16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qarabağ planının DETALLARI, müharibəyə “Hazır olun!” ƏMRİ… – GÜNÜN SİYASİ XÜLASƏSİ

06 İyul 2018, 01:19
Seçmə, Banner
A A
Qarabağ planının DETALLARI, müharibəyə “Hazır olun!” ƏMRİ… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib. İran İslam İnqilabı Keşikçilər Korpusu digər ölkələrin neft daşımalarına mane olmaq üçün Hörmüz boğazını bağlamağa hazırdır. Slovakiya Təl-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi qərarına gəlib. Venesuela prezidenti Nikolas Maduro hərbçiləri ABŞ-ın mümkün təcavüzünü dəf etməyə hazır olmağa çağırıb. Berlin hərbi büdcəsini artırmayacağı halda ABŞ NATO-nun Brüssel sammitində Almaniyanı təhdid edə bilər.

Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib. Avropa Parlamentinin saytının xəbərinə görə, sənəddə qeyd edilir ki, Aİ və Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün konkret faydalar vəd edir. Bildirilir ki, 2019-cu ildə keçiriləcək növbəti “Şərq Tərəfdaşlığı” sammitinə qədər yeni sazişin imzalanması üçün danışıqlarda sürətli və davamlı irəliləyiş müşahidə olunur.

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il “aprel müharibəsi” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində “Azərbaycan – Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyevi məhv etməyə çağırmasından danışıb.

Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR: Ermənistan rəhbərliyi…

Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Cocuq Mərcanlıda keçirilən və Ermənistan, həmçinin, Rusiyadakı erməni lobbisi tərəfindən hiddətlə qarşılanan “Azərbaycan – Cənubi Qafqazda tək müttəfiqi” adlı konfransdan danışıb.

Prezidentin adamı Qarabağ üçün hazırlanan həll planının DETALLARINI AÇDI: Putin yaxşı anlayır ki…

Cənubi Qafqazda Ermənistandakı inqilabla başlanan siyasi proseslər qaynayır. İrəvanda Nikol Paşinyan əhalini küçələrə çıxararaq, Serj Sarkisyanı devirdi. Həmin vaxt Gürcüstanda bir gəncin qətli insanların hakimiyyətə etirazına səbəb oldu. Daha sonra bu ölkənin baş naziri istefaya getdi.

Beynəlxalq media orqanı olan “Oriental Review” nəşrində Andrey Korubko imzası ilə yayımlanan məqalədə Ermənistan və Gürcüstanda baş verənlərin Corc Soros tərəfindən həyata keçirilən “rəngli inqilab” olduğu deyilir.

“Gürcüstanda baş verənlər Ermənistanda “məxməri inqilab”, yəni “rəngli inqilab”dan sonra yaşandı. Gürcüstan hökumətin son dövrlər Rusiya ilə daha sıx əməkdaşlığa başlamışdı. Bu baxımdan, baş verənləri geosiyasi proseslərin bir parçası hesab etmək olar”, – deyə müəllif yazır.

Andrey Korubko iddia edir ki, “inqilabların banisi” hesab edilən Corc Sorosun Cənubi Qafqaza sonuncu hədəfi Azərbaycandır.

Sorosun Azərbaycanla bağlı ŞOK HƏDƏFİ – SENSASİYALI MƏXFİ PLAN

PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan dərhal sonra Süleyman Şah Türbəsi əvvəlki yerinə köçürüləcək. “Yeni Şəfəq” nəşrinin məlumatına görə, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsi məsuliyyətini də üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.

Türk Ordusu bu əraziyə də GİRİR – Yeni əməliyyatın DETALLARI

Türkiyə əleyhinə bəyanatları ilə tez-tez gündəmə gələn və PYD/YPG terror təşkilatını dəstəkləyən amerikalı senator Lindsi Qraham Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaranı təhdid edib. Senator görüşün detalları barədə “Röyters” agentliyinə danışıb.

Senator Türkiyənin bölgədəki vəziyyətə müdaxilə etməməli olduğunu deyib.

“Suriyada ABŞ-ın hərbi varlığının vacib olduğunu və ABŞ qoşunlarının buranı tərk etməsinin yaxşı olmadığını bildirdim. Türkiyə Suriyada hərbi varlığını artırarsa, özünü bir bataqlıqda tapacağını dedim”, – senator vurğulayıb.

İran İslam İnqilabı Keşikçilər Korpusu digər ölkələrin neft daşımalarına mane olmaq üçün Hörmüz boğazını bağlamağa hazırdır. Bunu İran mətbuatına açıqlamasında SEPAH komandanının müavini İsmayıl Kusari deyib.

“Əgər İran neftinin ixracı dayandırılsa, biz digər ölkələrin də Hörmüz boğazından neft daşımasına izn verməyəcəyik. Bu ərazidən dünya neftinin 20%-i, Fars körfəzində hasil edilən neftin hamısı daşınır. Dünyanın bu neftə ehtiyacı var. ABŞ özünün düşmənçilik fəaliyyətinə görə ağır bədəl ödəyəcək”, – o bildirib.

İran parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb. Bunu jurnalistlərə açıqlamasında İran parlamentinin deputatı Əsədulla Karexani deyib. Onun sözlərinə görə, bu addım İrana ABŞ sanksiyalarının öhdəsindən gəlməyə imkan verəcək:

“İran nefti müəyyən məhsullar qarşılığında veriləcək ki, bu da ABŞ-ın İranın neft ixracının azaldılmasının qarşısını alacaq. Biz bank problemləri ucbatından dollar və avrodan istifadə edə bilmərik. Ona görə də Hindistan, Çin və Cənubi Koreya kimi neft idxal edən ölkələrdən məhsul idxalını həyata keçirəcəyik”.

Slovakiya Təl-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi qərarına gəlib. Bu barədə İsraildə rəsmi səfərdə olan Slovakiya parlamentinin spikeri Andrey Danko danışıb. Danko Qüdsdə Slovak Mədəniyyət Mərkəzi açacaqlarını da bildirib.

Rusiya ABŞ-dakı noyabr seçkisinə (Konqresə keçirilən seçki – red.) müdaxilə etməyə cəhd etsə, ABŞ tərəfi “əjdaha qanunları” qəbul etməyə məcbur olacaq. Bunu “Kommersant” qəzetinə müsahibəsində amerikalı senator Con Nili Kennedi deyib.

“Biz Rusiyanın belə addımına sərt və amansız cavab verəcəyik. Bizim reaksiyamızın sərtliyi Rusiyanın davranışlarından asılı olacaq”, – deyə o bildirib.

Berlin hərbi büdcəsini artırmayacağı halda ABŞ NATO-nun Brüssel sammitində Almaniyanı təhdid edə bilər.Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“Tramp müttəfiqlərindən hərbi büdcələrini 2020-ci ilə qədər ümumdaxili məhsullarının 2%-nə qədər artırmağı tələb edir. Berlin müdafiə xərclərini artırmaqdan imtina edəcəyi halda ABŞ Berlini Almaniyadan 35 minlik ABŞ kontingentini çıxaracağı ilə hədələyəcək”, – deyə agentliyin mənbəsi bildirib.

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini 31 yanvar 2019-cu il tarixinə qədər uzadıb. Bu haqda təşkilatın saytında bildirilir.

Dəqiqləşdirilir ki, Avropa İttifaqının sanksiyaları maliyyə, energetika və müdafiə sektorlarına yönəlib. Sanksiyalar 31 iyul 2014-cü il tarixində qəbul edilib.

Venesuela prezidenti Nikolas Maduro hərbçiləri ABŞ-ın mümkün təcavüzünü dəf etməyə hazır olmağa çağırıb. Bu haqda “Televisa” telekanalı bildirib.

“Mümkün təcavüzə hazırlığı bir saniyə zəiflətmək olmaz”, – Maduro çərşənbə günü hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Daha əvvəl ABŞ prezident administrasiyasının anonim nümayəndəsinə istinadən “Assoşieyted Press” agentliyi bildirib ki, 2017-ci ilin avqustunda Karakas barəsində sanksiyaların müzakirə olunduğu görüşdə prezidenti Donald Tramp öz köməkçilərinə Venesuelaya mümkün müdaxilə haqqında sual verib.

Maduronun sözlərinə görə, KİV-də gedən informasiya Vaşinqtonun böyük neft ehtiyatlarını tutmaq üçün Venesuelaya hərbi müdaxiləni planlaşdırdığı barədə iddiaları sübut edir.

“Təsadüf? Venesuela müxalifətçilərin Ağ Evə səfərindən sonra Trampın Venesuelaya müdaxilə imkanı haqqında danışması təsadüf deyil”, – Venesuela prezidenti vurğulayıb.

“Tramp ən müxtəlif sözləri deyə bilər, amma bunların heç bir qiyməti yoxdur. ABŞ-da mövcud olan sistemi nəzərə alsaq, Trampın nə Krımın tanınması, nə də sanksiyaların ləğvi haqqında sözlləri heç bir praktik mənaya malik olmayacaq”. Bunu Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşü şərh edən Rusiya jurnalisti İqor Yakovenko bildirib.

Tramp bu ölkəni beş saniyə ərzində Rusiyaya sata bilər – ŞOK İDDİA

Ukrayna prezidenti Pyotr Poroşenko Donbas separatçıları ilə böyük müharibənin başlanması haqqında razılaşır. Bu haqda “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko bildirib.

Onun sözlərinə görə, Poroşenko Donbasda eskalasiya vasitəsilə Ukraynada prezident seçkilərini keçirməməyə çalışır.

Böyük müharibə bu tarixə kimi başlayacaq – ŞOK RAZILAŞMA

Ö

Əvvəlki yazı

Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR

Sonrakı yazı

“Elmara güllə atıblar, insanlar isə sevinir, hamısı ermənidir…” – İCRA BAŞÇISININ QARDAŞI DANIŞDI

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.