22-01-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qalstuklu şeyx və məşhur səfir… – Bir şəklin tarixçəsi

19 Aprel 2021, 14:13
Cəmiyyət
A A
Qalstuklu şeyx və məşhur səfir… – Bir şəklin tarixçəsi

Diplomatik etiketlərdən danışanda deyirlər ki, diplomat hər bir ekstremal vəziyyətdə maksimum təmkinli olmalı, öz hisslərini vaxtında cilovlamağı bacarmalı, düzgün qərar qəbul etməlidir.

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında haqqında bəhs etdiyi Vəhdət Sultanzadə məhz o cür diplomatlardandır.

Təcrübəli diplomat Vəhdət Sultanzadə 28 ildən artıq müddət ərzində Əfqanıstan, İran, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif vəzifələrdə çalışıb, Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən yüzlərlə məqalənin və onlarla kitabın müəllifidir.

“Bir şəklin tarixçəsi” rubrikasında yayımladığımız bu fotonu da saytımıza Vəhdət müəllim təqdim edib.

Şəkildə əsas diqətçəkən məqam isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qalstuklu olmasıdır, bunu da yəqin ki, indiyə kimi çoxları görməyib.

Biz şeyxi adətən din xadimlərinin geyimində – əba və çalma papaqla görürük.

Yəni Allahşükür Paşazadə rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimdə olur. Adi günlərdə isə dindarların vahid geyim formasından istifadə edir.

Şəkillə bağlı qısa xatirəsini saytımızla bölüşən Vəhdət müəllim bildirib ki, bu görüş 1970-ci illərdə baş verib.

“Onda Allahşükür Paşazadə hələ şeyx deyildi, mən də səfir… Biz çox uzaq illərin dostlarıyıq.. Lap gənc yaşlarımızdan yaxın olmuşuq. Şəkli də Allahşükür Paşazadə tələbə olarkən çəkdirmişik”.

İndi Vəhdət Sultanzadənin 85, Allahşükür Paşazadənin 72 yaşı var.

Qeyd edək ki, Vəhdət Sultanzadənin diplomatik fəaliyyəti 1960-70-ci illərdən başlayır. Azərbaycan Dövlət Universitetini Şərqşünas-İranşünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Vəhdət Sultanzadə Əfqanıstanda tərcüməçi kimi diplomatik karyerasına başlayıb (1962-1966). Sonra XX əsrin 70-ci illərində SSRİ-nin İrandakı səfirliyində işinə davam edib.

Sovet dövründəki diplomatik karyerasını Türkiyədə davam etdirib, burada Vəhdət Sultanzadə 6 il konsul qismində əvvəlcə SSRİ-nin, daha sonra İstanbulda Azərbaycan və Rusiya Federasiyasının maraqlarını təmsil edib (1988-1994).

Dünya praktikasında ilk dəfə olaraq, ölkələrin rəhbərlərinin razılığına əsasən Vəhdət Sultanzadə iki il ərzində eyni zamanda iki ölkəni təmsil edib.

Vəhdət Sultanzadə sonralar  mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatının İdarəsinin rəhbəri təyin edilib

Vəhdət Sultanzadənin peşəkarlığı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 2010-cu ildə Türkmənistanda fövqəladə və səlahiyyətli səfir, 5 il sonra isə eyni vaxtda Əfqanıstanda səfir təyin edilib. 10 ildən çox Türkmənistanda çalışdıqdan sonra diplomatik xidmətini tamamlayıb.

A.Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir Ərəb” mədrəsəsində, 1971-75-ci illərdə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin İlahiyyat fakültəsində dini təhsilə yiyələnib.

1975-ci ildə Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb.

1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilib. 1990-1995-ci illərdə Azərbaycan Respubliksı Ali Sovetinin deputatı olub.

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qürultayında A. Paşazadə ömürlük Şeyxülislam seçilib.

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb.

Əvvəlki yazı

Prezident Pakistanla bağlı vacib sənəd imzaladı

Sonrakı yazı

Saatlıda yas mərasimi dayandırıldı

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

22 Yanvar 2026, 12:47
Azyaşlı “Bəhlulun xeyrinə 3:2 olacaq” demişdi, ondan forma istəyir — VİDEO

Azyaşlı “Bəhlulun xeyrinə 3:2 olacaq” demişdi, ondan forma istəyir — VİDEO

22 Yanvar 2026, 12:39
Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — VİDEO/FOTOLAR

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — VİDEO/FOTOLAR

22 Yanvar 2026, 12:24
Ağdamın ilk küçə adları — FOTO

Ağdamın ilk küçə adları — FOTO

22 Yanvar 2026, 12:22
Qumral: “Musayevlər ailəsini özümə düşmən bilirəm” — VİDEO

Qumral: “Musayevlər ailəsini özümə düşmən bilirəm” — VİDEO

22 Yanvar 2026, 12:21
“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik — FOTOLAR

“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik — FOTOLAR

22 Yanvar 2026, 12:19
Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

22 Yanvar 2026, 12:18
Şeyxin qudasının Məkkədə biznesi var? — Özündən AÇIQLAMA

Şeyxin qudasının Məkkədə biznesi var? — Özündən AÇIQLAMA

22 Yanvar 2026, 12:16
21 yaşlı oğlan küçədə infarktdan öldü – Foto

21 yaşlı oğlan küçədə infarktdan öldü – Foto

22 Yanvar 2026, 12:15
“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” – Anardan reaksiya

“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” – Anardan reaksiya

22 Yanvar 2026, 12:06
Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

22 Yanvar 2026, 12:04
Bəşər Əsədin əmisi öldü

Bəşər Əsədin əmisi öldü

21 Yanvar 2026, 16:34
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

21 Yanvar 2026, 16:24
Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb — VİDEO

Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb — VİDEO

21 Yanvar 2026, 16:10
Həbsxanadan çıxan Elşad Xose paylaşım etdi

Həbsxanadan çıxan Elşad Xose paylaşım etdi

21 Yanvar 2026, 16:07
“İnanın mənə, bu, xoş hissdir” – Prezident

“İnanın mənə, bu, xoş hissdir” – Prezident

21 Yanvar 2026, 13:18
4 ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı

4 ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı

21 Yanvar 2026, 13:16
İsa Həbibbəyli bu şəxsin çətiri altına giribmiş — FOTO

İsa Həbibbəyli bu şəxsin çətiri altına giribmiş — FOTO

21 Yanvar 2026, 13:15
İlham Əliyev İsrail Dövlətinin Prezidenti ilə görüşüb — FOTOLAR

İlham Əliyev İsrail Dövlətinin Prezidenti ilə görüşüb — FOTOLAR

21 Yanvar 2026, 13:13
Trampla Əliyev arasında məktub mübadiləsi oldu

Trampla Əliyev arasında məktub mübadiləsi oldu

21 Yanvar 2026, 13:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.