11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“QARŞIDA KRİTİK İKİ AY VAR…” – Soçi görüşünə şərh

01 Noyabr 2022, 14:11
Siyasət, Manşet
A A
“QARŞIDA KRİTİK İKİ AY VAR…” – Soçi görüşünə şərh

“Rusiyanın əlindən gələni etməsinə baxmayaraq, onun gündəliyindəki mövzuların heç biri üzrə nəticəyə gəlmək mümkün olmadı. Azərbaycan və Ermənistan sərhəddində 45 minlik İran ordusu, Xankəndində keçirilən mitinq və qonaqlara qarşı edilən iyrəncliklər belə nəticə vermədi”.

“AzPolitika.info” xəbər verir ki, bunları politoloq Fərhad Məmmədov Soçi görüşünün yekunlarını şərh edərkən deyib.

Ekspert hesab edir ki, baş verənlər sadəcə başlanğıcdır: “Rusiya öz mövqelərini bərpa etməyə çalışır, amma sülh müqaviləsi prosesinin qaçılmaz olması ilə bağlı reallıqları qəbul etməli olacaq. Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Rusiya Prezidentinin qeyd etdiyi kimi, sülhməramlıların taleyi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesindən asılı olacaq. Yəni söhbət Laçındakı nəzarət-buraxılış məntəqəsindən gedir. Bu müddət ərzində təbii ki, vəziyyəti dəyişməyə cəhdlər olacaq, təzyiqlər başlayacaq. Ermənistanda daha çox rusiyapərəst qüvvələr və Qarabağ ermənilərindən istifadə oluncaq. Ancaq Soçi görüşü və qəbul olunan “dişsiz” bəyanat bu qüvvələrin tempini aşağı saldı. Qarabağ erməniləri də öz talelərini Rusiya ilə bağlayacaqlarını düşünürdülər. Gəlin, bundan sonra Rusiyanın fəaliyyətinin trayektoriyasını izləyəcək: Vardanyan bu şəraitdə Xankəndində nə edəcək?”

 

 

Ekspert əlavə edir ki, Paşinyan öz davranışları və bəyanatları ilə rusiyapərəst qüvvələri zərərsizləşdirib və ölkə daxilində mövqelərini möhkəmləndirib. “Azərbaycan tərəfinin sızdırdığı məlumatlara görə, Paşinyan bəyanatda yalnız birbaşa Ermənistanla bağlı məsələləri qabartmağa – sərhəd insidentlərinin qarşını almağa çalışıb. Amma bu da işə yaramadı!

Avropa İttifaqından olan 40 “Apokalipsis atlıları” – müşahidəçilərin, Paşinyanın təbirincə desək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın pozulmuş ərazi bütövlüyünə yönəltməsi yeganə nailiyyət hesab oluna bilər”, – o qeyd edib. F.Məmmədov hesab edir ki, noyabr ayı “isti” keçəcək: “Bu aya Brüsseldə XİN başçılarının, sülh müqaviləsi üzrə ekspert qruplarının, sərhəd komissiyasının görüşləri və liderlərin sammiti planlaşdırılıb. Güman etmək olar ki, Soçinin “dişsizliyindən” sonra İranın fəallığı azalacaq. İranın bölgədəki gərginliyə arxa fon dəstəyi işə yaramadı. Qafandakı baş konsulluq, Ermənistanla yeni razılaşmalar, Azərbaycanla problemlər, bəyan edilmiş mövqe – İran burada dayanacaq. Bəli, Ermənistan rəhbərliyi özü İranın fəaliyyətindən məmnun deyil. Tehranın regiondan kənar qüvvələrin prosesə cəlb edilməsinin mümkünsüzlüyü ilə bağlı mövqeyi Paşinyanın Qərblə əlaqələrini buxovlamağa yönəlib. İran yalnız bölgədə böyük hadisələr baş verəcəyi təqdirdə fəaliyyətini bərpa edə bilər. Ciddi hadisələr deyəndə dövlət çevrilişinə cəhdi və ya genişmiqyaslı eskalasiyanı nəzərdə tuturam”.

Politoloq qeyd edir ki, Ermənistanda yaxın gələcəkdə hakimiyyətin müəyyən siyasi təşkilatlarda həbslər aparması, qadağalar tətbiq etməsi və bunu isə dövlət çevrilişinə cəhd fəaliyyətilə əlaqələndirməsi mümkündür. Onun sözlərinə görə, bunun üçün hüquqi və təşkilati işlər artıq görülüb.

Fərhad Məmmədov vurğulayır ki, bu gündən kritik iki aya start verilir: “Azərbaycan Ermənistanla Qarabağ erməniləri arasında fərq qoyub. Bölgədəki bütün vasitəçilər və maraqlı tərəflər bu reallığı qəbul etdilər. “Qarabağ münaqişəsi” ilə bağlı kim nə deyirsə-desin, sənədlərdə belə bir şey yoxdur və olmayacaq. Bakı vahid gündəmlə hər iki danışıqlar platforması üzrə mövzuları və irəliləyişləri fərqləndirməyə davam edir”.

Əvvəlki yazı

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev həbs edilib

Sonrakı yazı

Sumqayıt məktəblərində antinarkomaniya təlimləri yekunlaşdı

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.