Bu gün baş verənlər təmas xəttindəki insidentlərdən daha böyük təhdiddir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan “Qraparak” qəzetinə müsahibəsində deyib.
“Qarabağda demokratiya sərhədini təhlükəsizlik müəyyən etməlidir. Bu gün baş verənlər təmas xəttindəki insidentlərdən daha böyük təhdiddir. Yanılmaq istəyirəm, amma mənə elə gəlir ki, Qarabağa sırınan ssenari Ermənistan hakimiyyətinin iştirakı ilə gerçəkləşdirilir”, – deyə o bildirib.