28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qaz ehtiyatlarının daha da artması gözlənilir

08 Fevral 2022, 10:52
Cəmiyyət
A A
Qaz ehtiyatlarının daha da artması gözlənilir

“Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü il sentyabr ayının 20-də qoyulib. 2018-ci il may ayının 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin açılışı olub. Əskişəhərdə isə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAR) qaz boru kəmərinin açılışı 12 iyun 2018-ci ildə baş tutub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAR) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıb. 30 noyabr 2019-cu ildə TANAR qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Azərbaycanın təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Onu da qeyd edim ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bütün azərbaycanlılar üçün mühüm bir gündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb.
Hər il yeni nailiyyərlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.
Cənub Qaz Dəhlizi XXI-ci əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı”.
Ənənəvi olaraq hər ilin fevral ayında Məşvərət Şurasının iclası keçirilir və çox sevindirici bir haldır ki, bu iclaslarda ev sahibi olan Azərbaycan tərəfi hər dəfə yeni nailiyyətlər haqqında məlumat verir. Eyni zamanda gələcəkdə görüləcək işlər də burada birgə planlaşdırılır.
Qaz mənbəyinə günbə-gün tələbat artmaqdadır. Azərbaycan Beynəlxalq bazarlara və eləcə də Avropa bazarlarına ixracı artırıb. 2020-ci ildə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib.
Bir sıra layihələr üzərində geniş iş gedir. Texnologiya sürətlə inkişaf edir, odur ki, qaz ehtiyatlarının daha da artması gözlənilir. Ən böyük yataq “Şahdəniz”dir – bir trilyon kubmetr. Ən böyük qaz yataqlarlarından biri olan “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir”.
Azərbaycan torpaqlarının 20 faizi 30 il düşmən tapdağı altında qalmışdır. Bu otuz ildə erməni vandalları Qarabağ və ətraf rayonlarda bütün infrastrukturu dağıtmışdır. Qaçqın və köçkünlərin yenidən öz yurd-yuvalarına qayıtması üçün yenidən qurulan bu ərazilərdə qazlaşdırılma işlərinin görülməsi üçün əlavə qaza ehtiyac var. Bu ərazi 10 min kvadratmetrdən çoxdur. Odur ki, əlavə qaza ehtiyac var.
İşğaldan azad olunmuş ərazilər eyni zamanda enerji ilə də təmin olunur. Burada elektrik stansiyaları bərpa olunur və yeni stansiyalar tikilir. Bundan əlavə olaraq respublika ərazisində enerji xəttləri yenilənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xəttləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Misal üçün Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Pover” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir.
İşğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb”.
Şəhla Ağbulud

Əvvəlki yazı

Nazir təqaüdə göndərdiyi generalın yerinə onu TƏYİN ETDİ

Sonrakı yazı

Nəcməddin Sadıkov 82 əsgəri necə tələyə salıb? – Sensasion detallar…

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.