, ağsaqqallardan – Kosalar kənd sakini, şair, təqaüdçü Cavanşir Rüstəmov, Kəmərli kənd sakini, təqaüdçü Rəhim Rəhimov və başqaları çıxış edərək öncə yubiley tədbirinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısına böyük minnətdarlıqlarını bildiriblər. Yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün bu cür qayğı göstərdiyinə, diqqət ayırdığına görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar.
İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdıran çıxışçılar qeyd ediblər ki, o, nəinki eli, obası, eləcə də bütöv Azərbaycan üçün dəyərli insan idi. O, Azərbaycanın ziyalısı idi. O, təkcə Qazaxın deyil, bütün Azərbaycanın İsmayıl Şıxlısı idi. Uşaqla uşaq, böyüklə böyük olan o görkəmli şəxsiyyət bu gün də əbədi olaraq qəlblərdə yaşayır. Hər kəsin qəlbində, xatirələrində özünəməxsus xüsusiyyətləri ilə dərin bir iz qoyub.
Çıxış edənlər qeyd ediblər ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən ikinci böyük qiymət odur ki, bu il ölkə başçısının diqqət və qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Yubiley ərəfəsində bu Xalq yazıçısının yaradıcılığına verilən daha bir qiymətdir.
Yubilyarın yaxınlarından – bacısı oğlu, Kosalar kənd sakini, sazbənd Sabid Məmmədov, bacısı nəvəsi Şamxal Məmmədov, bacısı gəlini, Kosalar kənd tam orta məktəbində ibtidai sinif müəllimi Sakibə Məmmədova, fransız dili müəllimi Həbibə Mustafayeva çıxış edərək İsmayıl Şıxlı nəslinin davamçıları kimi onun yaradıcılığına, şəxsiyyətinə verilən böyük qiymətə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını çatdırıblar. Saz, söz adamlarına, şairlərə, yazıçılara, aşıqlara, bütövlükdə, təhsil, ədəbiyyat, mədəniyyət sahəsinə verdiyi dəyərə görə sonsuz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, ölkə başçısının bu Sərəncamı imzalaması bizi sevindirməklə yanaşı, üzərimizə də böyük məsuliyyət qoyur. Bu gün biz doğmaları, eli-obası elə çalışmalıyıq ki, bizlərə göstərilən etimadı layiqincə doğrulda bilək. Rayon rəhbərliyinin qayğısı sayəsində hər zaman olduğu kimi bu yubliey tədbirini də yüksək səviyyədə keçirə biləcəyik. Çünki bu müşavirədə səslənən fikirlər, irəli sürülən təklif və istəklər onu söyləməyə əsas verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq yubiley tədbiri ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlarını verib.

Bənzər Yazılar

Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

Bakıda güclü külək əsəcək

İlk “ağıllı kənd”lərin adları açıqlandı (SİYAHI)

Paylaş1TweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Millət vəkili Tovuzun kənd məktəblərində məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib

Sonrakı yazı

“AYDA 120 MİN MANAT “PAKET” ALIRDI…” – Habil Məmmədovla bağlı yeni iddia

Sonrakı yazı
“AYDA 120 MİN MANAT “PAKET” ALIRDI…” – Habil Məmmədovla bağlı yeni iddia

“AYDA 120 MİN MANAT “PAKET” ALIRDI…” – Habil Məmmədovla bağlı yeni iddia

Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək

Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək

Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Cazibədar aktrisa hamilədir – Fotolar

Cazibədar aktrisa hamilədir – Fotolar

2021-02-26
Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

2021-02-26
Prezidentin köməkçisin sərt karantin açıqlaması

Prezidentin köməkçisin sərt karantin açıqlaması

2021-02-26
Prezident: “Azərbaycanın içində hər hansı təhlükə yoxdur”

Prezident: “Azərbaycanın içində hər hansı təhlükə yoxdur”

2021-02-26
Məşhur şahmatçı Ermənistandan gedir – hökumətə etiraz

Məşhur şahmatçı Ermənistandan gedir – hökumətə etiraz

2021-02-26
Putin Təhlükəsizlik Şurasını topladı: sülhməramlıların müzakirəsi…

Putin Təhlükəsizlik Şurasını topladı: sülhməramlıların müzakirəsi…

2021-02-26
Erməni general Arutyunyanı döydü

Erməni general Arutyunyanı döydü

2021-02-26
İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi

İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi

2021-02-26
Kreml: Ermənistandakı hadisələr Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

Kreml: Ermənistandakı hadisələr Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

2021-02-26
Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

2021-02-26
Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

2021-02-26
“Erməni qadın otağa girib ləçər ədası ilə…“ – Flora Kərimova

“Erməni qadın otağa girib ləçər ədası ilə…“ – Flora Kərimova

2021-02-26
Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək

2021-02-26
Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız…”

Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız…”

2021-02-26
İlk “ağıllı kənd”lərin adları açıqlandı (SİYAHI)

İlk “ağıllı kənd”lərin adları açıqlandı (SİYAHI)

2021-02-26
Ermənistan müxalifəti bu gün parlament binası önündə mitinq keçirəcək

Ermənistan müxalifəti bu gün parlament binası önündə mitinq keçirəcək

2021-02-26
Yas və toyların bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yas və toyların bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

2021-02-26
Prezident və birinci xanım “Ana harayı” abidəsini ziyarət etdi (YENİLƏNİB)

Prezident və birinci xanım “Ana harayı” abidəsini ziyarət etdi (YENİLƏNİB)

2021-02-26
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
Prezident Ermənistanda çevrilişə cəhddən danışdı

Prezident Ermənistanda çevrilişə cəhddən danışdı

2021-02-26

Seçmə

  • Bütün
  • SEÇMƏ
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu
SEÇMƏ

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist
SEÇMƏ

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist

2021-02-26
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü
SEÇMƏ

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi
SEÇMƏ

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Rəsmi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Cazibədar aktrisa hamilədir – Fotolar

Cazibədar aktrisa hamilədir – Fotolar

2021-02-26
Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

2021-02-26
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.