24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qazax, Tovuz rayonlarının icra başçıları, vəzifəli şəxsləri niyə dəfndə iştirak etmirlər… – Rza Rzayev yazır

27 May 2018, 01:22
Uncategorized
A A
Qazax, Tovuz rayonlarının icra başçıları, vəzifəli şəxsləri niyə dəfndə iştirak etmirlər… – Rza Rzayev yazır

Səhər xəbərləri oxuyuram, içlərində tanıdığım, hörmət etdiyim insanlar da var – Müdafiə Nazirliyinin Naxçıvanda baş verən düşmən təxribatına görə yaydığı məlumata fərqli mövqe bildiriblər. Hətta bəziləri bunu bölücülük kimi dəyərləndiriblər. Və bir az da uzağa gedənlər olub, bu bölücülüyün əsasının 90-cı illərdə Naxçıvanda qoyulduğunu iddia edənlər var və heç kim bu böhtana, şərə etiraz etmir. Yenə hədəf Böyük Heydər Əliyevdi, hər kəs bilir ki, belə anda susacaq adam deyiləm, amma bu haqda dəfələrlə yazmışam, bu bölücülük 90-cı illərdə Bakıdan başlayıb, mərkəzdən Naxçıvana ayrı gözlə baxılıb, ayırmaq istəyiblər, amma mümkün olmayıb, ən yaxın tarixdi, hamının gözü qarşısında baş verib hadisələr.

Adama yer edən, ağır gələn başqadı. Ağrı yaradanlar isə başqaları deyil – özümüzünkilərdi.

Açıq danışaq, biz buna hər yerdə bugün şahid oluruq, danışmaq, yazmaq heç də gizlin açmaq anlamına gəlməsin, onsuz da gün kimi aydındı, Naxçıvanın istisindən fərqli olaraq başqa bölgələrimizdə naxçıvanlılara münasibət isti deyil. Bunun da obyektiv və subyektiv tərəfləri var, amma mövzumuz bu olmadığı üçün bu günki dərdimizdən yazmaq istəyirəm ki, çəkilməsi elə də asan deyil. Heç ürəyimdən deyil bu mövzuda yazmaq, ürəyim də heç yerinde deyil, amma mövzunun yerinə düşəcəyinə inanıram.

Xəstəliklər, cavan ölümlər o qədər artıb ki, adiləşib. Amma düşmən gülləsinə tuş gəlmək öz ağrı dərəcəsini heç vaxt itirməyəcək.
Atam rəhmətə gedəndə nənəmin necə huy çəkməyi hələ də qulağımdadı, onda anlamışdım, övlad ana-ata üçün nə deməkdi! Övlad itkisi necə ağrılıdı valideyn üçün, insan bir anda ona tuşlanmış gözlərin qarşısında gözlərinin mənasını, baxışını dəyişir.
Naxçıvanda Ağstafadan həqiqi hərbi xidmətə çağırılmış əsgərimiz şəhid olub. Cənab Prezidentin Naxçıvana səfərindən sonra düşmənin bizə etdiyi pay – şəhid!

Son dövrlər qazilərə və şəhid ailələrinə yaxşılığa doğru dəyişən münasibət hamımızı sevindirmişdi.
Bu, həm də Aprel qələbəsinin gətirdiyi yenilik idi, başa düşülən bu idi ki, başqa yolumuz qalmayıb, başqalarının verdiyi sözlərin hamısı boş imiş, ümid qalıb özümüzə, güman özümüzədi, qiyməti özümüzə verməliyik.
Müharibə şəraitində olan ölkədə şəhid düşmək təəccüblü olmamalıdı, ağrıdıcı olan isə əsgər ailələrinə olan münasibətdir.
Əsgər ailəsinin qapısını ancaq şəhid tabutu ilə döyməli deyilik, əsgər ailəsinin həyəti həmişə adamlarla dolub-boşalmalıdı. Sadə insanlarından tutmuş, vəzifəli şəxslərə qədər hər kəs əsgər ailəsi ilə maraqlanmalıdı, düşmən ilə üz-üzə gələcək əsgər bunu özündən əvvəlki əsgər ailəsinə olan münasibətdə görməlidi ki, hərbi xidmətin, vətən qorumağın necə dəyərli olduğunu dərk edə bilsin. Əsgər ailəsinin insanların gözündə ən üstün yerdə olduğunu görsün. Ehtiyac içində ailəsini buraxıb əsgər gedən gəncin fikri ailəsinin ödəyə bilməyəcəyi borcların yanında qalmamalıdı, postda fikirləşməməlidi əsgərliyi tez bitirmək haqda. Fikri evdə qalıb, düşmən ilə üz-üzə olduğunu unudub şəhid olmamalıdı!

Deyirlər vətənə borcunu ödəməyə gedən əsgərin ailəsinin dövlətə borcu var imiş. Baxın, çəkilməyən budur, bu borcu poza biləcək insanlar haradadır bəs, axı ən azı bu bölgədən nə qədər vəzifə tutan, sahibkarlıqla məşğul olan şəxslər var! Niyə bu mənzərəni görəndə ölüb yerə girmirlər?!
Şəhid ailələrinin kasıb görkəmi hamını kədərləndirir.
“Hamı eyni yaşaya bilməz” anlamı, “hamı yaxşı yaşamalıdır mübarizəsindən geri çəkilmək” anlamına gəlməməlidir.
Əgər ölkədə kasıb varsa, problemin səbəbi həmin insanların bacarıqsız olması anlamına gəlməməlidi, başqalarının onlar üçün yaratdığı problemdi kasıblıq. Cəmiyyətin başqa təbəqəsinin yarıtmazlığı özünün əks təbəqəsini yaradıb.
Hələ qarşıda bizi döyüşlər gözləyir, əsgər ailəsinin problemlərini əsgərliyə özü ilə aparmalı deyil, əsgər ailəsinə münasibət dəyişməlidi. Bütün əsgər ailələrinin evinin damında Azərbaycan bayrağı dalğalanmalıdı, bunu adətə çevirməliyik, hər kəs bilsin ki, bu ev əsgər evidir. Həmin bölgənin məmurları evlərinə getməmişdən öncə əsgər ailələrinin evini ziyarət etməlidirlər, onların problemləri ilə maraqlanmalıdırlar. Naxçıvanda şəhid olan əsgər ağstafalıdı, sözsüz ki, onun nəşi Naxçıvandan bütün qaydalara uyğun və şəhidimizə layiq qaydada yola salınıb. Son dövrlər gördüyümüz budur ki, şəhidlərimizin dəfnində ancaq həmin bölgənin insanları iştirak edir. Azərbaycan çox böyük deyil – bu başından o başına 6 saatlıq yoldu.

Bir vəzifəli, imkanlı adamın hüzrü düşəndə haralardan kimlər gəlmir. Yer tapmırsan oturmağa, ölü yiyəsi baş sağlıqlarını topadan qəbul edir. Amma şəhidimizi ağstafalılar, həm də rayonda yaşayanlar dəfn etdilər, tanınmış kimlərsə gözə dəymədi. Qəbrinin üzərində ancaq Ağstafa Rayon İcra Hakimiyyətinin əklili var, hələ uzaq rayonları demirəm – Qazax, Tovuz rayonlarının icra başçıları, vəzifəli şəxsləri niyə dəfndə iştirak etmirlər, niyə rayonları adından şəhid qəbrinin üzərinə əklil qoymurlar, niyə bu az xərc aparan işi görmək istəmirlər?
Guya işləri başlarından aşır, indi özlərindən yüksək vəzifəli birinin yaxın qohumu rəhmətə getsəydi, günlərlə onun qapısının ağzını kəsəcəkdilər. Şəhid atasının əli ürəyində şəkli paylaşıldı, dəfndə iştirak daha yüksək səviyyədə olsaydı – əlindən tutan çox olsaydı, ürəyinin ağrısı bir az azalardı. Ata əllərini göyə qaldırardı, ürəyinin başına aparmazdı!
“Naxçıvanda şəhid olan Ağstafalı şəhidimizin dəfnində Bakıda vəzifə tutan naxçıvanlılardan və imkanlı şəxslərdən kimlər iştirak edib, bilən var?” Belə məzmunda status yazdım, çoxlu mesajlar aldım, kimisi başıma ağıl qoyur, kimisi guya naxçıvanlıların təəssübünü məndən çox çəkdiyini göstərmək istəyir, kimlərsə mənə cavab yazmaqla vəzifəliləri müdafiə edib yerini bərkitmək istəyir, guya mən bölücülük ilə məşğul oluram, oralı-buralı söhbəti edirəm, amma anlamırlar ki, durduğum yeri dəyişənlərdən deyiləm, durduğum yerdən Azərbaycan bütöv görünür!

Mənim dərdim isə başqa idi, istərdim nümunə yaransın, ən azı həmin rayona yaxın ərazidə vəzifə tutan naxçıvanlılar dəfndə iştirak etsinlər. Qazaxda yerləşən gömrük postunun naxçıvanlı rəisi həmin dəfndə iştirak etsin, öz köməkliyini göstərsin, həm şəhid ailəsinin, həm də bir neçə əsgər ailəsinin problemlərinin həllini öz üzərinə götürsün, nümunə yaratsın, rəğbət qazandırsın. Başqalarında bu nümünə məcburiyyəti yaratsın. Niyə? Çünki ordubadlı şəhidimizi Bakı Aeroportundan Naxçıvana yola salanda da Bakıda yaşayan, vəzifə tutan, sahibkarlıq ilə məşğul olanların heç biri gözə dəymədilər. Hansısa naxçıvanlı sahibkar önə çıxıb xüsusi təyyarə ilə şəhidimizin Naxçıvana aparılmasını təşkil etmədi. Bakıdan tanınmış simalardan kimsə onların dəfnində iştirak etmədi.
31 milyona özünə otel tikdirən AZAL şefi isə heç də naxçıvanlı şəhidimizin nəşinin yola salınmasında canfəşanlıq etmədi. Amma Bakıda yaşayan naxçıvanlı vəzifə tutan, imkanlı şəxslər aeroportda olsaydılar – AZAL şefi belə hörmətsizlik edə bilməzdi, səhərə qədər şəhid atasını və yaxınlarını aeroportda saxlatmaz, onların yanında olar, dərdini bölüşər və özəl otel tikdirməyə ayırdığı pulun üstündən cüzi bir hissə götürüb şəhidimizi Naxçıvana xüsusi təyyarə ilə yola salardı! Siz bu münasibət ilə vəziyyəti dəyişə bilərsiniz, biz dəyişə bilmirik, çünki bu imkanlar sizdədir, vəzifə tutmaqda, özünüzə gün ağlamaqda öndə olduğunuz kimi, bu məsələdə də öndə olun, inanın, bu sizə ancaq baş ucalığı gətirəcək.

Rza RZAYEV, aktyor, rejissor

Reportyor.info

Əvvəlki yazı

Müştərisi Elnarə Rzayevanın söyüşlərlə dolu yazışmasını yaydı

Sonrakı yazı

“Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik” – İlham Əliyev

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.