“Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçusu Maura İkardi ilə görüşüb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, görüş zamanı argentinalı hücumçunun Türkiyə Superliqasının 27-ci turunda “Adana Demirspor”la matçdan (2:0) sonra etdiyi hərəkəti müzakirə edib. İkardi sözügedən oyunda 84-cü dəqiqədə əvəzlənib. 30 yaşlı futbolçu ehtiyat oyunçular skamyasında əyləşmək əvəzinə birbaşa paltardəyişə otağına yollanıb. O, komandanın matçdan sonra qələbə sevincində iştirak etməyib və stadiondan ayrılıb.
O.Buruk məşq zamanı İkardi ilə bununla bağlı danışıb. Futbolçu qol vurmadığına əsəbiləşdiyi üçün bu cür addım atdığını bildirib.
Bildirilib ki, “Qalatasaray” rəhbərliyi oyunçuya etdiyi hərəkətə görə hən hansı cəza tətbiq etməyəcək.