04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

07 Mart 2018, 09:52
Siyasət
A A
Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

İrəvanın “iki stul”da oturmaq siyasəti dəngəni dəyişir; Ermənistanda prezident dəyişikliyinə şimaldan ilginc reaksiyalar; rusiyalı tanınmış politoloq: “Ermənilər növbəti dəfə Rusiyanı satdılar, nəticəsi o olacaq ki…” 

İşğalçı Ermənistanda martın 2-də, parlamentdə baş tutmuş növbəti prezident seçkisi ətrafında müzakirələr davam edir. Bəllidir ki, səsvermə nəticəsində Böyük Britaniyada səfir işləmiş və imkanlı iş adamı, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sərkisyan 10 səsə qarşı 90 səslə, alternativsiz prezident seçilib.

Ən maraqlı məqamlardan biri isə onun ikili vətəndaşlıq daşımasıdır. Daha doğrusu, namizədliyi verilən ərəfədə Ermənistan vətəndaşlığını qəbul eləməsidir. Çünki Ermənistan konstitusiyası ikili vətəndaşlığa icazə vermir. Bundan başqa, yeni prezidenti Qərbə bağlı şəxs kimi təqdim edənlər az deyil.

Yəni belə qənaət hasil olur ki, Ermənistandakı hakim rejim əslində bununla Qərbə növbəti reverans edib. “Yeni Müsavat” xatırladır ki, az öncə – keçən ilin noyabrında Ermənistan Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalamaqla Rusiyada qıcıq yaratmışdı.

Bundan qabaq isə İrəvanda faşist əlaltısı Qaregin Njdeyə abidə ucaltmaqla işğalçı ölkə Rusiyanın qınağına tuş gəlmişdi. Hətta məsələyə Rusiya XİN-i etiraz bildirərək, hadisəni qəbuledilməz adlandırmışdı. “Rusiya nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşıdır. Biz ermənilərin Böyük Vətən müharibəsindəki şücaəti haqda bilirik, ona görə belə bir heykəlin İrəvanda niyə qoyulmasını anlamırıq”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova belə demişdi. Lakin Njdenin abidəsi bu gün də yerində durur.

*****

Armenia votes ile ilgili görsel sonucu

Qayıdaq İrəvanın Qərbə seçki reveransına.

İşğalçı ölkədə son prezident seçki formal xarakter daşısa da, – yeni prezidentin səlahiyyətləri sələflərindən fərqli olaraq, məhdud olacaq, – prosesin özü və onun mümkün nəticələri indi ən müxtəlif rakurslardan, o cümlədən Qərb-Rusiya qarşıdurması və Qarabağ kontekstində təhlil edilməkdədir. Məsələn, parlamentin müxalifət yönlü “Yelk” (“Çıxış”) blokunun üzvü Nikol Paşinyana görə, Armen Sərkisyan ölkənin prezidenti yox, hakim mafiyanın üzvü seçilib.

Armen Sərkisyan ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim partiyaya müqavimət göstərməyəcək. “Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir. Əgər Armen Sərkisyan 2002-ci ildə Britaniya vətəndaşlığı alıbsa, o zaman Ermənistan vətəndaşlığından imtina etmiş sayılır. Bəs bu adam necə prezident seçilib? O, sadəcə, hakim rejimə bağlıdır və ondan asılıdır”, – deyə erməni deputat vurğulayıb.

*****

Oleq Kuznetsov ile ilgili görsel sonucu

Öz növbəsində rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov İngiltərədəki səfirin Ermənistan prezidenti təyin edilməsinin Rusiyanın təhlülkəsizliyi baxımından Moskvaya əlavə problemlər yaradacağını söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “İnterfaks-Azerbaydjan” agentliyinə müsahibəsində deyib.

“Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişi imzalayanda Rusiya siyasi elitası real olaraq şok keçirdi. Böyük Britaniyadakı sabiq səfirin Ermənistan prezidenti seçilməsi isə Rusiya üçün ”ikinci şillə” oldu”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, qəfildən Ermənistan vətəndaşlığını qəbul eləmiş şəxsin, ola bilsin hətta xarici vətəndaşın prezident seçilməsi onu göstərir ki, Rusiya buna hazır olmayıb və böyük ehtimalla, İrəvanın Rusiya əleyhinə apardığı Avrointeqrasiya siyasətinin davamıdır: “Yumşaq desək, Rusiyanın Qafqaza yönəlik xarici siyasəti tam fiaskoya uğrayıb və Ermənilər növbəti dəfə Rusiyanı satıblar. Mən əminəm ki, Ermənistanın xarici siyasət kursunu Rusiyadan Qərbə dəyişməsi Kreml üçün təhlükəsizlik planında böyük problem yaradır. Məsələ ondadır ki, bizim Ermənistanla kollektiv hərbi qruplaşma barədə anlaşmamız var. Buradan çıxış edərək söyləmək olar ki, Rusiya üçün ciddi təhlükə yaranır. Yəni hansısa gizli şeyləri Ermənistan Qərbə ötürəcək. Heç bir zəmanət yoxdur ki, Rusiya Silahlı Qüvvələri ilə Ermənistan qüvvələri arasında mövcud olan ”özününkü-yad” kodları (Radiolokasiya tanıtma sistemi – red.) Qərbin əlinə keçməyəcək və bu kodlar altında Rusiya Federasiyası üzərində icazəsiz uçuşlar həyata keçirilməyəcək”.

Ekspert mövcud vəziyyətdə hadisələrin üç mümkün inkişaf variantını ehtimal edir: “Birinci variant Rusiyanın Cənubi Qafqaz siyasətinin iflas olmasıdır. Bundan sonra Moskva hansısa sanksiyalar tətbiq edir və hansısa formada reaksiya veririk. İkinci variant: etiraf edirik ki, bu, bizim regionda xarici siyasət uğursuzluğumuzdur və heç bir reaksiya vermirik. Üçüncü variant: baş verənlər Rusiyanın Ermənistana münasibətdə məqsədli şəkildə yürütdüyü siyasətin nəticəsidir. Əgər birinci variantdan çıxış eləsək, o zaman biz Azərbaycanın işğal altındakı ərazilərlə bağlı atacağı istənilən addımı bəyənməliyik. İkinci variantdırsa, o zaman Qarabağ nizamlanmasına dair danışıqlar davam etməlidir. Üçüncü variantda isə Azərbaycan üçün Dağlıq Qarabağ konflikti kontekstində heç nə vəd olunmur”.

Sergey Markov ile ilgili görsel sonucu

Öz növbəsində digər tanınmış rusiyalı politoloq Sergey Markov bu qənaətdədir ki, Armen Sərkisyan kimi bir adamın Ermənistanda prezident postuna gətirilməsi erməni lobbisinin rəsmi İrəvana təsirini gücləndirə bilər. “Yeni Müsavat”ın məlumatına görə politoloq deyib: “Dağlıq Qarabağ məsələsində diaspora bir qayda olaraq, Ermənistan əhalisindən daha radikal mövqe tutur. Bu da perspektivdə Ermənistanın Qarabağla bağlı kursunun  daha sərtləşməsinə gətirə bilər. Ancaq bu, ehtimaldır”, – deyə Sergey Markov əlavə edib.

*****

Göründüyü kimi, İrəvanın “iki stul”da oturmaq siyasəti getdikcə daha qabarıq çalar almaqdadır. Daha dəqiqi, bu siyasət Qərbin xeyrinə reveranslarla zənginləşməkdədir. Rəsmi Kremlin buna reaksiyasını yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Ən azı ona görə ki, Ermənistan Güney Qafqazda Rusiyanın əsas hərbi qalası və bölgədəki “gözüdür”…

“Yeni Müsavat”ın analitik xidməti

 

Əvvəlki yazı

Bərdə DYP rəisi prezidentin “köməkçisi”ni təhdid edir: daha bir jurnalistə basqı – Prezidentə Müraciət

Sonrakı yazı

Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun qardaşı oğlunun evinə BASQIN EDİLDİ – FOTO/VİDEO

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.