16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qarabağ ətrafında təhlükəli durum – diplomatik həmlə geciksə, silahlar işə düşəcək…

14 May 2018, 09:48
Cəmiyyət
A A
Qarabağ ətrafında təhlükəli durum – diplomatik həmlə geciksə, silahlar işə düşəcək…

Ermənistanda hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ ətrafında situasiya dəyişikliyini də qaçılmaz edir; ukraynalı politoloq: “Qarabağ məsələsi Paşinyan üçün ”qırılmayan qoz” olacaq…“

Ermənistanın yeni və populist baş naziri Nikol Paşinyan küçə etirazları dalğasında ölkənin 1-ci şəxsi postunu tutar-tutmaz, xeyli “çırpı” yığdı. O sırada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə sərsəm bəyanat verdi və Azərbaycana, qardaş Türkiyəyə qarşı reallaşması heç vaxt mümkün olmayan şərtlər irəli sürdü.

Əlbəttə ki, müxalifətdə ikən maksimalist mövqe sərgiləmək, populist açıqlamalar vermək ayrı şeydir, artıq ölkənin sükanı arxasında durub yekə-yekə danışmaq – tam ayrı. Birinci halda səndən heç kim reallaşmayan vədlərə görə hesabat istəməz, baş nazir kimi verdiyin vədlərin fiaskosuna görə isə real bədəl ödəmək lazım gələcək. İnqilabların əsas xüsusiyyəti də odur ki, qalib xalq hakimiyyətə gətirdiyi şəxsdən çox qısa zamanda onun güzəranını yaxşılaşdırmağı, başqa sosial-iqtisadi problemlərin sürətli həllini umur.

Konkret halda söhbət həm də Ermənistanı ağır blokada rejiminə tuş edən, iqtisadi-siyasi böhrana soxan və əhalisini xaricə kütləvi köçə vadar edən Qarabağ konfliktinin nizamlanmasından gedir. Paşinyan bu işlərin öhdəsindən gələ biləcəkmi, yoxsa o da sələfləri kimi öz xalqını bir müddət aldatmaq yolu tutacaq? Ekspertlərin bu yöndə proqnozları diqqət çəkir.

*****

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, avantürist təbiətli Nikol Paşinyan onsuz da Dağlıq Qarabağda və Ermənistanda müxtəlif avantüralara gedəcək (Axar.az): “Paşinyan indi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası üzərində ”işləyir”. Bunu da o, Qarabağda bəyan etdi. Onun Dağlıq Qarabağda və Ermənistanda avantürizmləri isə bir gün onun özü üçün ciddi problemlər yarada və hakimiyyətinin ömrünün qısalması ilə nəticələnə bilər. Onsuz da Paşinyanı çətin günlər gözləyir. Məsələn, Rusiyanın Ermənistana yardımı kəsiləcək. ABŞ və Avropadakı erməni lobbisindən isə İrəvana, sadəcə, maddi dəstək gələcək. Həmçinin, Rusiyadan Ermənistana silah göndərilməsi də dayandırılacaq. Bu fonda ola bilsin ki, Rusiyadan Azərbaycana yeni silah növləri göndərilsin və Azərbaycanın atəş gücü daha da artırılsın. Nəticə etibarilə danışıqlar prosesi ilə bağlı o qədər qayğı göstərilməyəcək və tərəflər arasında müharibə şəraitinin yaranması an məsələsi olacaq”.

Qarabağda hərbi əməliyyatlar ile ilgili görsel sonucu

Politoloqa görə, Rusiya bundan sonra Paşinyan rejiminin çökməsi üçün əlindən gələni edəcək. “Bu prosesdə Moskvanın adamı, separatçı rejimin başçısı Bako Saakyan birbaşa Kremlin göstərişlərini yerinə yetirəcək. Bir sözlə, Paşinyanı qarşıda çox ciddi sınaqlar gözləyir”.

*****

Rusiyalı politoloq Andrey Yepifantsevə görə isə, çox çəkməyəcək ki, Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək. “Ermənistanın ”siyasi prinsiplərindən” (Qarabağ və qondarma erməni soyqırımı – red.) imtina etmədən, blokadada və nəqliyyat marşrutlarından kənarda qalmaqla iqtisadiyyatı qaldırıb, vətəndaşların yoxsulluq səviyyəsini necə aşağı salmaq olar?”, – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, hələlik, ermənilər hesab edirlər ki, siyasi prinsiplərdən imtina etməyəcəklər: “O zaman belə çıxır ki, hakimiyyətə ya sehrbaz gəlməli və nəzəri olaraq çarəsiz situasiyadan konfet düzəltməyi bacarmalı, ya da onların xərclərini başqaları ödəməlidir. Bunlar isə ya Rusiya, Avrasiya İttifaqı, ya Qərb, yaxud Rusiya-Qərb (birgə) və ya diaspor olmalıdır. Yəni kim edirsə etsin, amma qürurla öz prinsiplərinə sadiq qalsınlar. Bugünkü ana qədər belə cəhdlər Ermənistan üçün uğurlu olmayıb, amma çox aktiv şəkildə davam edir”.

Qarabağda hərbi əməliyyatlar  ile ilgili görsel sonucu

Ekspertin qənaətincə, Nikol Paşinyanın iqtisadi proqramı zəif və populistdir. “O, mikroskopik erməni bazarını monopoliyadan qurtarmaqdan, kölgə iqtisadiyyatı ilə mübarizədən və s.-dən danışır. Ermənistanın saxlanılmasına qaynaq kimi isə o, yenə strateji tərəfdaşlarını görür. Aktiv şəkildə varli diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir. Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib, vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidirlər. Paşinyanın proqramı Ermənistanın blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Məncə, bir il ərzində biz Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”, – deyə o əlavə edib.

*****

Öz növbəsində ukraynalı ekspert İqor Semivolos hesab edir ki, Dağlıq Qarabağ konflikti Ermənistanın yeni baş naziri üçün “qırılmayan qoz” olacaq. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli Vesi.az sayına müsahibəsində deyib.

“Onun mayın 9-da Qarabağa səfəri və bəyan eləməsi ki, Azərbaycan ”Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını tanımalıdır, fikrimcə, daxili auditoriyaya hesablanmış ritorikadan savayı bir şey deyil”, – politoloq vurğulayıb. Onun sözlərinə görə, Nikol Paşinyan hələ Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq məramı nəzərə alınmaqla Dağlıq Qarabağ ixtilafının həlli üzrə realist mövqe ortaya qoymalıdır. “Bu mövqenin nədən və hansı baza prinsiplərindən ibarət olacağı, habelə kompromislərin mümkün sərhədlərini biz Paşinyanın komandasına kimlərin daxil olmasından biləcəyik”, – deyə o əlavə edib.

Ancaq artıq bir şeyi əminliklə söyləmək olar ki, Ermənistanda küçə etirazların təsiri altında reallaşan baş nazir dəyişikliyindən və ardınca Paşinyanın diplomatiya qapılarını bağlayan məlum açıqlamalrından sonra Qarabağ məsələsi ətrafında təhlükəli bir dönəm yeişməkdədir. Bu üzdən əgər tezliklə Qarabağ məsələsində diplomatik həmlə baş verməsə, heç şübhəsiz, sülhün alternativi olan müharibə bütün ciddiliyi ilə gündəmə gələcək…

Əvvəlki yazı

Bakıda rektorun otağından yarım milyon manat oğurlandı – Film kimi hadisə

Sonrakı yazı

Bakıda lift qırıldı: xəsarət alanlar var

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.