Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib. Səfir keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, – diplomat vurğulayıb.