04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qalib xalqın şəhid xəbərinin ardı nə vaxt kəsiləcək? – Könül İsmayılovadan cavab

13 Yanvar 2022, 11:49
Cəmiyyət
A A
Qalib xalqın şəhid xəbərinin ardı nə vaxt kəsiləcək? – Könül İsmayılovadan cavab

Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan əsgərlərinin olduğu mövqelərə atəş açmaları nəticəsində bir Azərbaycan əsgəri şəhid olub…

MMP-nın sədr müavini: “İkinci Vətən Müharibəsində Azərbaycanın çaldığı qələbdən sonra 10 noyabr və 11 yanvarda imzalanan bəyanatlara Ermənistan əməl etmir. Son zamanlar həm cəbhə bölgəsində, həm sərhəddə baş verən təxirbatlar çoxalıb”.

“Biz düşündük ki, 28 ildən sonra şəhidlərimizin qanı bahasına qalib gəldik və bundan sonra şəhidlərimiz olmayacaq. Amma qələbədən sonra da Azərbaycan xalqı şəhid xəbəri eşidir və şəhid qarşılayır. Bu çox ürək ağrıdan məsələdir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova son günlərdə cəbhədə baş verən təxribatların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Azərbaycan-Ermənistan sərhədindəki erməni əsgərlərinin Kəlbəcərdə hərbi xidmətdə olan Azərbaycan əsgərlərinin olduğu mövqelərə atəş açmaları nəticəsində bir Azərbaycan əsgəri şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda isə bildirilir ki, Azərbaycanın Kəlbəcər rayonu sərhəd xəttində Ermənistan əsgərləri Azərbaycan mövqelərini atəşə tutub. Günorta saatlarında edilən hücumda Azərbaycan əsgəri Ayaz Nəzərov şəhid olub. Azərbaycan ordusunun müdaxiləsi ilə qarşı tərəf susdurulub.

Qeyd edək ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.

Bəs qalib xalqın şəhid xəbərinin ardı nə vaxt kəsiləcək? Azərbaycan orudusu niyə hər erməni təxribatı nəticəsində şəhid verir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Şəhidlərimizin sayı daha da çoxalmadan tez bir zamanda qətiyyətli addımlar atılmalıdır”.

Onsuz da ölkənin daxilində də vəziyyətin yaxşı olmadığını və insanların psixologiyasının pozulduğunu vurğulayan Könül İsmayılova əlavə edib ki, bir yandan artan qiymətlər, bir yandan da sərhəddə olan gərginliklər insanlara çox pis təsir edir. Buna görə də bütün bunların qarşısını almaq lazımdır:

“İkinci Vətən Müharibəsində Azərbaycanın çaldığı qələbdən sonra 10 noyabr və 11 yanvarda imzalanan bəyanatlara Ermənistan əməl etmir. Son zamanlar həm cəbhə bölgəsində, həm sərhəddə baş verən təxirbatlar çoxalıb. Təbii ki, təxribatların çoxalması da hər birimizi narahat edir. Hər dəfə erməni təxribatı olanda Asərbaycan ordusu şəhid verir. Artıq müharibə bitəndən sonra təxribatlar nəticəsində şəhid olan hərbiçilərimizin də sayı artır.

Əgər müharibə bitibsə, Azərbaycan qələbə qazanıbsa, sərhədlərimiz müəyyənləşməlidirsə, niyə Azərbaycan şəhid verməlidir? Həmçinin biz hələ torpaqlarımızı tam azad etməmişik və bayrağımızı bütöv Azərbaycana sancmamışıq. Bununla belə biz düşündük ki, 28 ildən sonra şəhidlərimizin qanı bahasına qalib gəldik və bundan sonra şəhidlərimiz olmayacaq. Amma qələbədən sonra da Azərbaycan xalqı şəhid xəbəri eşidir və şəhid qarşılayır. Bu çox ürək ağrıdan məsələdir.

Biz qələbə əldə etdiyimizə görə arxayın olmamaləyıq. Demək olar ki, Ermənistan tərəfi hər gecə təxribat törədir. Düzdür, Ermənistanın təxribatlarının ordumuz tərəfindən qarşısı alınır. Amma bu qarşıalınma şəhid bahasına başa gəlir. Qalib xalq kimi valideyn min bir əziyyətlə böyütdüyü övladını əsgər yola salır, amma şəhid xəbəri gəlir.

Könül İsmayılova: “Qalib xalq kimi valideyn min bir əziyyətlə böyütdüyü övladını əsgər yola salır, amma şəhid xəbəri gəlir”.

Düşünürəm ki, Azərbaycan dövləti qəti addımlar atmalıdır. Şəhidlərimizin sayı daha da çoxalmadan tez bir zamanda qətiyyətli addımlar atılmalıdır. Bildiyimiz kimi artıq iki ildir pandemiya şəraitində yaşayırıq. Buna görə də onsuz da insanların psixologiyası pozulub. Eyni zamanda bir yandan artan qiymətlər, bir yandan da sərhəddə olan gərginliklər insanlara çox pis təsir edir. Buna görə də bütün bunların qarşısını almaq lazımdır. Dünyada baş verən proseslərdən dərs çıxarmalıyıq.

Onu da qeyd edim ki, yenidən sülhməramlıların komandanlğı dəyişdi. Bununla artıq neçənçi dəfədir ki, bu addımlar atılır. Amma yaxşılığa doğru heç bir nəticə əldə olunmur. Əgər əldə olunsaydı sülhməramlılar ərazidə ola-ola Ermənistan təxribatlar törədə bilməzdi. Sülhməramlılar öz missiyalarını doğru yerinə yetirmirlər. Onlar ancaq öz məqsədləri üçün oradadırlar. Buna görə də baş verən təxribatlara da göz yumurlar. Amma təbii ki, bundan ziyan çəkən də xalqımız olur. Şəhid verməyimiz də buna sübutdur ”.

Əvvəlki yazı

Yollar buz bağlayacaq, DYP sürücülərə müraciət etdi

Sonrakı yazı

Borca görə axtarışda olan 64 nəfər SAXLANILDI

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.