16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qaragöldə nə baş verir? – “Eyni proses Qazaxda, Kəlbəcərdə də olacaq”

13 May 2021, 17:20
Gündəm
A A
Qaragöldə nə baş verir? – “Eyni proses Qazaxda, Kəlbəcərdə də olacaq”

“Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”. – Ermənistan mətbuatı bir neçə gündür ki, hay-həşir salıb. Ermənistan tərəfi gölün Azərbaycanın nəzarəti altına keçməsindən narahatdır. Gorus icmasının ciddi risk altına düşdüyü, susuz qaldığı bildirilir.

Daha əvvəl isə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində “dövlət sərhədini keçdiyi” və Verişen yaşayış məntəqəsi istiqamətində “3 kilometr irəli gəldiyi” açıqlanmışdı.

Ermənistan qəzetləri Sünikə qoşun gətirildiyindən, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verildiyindən, Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verildiyindən yazıb.

Hətta Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Sünik vilayətində baş vermiş hadisəni “diversiya müdaxiləsi” adlandırıb. O, qeyd edib ki, mayın 12-si səhər Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib, 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub. Paşinyan Azərbaycan tərəfinin göl üzərində nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bu məlumatlarla bağlı hələ ki, hansısa reaksiya verilməyib.

Onu da qeyd edək ki, sərhədlərinə “diversiya müdaxiləsi”nin edildiyini bildirən Ermənistan hakimiyyəti erməni qəzetlərinin əksinə olaraq hərbi əməliyyatlardan danışmağa lüzum görməyib. Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında işlətdiyi ifadələrdən də bu aydın sezilir: “Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir”. Baş nazir vəzifəsinin icraçısı  Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini də etiraf edir.

Bəs əslində Azərbaycan-Emənistan sərhədində nə baş verir? Bu daha əvvəl edildiyi ki, sərhədlərin delimitaziyasıdır?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, burada hansısa hərbi əməliyyatların başlanmasından söhbət getmir:

“Sadəcə sərhədlərin delimitaziyası və daha sonra demorkasiyası aparılır. Sərhədlər Sovet dövrü xəritələri və digər məlumatlar əsasında müəyyənləşdirilir və daha sonra bu təsdiq edilir. Azərbaycan iki bölgədə –  Zəngəzur və Göyçə gölü ətrafında ələ keçirilmiş torpaqları qaytarmaq məqsədilə sadə bir əməliyyat keçirərək, irəlliləyir və ordunun istinad nöqtələri qurulur. Bu Azərbaycanın öz torpaqlarının özünə qaytarılmasıdır. Eyni proses Qazaxda da, ola bilsin Kəlbəcərdə də baş versin. Ermənilər vaxtilə siçovul kimi Azərbaycan sərhədlərini pozublar, hətta işğal olunmuş ərazilərdə də sərhədlərin yeni konfiqurasiyasını yaradıblar. İndi Azərbaycan həmin əməliyyatları pozur”.

Qabil Hüseynli bildirir ki, ermənilərin qaldırdığı hay-küy heç bir nətcə verməyib:

“Rusiyada da yaxşı başa düşürlər ki, Azərbaycan delimitizasiya prosesini həyata keçirir, bu heç Ermənistanın siyasi dairələrində də ciddi reaksiya doğurmayıb. Üç gündür ki, danışıqlar gedir, çalışırlar ki, Azərbaycanı geri çəkilməyə məcbur etsinlər. Azərbaycanın isə əsaslı faktları var”.

Əvvəlki yazı

General Tofiq Ağahüseynov vəfat etdi

Sonrakı yazı

Prezident general-polkovnikin dəfn mərasiminə əklil göndərdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.