06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Qarabağ”dan çəkinmirik” – Vasili Saçko

24 Oktyabr 2018, 18:22
Seçmə, İdman
A A
“Qarabağ”dan çəkinmirik” – Vasili Saçko

“Öncə bildirim ki, Bakı, insanlar, stadion çox gözəldir. Sabah bizi maraqlı oyun gözləyir. Hər iki komanda ilk iki turda qələbə qazanmadığı üçün itirəcəyi heç nə yoxdur”.

Qol.az-ın məlumatına görə, bu fikirləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında səsləndirib.

Qarşılaşma ilə bağlı danışan ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Kobaxidze, Vasin, Kadimyanın Bakıya gəlməyəcəyi dəqiq idi. Sabahkı oyunda daha kimlər oynaya bilməyəcək?

– Həmin oyunçuların olmaması bizim üçün böyük itkidir. Əsas heyət üzvləridir. Onlardan başqa heyətdə itki yoxdur. Biz “Şaxtyor” və “Dinamo” səviyyəsində kollektiv deyilik, amma komanda ruhumuz var. Düşünürəm ki, “Qarabağ” kimi titullu komanda ilə oyun meydana çıxan futbolçular üçün özlərini göstərmək baxımından yaxşı imkan olacaq.

– “Volın”da Kamal Quliyev, Cahangir Həsənzadə kimi azərbaycanlı futbolçularla oynamısınız. Bakıda onlarla görüşmək fikriniz varmı?

– Hər birinə hörmət edirəm. Onlarla az oynamamışam. Bu futbolçuların sayəsində azərbaycanlıları daha yaxından tanımışam. Hələ ki, görüşməmişəm, ancaq telefonla danışmışıq. Amma inanıram ki, bu gün vaxt tapıb, həmin insanlarla bir fincan çay və ya qəhvə içəcəyəm.

– “Qarabağ”la oyunda sizi hansı nəticə qane edəcək?

– Təbii ki, sabah qələbə qazanmaq istəyirik. Püşkdən sonra bilidri ki, çətin qrupa düşmüşük. Favorit “Arsenal” və “Sportinq”dir. “Qarabağ”ı təhlil etmişik. “Dnepr”lə oyunlarda onlara da çətinlik yaşatmışdılar. Rəqibi geniş analiz etmişik ki, oyuna yaxşı hazırlaşa bilək. Güclü tərəfləri hücum xəttinin sürətli olması, topa nəzarət etmələri, heyətlərində milli üzvləri və təcrübəli futbolçuların çox olmasıdır. “Sportinq” və “Arsenal”la oyunlarda qol epizodları yarada bilirdilər. İnanıram ki, həmin komandalarla ikinci görüşlərdə xal və ya xallar qazana biləcəklər. “Qarabağ”ın da çatışmazlıqları var, amma indi bunu deməyəcəyəm. Baş məşqçi də mühüm amildir. Qurban Qurbanov uzun müddətdir bu komandaya rəhbərlik edir. Bilirəm ki, asan oyun olmayacaq. Ancaq Bakıya istirahət üçün gəlməmişik. “Sportinq”lə oyunda təcrübəsizlik və ehtiyat qüvvənin çatışmazlığı ucbatından xallar itirdik.

– Bakıya 3 saatlıq səfərdən sonra futbolçuların fiziki durumu nə yerdədir və komandanı psixoloji cəhətdən oyuna necə hazırlayacaqsınız?

– Düzdür, təyyarə ilə 3 saat uçduq, amma ölkənin coğrafi mövqeyi elədir ki, başqa seçim imkanımız yoxdur. Sağ olsunlar, bizi hava limanında qarşıladılar və vaxtında otelə çatdıq. Düşünürəm ki, istirahət üçün vaxtımız olacaq.

– 3 gün öncə ölkə çempionatında “Dinamo” ilə çətin matça çıxmışdınız. Futbolçularda yorğunluq varmı?

– Təbii ki, çempionatımızın liderlərindən biri ilə oyunda xeyli güc sərf etdik. Məşqçi və tibbi personalın vəzifəsi futbolçuları qarşıdakı matça yaxşı hazırlamaqdır. “Qarabağ”la görüşdən sonra da çətin matçlarımız olacaq. Hər oyuna fiziki baxımdan güclü çıxmaq istərdik. Amma bu, mümkün deyil. Yüksək səviyyəli turnirdə “Qarabağ” kimi komanda ilə oynamaq bizə əlavə güc verir. Rəqibin gücünə hörmətlə yanaşırıq, amma onlardan çəkinmirik.

– Geqam Kadimyan zədəli olmasaydı, bura gətirəcəkdinizmi və iki həftə sonrakı matçda onu oynadacaqsınızmı?

– Hazırda o, zədəlidir. Sağlam olsaydı, durumuna baxacaqdıq. Zədəli olduğu üçün də gətirə bilmədik. Həm ona, həm də digər zədəlilərimizə görə üzülürəm. Gələn görüşə hazır olub-olmayacağı bilinmir. Tibbi personal hər bir oyunçunun tez sağalması üçün əlindən gələni edir.

– Andrey Şevçenko “Vorskla”nın bir çox matçlarını tribunadan izləyib. Sabahkı qarşılaşmaya gələcəkmi?

– Onun planı barədə məlumatım yoxdur. Yığmanın baş məşqçisidir, bütün klublarla ünsiyyətdədir. Gənc olsa da, yüksək hədəfləri olan məşqçidir. Bizim Londondakı oyunumuza getmişdi. Ancaq onun sabahkı görüşə gəlib-gəlməyəcəyini deyə bilmərəm. Gəlməsə də, əminəm ki, televiziyadan yüz faiz izləyəcək.

Əvvəlki yazı

Paşinyanın baş nazir namizədliyi qəbul edilmədi

Sonrakı yazı

“Atlas” MMC-dən dövlətə pislik: şirkət qazilərimizi ayağa qaldırır – Video

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.