03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qalmaqallı “Sea Breeze işi” üzrə məhkəmə davam etdirilib, hakimin dəyişdirilməsi təklif olunub

13 Dekabr 2023, 11:30
Cəmiyyət
A A
Qalmaqallı “Sea Breeze işi” üzrə məhkəmə davam etdirilib, hakimin dəyişdirilməsi təklif olunub

“Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı ittiham olunan Cavad Muradov və Şamxal Məmmədovun növbəti məhkəmə iclası keçirilib.

Reportyor.ınfo Unikal-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə işə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılıb.

İşdə dövlət ittihamını prokuror Amin Şəkərəliyev müdafiə edir.

Bu iş üzrə zərərçəkən şəxslər Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə-dir.

İclasda çıxış edən C.Muradovun vəkili Vüqar Kazımov və Ş.Məmmədovun vəkili İlqar İsmayılov vəsatət qaldıraraq hakimə etiraz ediblər. Vəkil İlqar İsmayılov bildirib ki, bu məsələ ilə bağlı 2 fərqli cinayət işi var və onların hər ikisinə eyni hakim baxır. Ona görə də bu iş başqa hakimə verilməlidir.

Digər vəkil Vüqar Kazımov da vəkil həmkarının etirazı ilə razı olduğunu qeyd edib. Onun sözlərinə görə, hakimin özünə etiraz etməsi üçün əsaslar var.

“Azərbaycan Respublikası CPM-in 30-cu maddəsində nəzərdə tutulub ki, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir. Hakim heç olmasa bir dəfə baxılan işin və ya digər materialın mahiyyət üzrə həllinə aid olan məsələlər barəsində fikir bildirmişsə, onda o, bu və ya digər şəkildə öz əvvəlki fikrindən asılı olur, bu da cinayət işi və ya digər materiallara dair hər hansı halı qiymətləndirərkən onun qərəzsiz olacağını şübhə altına qoyur” , – deyə vəkil vurğulayıb.

İş üzrə zərərçəkən şəxslərin vəkilləri isə bu vəsatətə etiraz ediblər və hakimin dəyişdirilməsinə zərurət olmadığını bildiriblər.
Hakimə qərar vermək üçün prosesi dekabrın 21-nə kimi təxirə salıb.

Daha sonra hakim digər cinayət işi üzrə məhkəmə iclasını keçirib.

Bu işdə isə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşib. Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib.

Bu iş üzrə isə Elnur Məmmədov və Cavad Muradov zərərçəkmiş şəxs kimi tanınıblar.

Bundan əvvəlki iclasda müstəntiqin dindirilməsi ilə bağlı vəsatət qaldırılıb. Belə ki, əvvəlki iclasda sərbəst ifadə verən M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Onun sözlərinə görə, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb.

Bugünkü iclasa müstəntiq gəlməyib. Hakim M.Ə-yə bildirib ki, o, Ceyhun adlı müstəntiqin ondan ifadə aldığını bildirib.

“Ceyhun adlı 2 müstəntiq var. Siz onun soyadını dəqiq demədiyiniz üçün biz hansı olduğunu müəyyən edə bilmirik”, – deyə hakim qeyd edib.

İttiham olunan şəxslərin vəkilləri müstəntiqin gəlməsinə ehtiyac olmadığını bildiriblər.

Prokuror Amin Şəkərəliyev isə müstəntiqin iclasda iştirakının zəruri olduğunu və ona suallarının olduğunu söyləyib.

Sənədlərin tədqiqi davam etdirilib. Hakim cinayət işində olan videoya baxılmasını təklif edib. Vəkillər buna da ehtiyac olmadığını qeyd ediblər və bildiriblər ki, həmin videomaterial sosial şəbəkədə yayılıb və hamı onu görüb.

Bu iş üzrə isə məhkəmə iclası dekabrın 19-na kimi təxirə salınıb.

Qeyd edək ki, məhkəmə işində adı keçən Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.

Qalmaqallı “Sea Breeze işi” üzrə məhkəmə davam etdirilib, hakimin dəyişdirilməsi təklif olunub

Əvvəlki yazı

Bu nazirlik yeni idarəetmə modelinə keçir – Nə dəyişəcək?

Sonrakı yazı

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.