Lənkəran şəhərinin əksər küçələri, yolları bərbad vəziyyətdədir. Çirkab suları, üfunət iyi küçələri bürüyüb.
Tribunainfo.az xəbər verir ki, şəhərdə kanalizasiyalar, küçələr boyunca uzanan xəndəklər təmizlənmir. Yol boyu xəndəklərdə məişət tullantıları “üzür”.
Lənkəran şəhər İcra Hakimiyyəti və Kommunal Təsərrüfat Birliyinin yadına da düşmür ki, xüsusilə yayın istisində xəndəkləri, arxları təmizləsin. Xəndəklər, arxlar təmizlənmədiyi üçün küçələr üfunət iyi verir.
Zahid Əsəd