Qalatasaray” klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda “Göztəpə” üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub. “Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.
Reportyor.info xəbər verir ki,“Qalatasaray” 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində “Fənərbağça” və “İstanbul Başakşehir”i 3 xal qabaqlayıb.
Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb. “Fənərbaxça”nın 19, “Beşiktaş”ın isə 15 titulu var.

