20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qadınlarımız belə xəyanətkardırlar? – “Pisdirsə, tüpür get evdən”

08 Sentyabr 2020, 13:45
Sosial
A A
Qadınlarımız belə xəyanətkardırlar? – “Pisdirsə, tüpür get evdən”

Azərbaycanda qadınlara qarşı zorakılıq faktları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik mərhələyə qədəm qoyduğunu desək, bəlkə də yanılmarıq. Təkcə son aylardakı kriminal hadisələrin xronologiyasına nəzər yetirsək, durumun həqiqətən ağır olduğu üzə çıxar.

Reportyor.info xəbər verir ki, Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva qadın cinayətlərinin artmasında sosial şəbəkələri günahlandırıb:

“Bu çox acınacaqlı haldır. Hər dəfə qadın qətli ilə bağlı yeni xəbər görəndə çox pis oluram. Bəzən görürsən ki, bu qətllərə haqq qazandıranlar da olur, hətta onların arasında qadınlar özü də çoxluq təşkil edir. Şərhlərdə yazırlar ki, “Öldürülmədi idi”, “Yaxşı at özünə qamçı vurdurmaz”. Bu elə bir şeydir ki, heç bir qadın bundan sığortalanmayıb. Ər sözü “ərən” sözündən yaranıb, yəni arxa, dayaq. Biz kişiləri arxa-dayaq hesab etmişik, amma bu gün bunun əksini görürük. Sovet dövründə belə şeylər yox idi, bilmirəm, bəlkə də vardı, sadəcə o vaxt sosial şəbəkələr yox idi, çox yayılmırdı. Mənə elə gəlir ki, bunlar hamısı sosial şəbəkələrin günahıdır”.

Sənətçi məişət problemlərini işıqlandıran verilişlərin yayımınının dayandırılmasını istəyib:

“Bu halların qarşısını almaq üçün qadın təşkilatları müəyyən işlər görməlidirlər, mütləq şəkildə təbliğat işləri aparılmalıdır.

Efirlərdə elə verilişlər var ki, orada məişət mövzusunda olan qalmaqallar işıqlandırılır, məncə, bunlar mütləq yığışdırılmalıdır. Biz elə bilirik ki, bunları göstərmək yaxşıdır, amma belə deyil, görürük ki, əks təsirini göstərməyə başlayır. Belə verilişlər olmamalıdır, biri evdən qaçır, biri ərinə xəyanət edir, bu tip mövzular açıq şəkildə təbliğ olunur. Mən istəməzdim ki, bunlar müzakirə olunsun. Əksinə, nümunəvi ailələri efirlərə çıxarmaq, onları təbliğ etmək lazımdır.

Ailədə oğul böyüdən analar düzgün təbliğat aparmalıdır, öz uşaqlarına normal nümunə göstərməlidirlər”.

Aktrisa qadın hüquqlarını müdafiə edən təşkilatların artıq həyəcan təbili çalmalı olduğunu deyib:

“Mənim fikrimcə, evlənməmişdən öncə mütləq şəkildə tərəflər analiz verməlidir, narkomaniya ilə bağlı testlər verməli, psixi cəhətdən müayinə olunmalıdır.

Bundan başqa sanki ağsaqqallar, ağbirçəklər bir qədər kənarda qalıblar, hər şey dəyişib. Bu çox təhlükəli bir şeydir, ailə cəmiyyətin tərkib hissəsidir, əgər o ailədə xoşbəxtlik yoxdursa, sabah bunun axırı necə olacaq? Deməli, sonda cəmiyyət özü bədbəxt olacaq. Hər gün biz bu təhlükəni görürük, hər dəfə televizoru açırsan bir qadın öldürülür. Başı kəsilir, mən az qala havalanıram. Bu nə deməkdir? Bizim kişilər tamam başqa cür idi, bu nə psixologiyadır? Dəhşətə gəlirəm.  Mütləq təbliğat dəyişdirilməlidir. Qadın hüquqlarını qoruyan təşkilatlar həyəcan təbili çalmalıdırlar. Bəziləri buna elə belə baxırlar. Ödürülən qadınlar bizim ölkəmizin vətəndaşıdır, deməli hər bir ölüm bizə, cəmiyyətə, dövlətə ziyandır. Get-gedə vəziyyət ciddiləşir, ailədə kiçik bir qalmaqal olan kimi başlayırlar bir-birinin başını kəsməyə. Hamısının da adını qoyurlar xəyanət. Yəni bizim qadınlarımız belə xəyanətkardırlar? Qadınlarımız çox namuslu, qeyrətli, zəhmətkeş olurlar, kiçik çiyinlərində nə qədər yük daşıyırlar. Elə kişilər var ki, heç işləmirlər, evdə otururlar, qadın gedir işləyir, qazanıb gətirir. Düzdür, başqa  cür də qadınlarımız var, mən hər şeyi kişilərin üzərinə ata bilmərəm, amma heç kəsin qadınları qətlə yetirməyə haqqı yoxdur, pisdirsə, ayrıl, tüpür get evdən”.

Əvvəlki yazı

Sentyabrın 15-də “Bilik günü” keçirilməyəcək -RƏSMİ

Sonrakı yazı

İxtisas seçiminin vaxtı açıqlandı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.