24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

QATİL SİYASƏTÇİLƏR:ABŞ prezidentlərinin cinayətləri müttəfiqlərinin əməllərindən az fərqlənir – TƏHLİL

25 Oktyabr 2018, 10:29
Manşet
A A
QATİL SİYASƏTÇİLƏR:ABŞ prezidentlərinin cinayətləri müttəfiqlərinin əməllərindən az fərqlənir – TƏHLİL

Cefri Saks

“Project Syndicate”

 

Əsrlər boyu bütün dünyada prezidentlər və şahzadələr qatil və ya qətl aksessuarları olub. 1170-ci ildə Kentenberi arxiyepiskopunun öldürülməsinə təşviq edən II Henri deyirdi: “Bu nifrətamiz kahindən məni heç kim xilas edə bilməz?”

Belə hökmdarlar ən çox inkara üstünlük verir. Səudiyyəli jurnalist Camal Xaşuqcinin öz hökuməti tərəfindən öldürülməsi, İngiltərədə yaşayan sabiq rus casusunun zəhərlənməsi və İnterpol rəhbəri Men Honveyin Çində oğurlanması ilə bağlı faktları ört-basdır etməyə çalışan Riyadda, Moskvada, hətta Pekindəki hakim siyasi sinif kimi.

Ancaq heç kim məsum deyil, Amerika prezidentlərinin tarixində qətl hadisələri var. Donald Trampın sevimli sələfi Endrü Cekson soyuqqanlı qatil, quldar və yerli amerikalıları etnik təmizləmədən keçirən şəxs idi. Harri Truman Hiroşimaya atom bombası atdırmaqla Yaponiyaya müdaxilənin baha başa gələcəyini iddia edir və bununla bəraət qazanmaq istəyirdi. Lakin Naqasakiyə atılan ikinci atom bombası bəraətə yer saxlamırdı və böyük ehtimalla bu, Trumanın əmri olmadan icra olunmuşdu.

1947-ci ildən etibarən prezident cinayətlərinin təkzib edilməsi ABŞ rəhbələri üçün gizli ordu vəzifəsini yerinə yetirən CIA-nın işini asanlaşdırıb. CIA dünyanın hər yerində qətl və xaos icraçısı olub və hətta BMT baş katibi Daq Hammarşöldün öldürülməsini də onun ayağına yazırlar.

CIA yalnız bir dəfə hesabat verib – 1975-ci ildə ABŞ Senatında Frank Çörçün rəhbərlik etdiyi dinləmələr. O vaxtdan etibarən, CIA zorakılıqlarını, bəli, ölümcül işlərini davam etdirib və həm də heç bir məsuliyyət daşımadan və ona hərəkət sərbəstliyi verən prezidentlərə hesabat vermədən.

Prezidentlərin törətdiyi kütləvi qırğınlara ənənəvi hərbi qüvvələr cəlb edilib. Lindon Conson Vyetnamda ABŞ hərbi müdaxiləsini əsaslandırmaq üçün Şimali Vyetnamın Tonkin körfəzinə hücumunu bəhanə gətirib. Riçard Nikson Vyetnam, Kamboca və Laosu bombalamaqla, Sovet İttifaqını qorxutmaq istəyirdi (Bəlkə də bu, Niksonun dəliliyinin sübutudur). Nəhayət, Hind-Çində Conson-Nikson müharibələri milyonlarla günahsız insana ölümünə bais olub.

Əlbəttə, oğul-Buşun İraqdakı kütləvi qırğınları daha yaxşı bilinir, çünki bu müharibə televiziya şousunu xatırladırdı. “Mədəni bir ölkə” başqa bir ölkənin hökumətini devirib, həm də saxta ittihamlarla. Nəticədə yüz minlərlə qraqlı vətəndaş ölüb.

Barak Obama yumşaq rəftara görə geniş şəkildə hücuma məruz qalıb, amma o, günahsız ölənlərin sayını artırıb. Onun rəhbərliyi təkcə terrorçuları deyil, müsəlman ölkələrində Amerikanın qanlı müharibələrinə qarşı çıxanlar, o cümlədən ABŞ vətəndaşları öldürülüb. Obama Suriya hökumətini devirmək üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq barədə CIA-nı səlahiyyətləndirən əmri imzalayıb. Bu “gizli” əməliyyat vətəndaş müharibəsinə gətirib çıxarıb ki, nəticədə yüz minlərlə mülki şəxs ölüb və milyonlarla adam qaçqın olub.

NATO-nun Liviyaya hava hücumları Qəddafinin devrilməsi ilə bitib.

Tramp dönəmində ABŞ, Səudiyyə Ərəbistanını Yəməndə (uşaqları da daxil olmaqla) kütləvi cinayətlərə təşviq edib. Konqres və ya ictimaiyyət tərəfindən demək olar ki, heç bir şüurlu, nəzarət və ya hesabatlılıq olmadan.

Xaşuqcinin qətlindəki pərdə açıldıqda biz dünyanı olduğu kimi gördük. “Washington Post” qəzetinin köşə yazarı tələyə salınıb, qəddarcasına öldürülüb və cəsəd Amerikanın “müttəfiqi” tərəfindən parçalanıb. ABŞ-İsrail-Səudiyyə yalanı budur ki, İran qlobal terrorun mərkəzidir, halbuki təkzibedilməz əks-iddia utancverici Xaşuqci qətlidir. Əməliyyata əmr verən varis şahzadə Məhəmməd bin Salman “istintaq”a rəhbərlik edir. Səudilər bir neçə məmuru vəzifəsindən kənarlaşdırıb və Tramp, yalan ustası, tutuquşu kimi rəsmi Səudiyyənin hiyləgər əməliyyatı ilə əlaqədar hekayəti təkrarlayır.

ABŞ konstitusional demokratiya olmağından qürur duyur, amma xarici siyasətə gəldikdə, prezident istənilən müstəbiddən az fərqlənir. Tramp ABŞ Konqresinə heç nə bildirmədən nüvə silahlarına dair müqavilədən çıxır.

Siyasi elmlər aşağıdakı hipotezi yoxlamalıdır: (ABŞ-da olduğu kimi) prezidentlərin və (Səudiyyə Ərəbistanı kimi) hakimi-mütləqlərin rəhbərlik etdiyi dövlətlər (parlamentlər və baş nazirlərin rəhbərlik etdiyi dövlətlər deyil) ölümcül siyasətə meyllidirmi? ABŞ və Səudiyyə Ərəbistanında olduğu kimi, Bir adamın rəhbərliyi xarici siyasətdə kütləvi qırğını təmin edir.

Amerikalılar haqlı olaraq Xaşuqcinin qətlindən dəhşətə gəliblər. Lakin öz hökumətinin öldürücü üsulları ondan az fərqlənir.

 

Əvvəlki yazı

Bakıda VI Beynəlxalq Humanitar Forumu keçirilir –Prezident, xanımı, Ramiz Mehdiyev və digər rəsmilər tədbirdə iştirak edir

Sonrakı yazı

Məmur olmaq istəyən 1456 nəfər imtahan verəcək –DİM-dən xəbərdarlıq

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.