“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib. “Report”un məlumatına görə, “köhlən atlar” avqustun 26-da gerçəkləşəcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.
İndiyədək birinci səbətdəki səkkiz klubdan yeddisinin adına aydınlıq gəlib. Bunlar “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna), “Srvena Zvezda” (Serbiya) komandalarıdır.
PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa) və “Real Sosyedad” (İspaniya) II səbətdə yer alacaq və “Qarabağ”la düşməyəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.