24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qarabağ küçəsində etirazlar: Vahidə Əzizovadan şikayət var…

17 Mart 2022, 14:51
Cəmiyyət
A A

Bakıda və respublikamızın digər rayonlarında tikinti və abadlıq işləri gündən-günə böyük vüsət alır. Hər yerdə köhnə, istismar müddəti başa çatmış, qəzalı binaları söküb yerində yeni, müasir tələblərə uyğun yaşayış kompleksləri tikilir. Buna paytaxt sakinləri ilə bərabər şəhərimizin qonaqları da sevinir, aparılan işləri yüksək qiymətləndirirlər. Di gəl ki, bəzən görülən böyük işlərə kölgə salmaq, iş adamlarından daha çox qənimət əldə etmək istəyənlər də tapılır.

Məsələn, paytaxt sakini Vahidə Seyfəddin qızı Əzizova da belələrindəndir. O, neçə müddətdir Bakının Qarabağ küçəsində aparılan tikinti və abadlıq işlərinə mane olmaqdan ötrü dəridən-qabıqdan çıxır, hər cür yola əl atır. Həm şirkətin işini ləngitməyə cəhd edir, həm də sakinlərin narazılığına səbəb olur. V.Əzizovadan narazı sakinlərdən bir neçəsini fikirlərini öyrənmək üçün adıçəkilən ünvana yollandıq. Onlardan bir neçəsinin məsələyə münasibətini nəzərinizə çatdırırıq. 

Qarabağ küçəsi mənzil 37, ev 17-nin sakini T.Məmişov: “EAST Residence” MTK bizim köhnə binamızı söküb yerində müasir tələblərə uyğun bina tikəcəyini eşidəndə hamımız bir nəfər kimi sevinmişdik. Şirkətlə əvəzləşdirmə müqaviləsi bağlayıb mənzilimizi təhvil verdik. Tezliklə binamızı söküb inşaat işlərinə başalmalıydılar. Lakin hər şey söküntü işləri başa çatandan sonra başladı. Binamızın zirzəmisində illərədən bəri zibil yığıldığının, hətta qapısının nadir hallarda açıldığının şahidi olmuşduq. Vahidə Əzizova adlı bir şəxs bina söküləndən sonra zirzəminin bütün ərazisinin ona məxsus olduğunu, burada obyekt işlətdiyi haqda cəfəngiyyat danışmağa başladı. Halbuki binamızın zirzəmisində illərədən bəri zibil yığıldığının, hətta qapısının nadir hallarda açıldığının şahidi olmuşduq. Eşitdiyimə görə, şirkət rəhbərliyi ilə razılaşdıqdan sonra kiminsə təsirinə düşərək fikrini dəyişib. İndi bütün gün hüquq mühafizə orqanlarına, müxtəlif dövlət qurumlarına, internet TV-lərə şikayətlər edir, tikintiyə mane olmağa çalışır.

Qarabağ küçəsi mənzil 37, ev 4-ün sakini M.Həsənova: “EAST Residence” MTK bizim binanı söküb sakinləri yeni tikilən yaraşıqlı, müasir havalandırma sistemi olan mənzillərlə təmin etməyi öhdəsinə götürüb. Lakin bina söküləndən sonra üzünü belə görmədiyimiz Vahidə Əzizova adlı bir nəfər bizim istifadəmizdə olan zirzəmini qeyri-qanuni yolla özəlləşdirdiyini bildirərək hamımızın başağrısına çevrilib. Birinci mərtəbədə mənzilimin altını zirzəmi kimi istifadə etmişəm. İstifadə etmədiyim köhnə əşyalarımı orada saxlayırdım. Bina söküləndən sonra eşitdim ki, Vahidə Əzizova mənim istifadəmdə olan zirzəmini  də özəlləşdirdiyini deyib. Axı, zirzəmi özəlləşdirməyə verilirdisə niyə binanın sakinlərinin deyil kənar adamın adına texniki pasport verilib?

Qarabağ küçəsi mənzil 35, ev 13-ün sakini K.Təmirov: Son dövrlərə kimi hər şey yaxşı gedirdi. Köhnə binamızı təhvil verib kirayədə qalırıq. Hərdən köhnə həyətimizə gəlib tikinti işlərinin gedişi ilə tanış olmaq, nə vaxt binanın hazır olacağını öyrənmək istəyirik. Çox vaxt həyətdə Vahidə Əzizovanın peyda olduğunun şahidi oluruq. Bu insan heç nəyə məhəl qoymadan icazəsiz özünü gah tikinti zonasına soxub işləri dayandırmağa səy göstərir, gah tikintidə çalışanları nalayiq sözlərlə söyür, təhqir edir, gah da küçədə dayanıb özünün döyüldüyünü iddia edərək hər kəsi şərləyərək işlərin gedişinə əngəl törətməyə çalışır. Axı, bu nə vaxta qədər belə davam edəcək? Əgər Vahidə Əzizovanın hər hansı bir problemi varsa onu hüquq çərçivəsində həll etsin. Daha tikinti işlərini dayandırmaqla nə əldə edəcək? Binanın mənim kimi yüzlərlə sakini tezliklə öz evimizə köçüb qalan ömrümüzü uşaqlarımızın sevinc dolu günlərini görmək istəyirik.

Qarabağ küçəsi mənzil 35, ev 28-in sakini T.İbrahimov: Biz də digər qonşular kimi köhnə, qəzalı mənzilimizin sökülüb yerində müasir kompleksin tikləcəyi xəbəri eşidəndə sevinmişdik. Lakin neçə müddətdir mənzilimizi təhvil verib ərazidən köçsək də, Vahidə Əzizova adlı bir qadının zirzəmi oyununa görə tikinti işləri ləngiyir. Bütün günü işlərini atıb küçədə çığır-bağır salır. Özünü yerə yıxır, texnikanın qarşısında dayanıb hərəkətinə mane olur, ictimai yerdə söyüş və təhqir dolu ifadələr işlədir. Biz özümüz utandığımızdan onun yanından uzaqlaşırıq. Eşitdiyimə görə polisə şikayət edərək şirkətdən aldığı pulları, imzaladığı arayışı belə inkar edir. Zirzəmisində, guya gözəllik salonu olduğunu, əşyalarının oğurlandığını söyləyir. Halbuki onun dediklərini özündən başqa heç kəs nə görüb, nə də təsdiq edir. Bizim zirzəmi illərdir istifadəsiz qalmışdı. Nəmişlikdən, rütubətdən oraya girmək, nə isə obyekt açmaq heç kəsin ağlına gəlmirdi. Vahidə Əzizova da zirzəminin bir hissəsinə texniki pasport çıxararaq özününküləşdirib. Halbuki binanın sakinlərinin rəyi belə heç öyrənilməyib. Deyirlər qonşularımızın mənzillərinin altında olan və onların istifadəsindəki ərazini də qanunsuz yolla sənədləşdirib. İndi də şirkətdən qat-qat artıq ərazi tələb edir. Biz sakinlərin də, ərazidə tikinti aparanların da işinə maneçilik törədir. Bu qadın yalnız qalmaqallarla məşğuldur. Yaxşı olardı hüquq-mühafizə orqanları bu məsələyə son qoyardılar. Biz aylarla, illərlə kirayələrdə yaşamaq istəmirik. Tezliklə öz mənzilimizə köçüb rahat həyat tərzimizə dönməyi arzulayırıq.

Qarabağ küçəsi mənzil 35, ev 21-in sakini F.Qarayev: Uzun illərdir Qarabağ küçəsində yaşayıram. Binamız həqiqətən istismar müddətini başa vurmuşdu. Tikinti şirkəti bizə mənzilimizi əvəzləşdirib yeni binanın tikintisini təklif edəndə razılıq verdik. İndi neçə aydır kirayədə yaşayırıq. Binamızda zirzəmisi olan Vahidə Əzizova iki ayağını bir başmağa dirəyib hər yola əl atır ki, tikintini yubatsın. Hər dəfə eşidirik ki, müxtəlif tələblər irəli sürür. Özü də haray-həşirlə, şər-böhtan atarq. Guya onu döyürlər, əmlakını kimsə əlindən almaq istəyir. Sonradan öyrəndik ki, əslində isə bu səs-küyü yaratmaqla, müxtəlif dövlət qurumlarına müraciət edərək yeni sənədlər əldə etməyə, beləliklə şirkətdən əlavə mülklər almağa çalışırmış. Ərazidə söküntü işləri gedə-gedə zirzəminin digər hissəsinə də sənəd çıxarıb. Nədənsə, Vahidə xanım əlində olan sənədlərə uyğun deyil, binanın bütün zirzəmisinə sahib olmaq istəyir.

Heç kəsə haqq verilməyib ki, 100-dən çox ailənin səbirsizliklə gözlədiyi mənzillərin tikintisini yabatsın. Doğrudan da, şirkətlə onun arasında qane etməyən məqamlar varsa hüquqi müstəvidə problemini həll etməyə çalışsın. Qonşularımızın çoxu oğul evləndirmək, qız köçürmək istəyir. Heç kəs kirayədə qala-qala ovladına xeyir iş etmək istəmir.

Əlbəttə bu siyahını artırmaq da olar. Binanın sakinləri haqlı olaraq öz evlərinin tezliklə tikilib başa çatdırılmasını gözləyir. İnanırıq ki, inadkar Vahidə Əzizova da daşı ətəyindən töküb yüzlərlə sakinə yaratdığı narahatlığa görə məsuliyyətini dərk edəcək və qanun çərçivəsində problemini həll etməyə çalışacaq. Digər tərəfdən binanın tez başa çatması həm də V.Əzizovanın özünə sərfəlidir. Onun zirzəmisi də digər sakinlərin mülkü kimi bina tikilib başa çatdıqdan sonra sahiblərinə təhvil veriləcək. Bu sadə həqiqəti görməzdən gəlmək, yüzlərlə sakinin narahatlığına səbəb olmaq isə heç bir ölçüyə, insanlığa sığmır.

Əvvəlki yazı

Rus qoşunları daha bir şəhəri TUTDU

Sonrakı yazı

Rusiya Kiyevi yenidən atəşə tutub – Video

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.