07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qaşıqçını döyüblər, dərmanla yatırdıb mişarla doğrayıblar…

17 Oktyabr 2018, 14:21
Siyasət, Seçmə
A A
Qaşıqçını döyüblər, dərmanla yatırdıb mişarla doğrayıblar…

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də “yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır. Virtualaz.org xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb.

“The Wall Street Journal” qəzeti adının açıqlanmasını istəməyən türk rəsmilərinə istinadən yazır ki, jurnalistə işgəncə verilməsini və öldürülməsini Səudiyyə Ərəbistanından həmin gün iki “Gulfstream” təyyarəsi ilə İstanbula gələn xüsusi cəlladlar və xüsusi xidmət əməkdaşları konsul Muhammed əl-Üteybinin gözləri qarşısında həyata keçirib.

Yenə də vurğulanır ki, Türkiyə tərəfi Xaşoginin konsulluq binasında necə işgəncəyə məruz qaldığına və öldürüldüyünə dəlalət edən səs yazısına malikdir. “Səudiyyədən gələn cəlladlar qrupu Xaşogini konsul əl-Uteybinin gözləri önündə əvvəlcə döyüb, işgəncə verib, daha sonra dərman verərək yatırdıb və elektrikli mişarla doğrayıb”-qəzet adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən yazır.

Bu arada Türkiyənin hakimiyyətyönlü “Yeni Şafak” qəzeti hətta həmin səs yazısından bəzi detallar dərc edib. Qəzetin yazdığına görə konsul əl-Üteybi Səudiyyə Ərəbistanından gələn cəllad qrupunun jurnalistə işgəncə verdiyi vaxt belə deyib: “Bu işi kənarda görün, mənim başıma bəla açacaqsınız”.

Qrupdan biri isə konsula otaqdan çıxmağı əmr edir: “Səudiyyə Ərəbistanına geri qayıdanda yaşamaq istəyirsənsə səsini kəs, sus”.

Türkiyə tərəfi jurnalistin öldürülməsində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, faktiki olaraq hakimiyyətə rəhbərlik edən Muhammed bin Salmandan şübhələnir. Çünki cinayətdə əli olanların vəliəhdlə yaxın əlaqələri var. Hadisəni araşdıran türkiyəli kriminalistlər və müstəntiqlər oktyabrı 2-də, jurnalistin sənəd almaq üçün konsulluğa getməsindən bir neçə saat əvvəl İstanbula gələn iki səudiyyəli qrup üzərində dayanıb.

Həmin qrupu gətirən və oktyabrın 2-də Ər-Riyada geri dönən “Gulfstream” təyyarələri “Sky Prime Aviation Services Ltd” adlı şirkətə məxsusdur. Səudiyyə vəliəhdi ötən il hakim ailənin üzvlərinə qarşı başlatdığı antikorrupsiya həbsləri zamanı bu şirkəti də müsadirə etmişdi. “Türkiyəli rəsmilər deyirlər ki, təyyarələrlə gələnlər arasında Velid Abdullah Əl-Şəhri və Thaar Qalib əl-Hərbi adlı şəxslər də var. Onlardan birincisinin Səudiyyə Ərəbistanın hərbi hava qüvvələrində general olduğu bildirilir. Türkiyəli rəsmilər isə bu adamın pataloji anatomiya mütəxəssisi olduğunu deyir”-qəzet yazır.

Qətərin “Əl-Cəzirə” kanalı da Xaşoginin konsulluqda necə öldürülməsi barədə bəzi detallar açıqlayır. Bildirilir ki, jurnalistin cəsədinin parçalara ayrılması 7 dəqiqə vaxt aparıb və bu işi pataloji anatomiya mütəxəssisi Salah Mohammed əl-Tubaygi həyata keçirib.

Müxalif səudiyyəli jurnalistin öldürülməsi əməliyyatında iştirak edənlərdən daha birinin kimliyi “The Wall Street Journal” qəzetinin başqa xəbərində açıqlanır. Bu, Mahir Abdüləziz Mutrebdir və vəliəhd şahzadə Muhammed bin Salmanla çox yaxındır. Qəzet arxiv görüntülərinə əsasən onun vəliəhdi Paris, Madrid, Hyuston, Boston və Nyu-York səfərlərində müşaiyət etdiyini bildirir. Mutreb vəliəhd şahazadə ilə təyyarədən yanaşı düşür və bütün təmaslarında onun yanında görünür.

Qrupun daha bir üzvü-Əbdüləziz Muhammed əl-Havsavi də vəliəhdin adamıdır. O da tez-tez Muhammed bin-Salmanla səyahət edib və bunu təsdiqləyən fotolar var. Habelə cəllad qrupunda yer alan Tahir Gali əl-Harbi də vəliəhdin sarayında xidmət edir və xidmətdə fərqləndiyinə görə medulla təltif olunub.

Türkiyə KİV-lərinin bildirdiyinə görə jurnalistin öldürülməsinə dair 11 dəqiqəlik səs yazısı mövcuddur. Jurnalistlər bu haqda daxili işlər naziri Süleyman Soyludan soruşublar. Nazir məlumatı nə təsdiq, nə təkzib edib.

Soylu deyib ki, konsulluq binası ilə yanaşı konsulun iqamətgahında da axtarış aparılmalıdır. Onun bildirdiyinə görə səudiyyəlilər binada axtarış aparılmasına razılaşıb, amma vaxt məsələsində hələlik anlaşma yoxdur.

Konsulluğun özündə aparılan axtarışda isə cinayətə dair dəlil hesab edilə biləcək predmetlər, o cümlədən kanalizasiyadan nümunələr və zibil yeşiklərinə atılan tullantılar götürülüb.

Bu arada konsul Muhammed əl-Üteybi sakitcə Türkiyəni tərk edib və Ər-Riyada geri dönüb. Türkiyə XİN bildirib ki, diplomat öz istəyi ilə gedib və ondan ölkəni tərk etmək tələb olunmayıb.

Bildirilir ki, Xaşoginin məsələsi bu gün ABŞ dövlət katibi Maykl Pompeonun Ankarada Türkiyə rəhbərliyi ilə apardığı danışıqlarda da müzakirə olunub.

Əvvəlki yazı

Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Sonrakı yazı

AQTA sədrinin qardaşı “dövlət çevrilişi”nə görə işdən qovulub – İddia

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.