Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.
Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu “Lex”lə qarşılaşacaq. “Poznan” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.
5 iyul
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
22:00.”Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Xose Luis Munuera
Poznan