05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək” adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib

09 Dekabr 2019, 19:55
Cəmiyyət
A A
“Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək” adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib
RHİM İB-in hazırladığı “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək” adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə  “Ailədaxili şiddətlə  mübarizədə aydınların rolu” adlı tədbir və  “Qadına qarşı zorakılığa  YOX deyək” adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib. JW Marriot Absheron  Baku  oteldə keçirilmiş tədbirdə əvvəlcə sosial çarxa baxış oldu. Daha sonra Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək Azərbaycan qadınının tarixin bütün dövrlərində cəmiyyətdəki rolu, ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın gənc qadınlarımız üçün gözəl örnək olması,  qadının ailədə mövqeyi, qadına verilən yüksək dəyərdən danışıb. “Tarixə nəzər salsaq, tarixən qadınlar kişilərlə bərabər cəmiyyətin müxtəlif sahələrində fəallıq göstərmiş, uğur qazanmışlar. Bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni, iqtisadi və digər sahələrində uğurla təmsil olunur, cəmiyyətə fayda verir. Lakin bununla belə, təkcə ölkəmizi deyil, bütün dünyada aktual olan qadına qarşı şiddət mövzusu zaman-zaman gündəmə gəlir. “Odur ki, vətəndaş cəmiyyətinin təmsilçisi kimi, RHİM İB olaraq, qərara gəldik ki, cəmiyyətin diqqətini bu aktual mövzuya cəlb edək.  Hazırladığımız sosial çarxda cəmiyyətin müxtəlif sahələrində fəal olan kişi ziyalılarımızın qadınların cəmiyyətdə mövqeyi və ailədaxili şiddətlə bağlı fikirlərə yer ayrılıb. İnanırıq ki, bu sosial çarxda səslənən yüksək fikirlər cəmiyyətə mesaj olaraq, öz müsbət təsirini göstərəcək.” Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Qadınlara qarşı Zorakılıqla Mübarizə həftəsi çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, uzun müzakirələrdən sonra 2010-cu ildə “Məişət zorakılığı” haqqında Qanun qəbul edilib. O, öz çıxışında ailədaxili şiddətdən söhbət düşərkən  ailədaxili münasibətlərdə mənəvi psixoloji zorakılığın, sarsıntısının da aktual olduğunu bildirdi. Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman  Səbinə Əliyeva geniş çıxış edərək məişət zorakılığı fonunda qadın hüquqları barədə məlumat verdi, ailədaxili zorakılıq hallarının ailənin bütün üzvlərinə mənfi təsirindən danışdı. Selektiv abortlar, erkən nikah barədə danışan Ombudsman bu mövzuların omdusman aparatının diqqətində olduğunu xüsusi vurğuladı. Daha sonra V çağırış Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxış edərək RİHM İctimai Birliyinin bu cür aktual mövzuda tədbir keçirməsini,  sosial çarx hazırlamaqla, diqqəti bir daha bu mövzuya yönəltməsini təqdir etdiyini bildirdi. Qeyd etdi ki, bu cür maarifləndirici sosial çarxların əhəmiyyəti və təsiri olduqca önəmlidir. Tədbirdə Qarabağda vətənimizin müdafiəsində fəallıq göstərmiş qadınlarımızı, qazilərimizi xüsusui salamlayan Qənirə Paşayeva ölkəmizin qanlı-qadalı günlərində onların Qarabağ müharibəsində mənəvi-psixoloji bir sıra çətinliklərlə üzləşdiyini xatırlatdı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündə neçə-neçə günahsız qadın-qızlarımızın amansızcasına qətlə yetirildiyini, işgəncələrə məruz qaldığını vurğuladı.  Bildirdi ki, çəkilmiş sosial çarx cəmiyyətin qadına qarşı şiddətə olan mövzuya fikrini dəyişəcək. “Şiddətə heç bir bəraət verilə bilməz. Ailədə böyüyən uşaq şiddət mühitində tam yetkin vətəndaş kimi böyüyə bilməz. Şiddətin qurbanı əsasən qadınlar olduğuna görə  əsas diqqət qadınlara qarşı şiddətə qarşı mübarizəyə yetirilir. Azərbaycan kişi aydınları sosial çarxda qadınlara qarşl şiddət əlehinə öz fikirlərini səsləndirdi. Bu ziyalılarımız cəmiyyətimizdə sayılıb seçilən və ailədə də örnək insanlardır. Mən ümid edirəm ki, onların qadınlarla bağlı yüksək fikirləri cəmiyyətimiz üçün də örnək olacaq”. Daha sonra qardaş Türkiynın  tanınmış  sənətçisi, qadına qarşı zorakılığa qarşı mübarizədə fəal rol oynayan Haluk Ləvənt çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirdi, kişiləri bu nmövzuda daha fəal olmağa çağırıb. RİHM İctimai Birliyinin sədri Arzu Bağırova Haluk Ləvəntə bu fəaliyyətindən dolayı təşəkkürünü plaketi təqdim edib və onun Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olmasını vurğulayaraq ona Qarabağ simvollarını özündə əks etdirən qalstuk hədiyyə edərək inşallah Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da yaxın günlərdə sizin xeyriyyə konsetinizdə görüşək deyib. Daha sonra Qarabağ qazisi, paralimpiya çempionu, cüdoçu  İlham Zəkiyev qadınlara qarşı zorakılığın qəbuledilməz olduğunu bildirdi, qadınlarımızın müxtəlif sahələrdə, o cümlədən idmanın bir çox sahələrində ölkəmizi uğurla təmsil etdiyini, bayrağımızı dalğalandırdığını vurğuladı və bütün qadınlara  uğurlar arzu etdi. Daha sonra çıxış edən V çağırış üzrə Milli Məclisin deputatları Aydın Hüseynov, Azər Badamov, xalq artistlərimiz Mənsum İbrahimov və  İlqar Muradov, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, eləcə də Qarabağ müharibəsində iştirak etmiş bir sıra döyüşçülərimiz, onları təmsil edən bir sıra təşkilatların rəhbərləri,  professor  Yaqub Qurbanov, bir sıra ziyalılarımız    ailədaxili zorakılığa qarşı mübarizə ilə bağlı fikirlərini bildirdilər, RHİM İctimai Birliyinin bu layihəsini yüksək qiymətləndirdilər.  Tədbirdə Mənsum İbrahimovun ifası alqışlarla qarşılandı. Sonda çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova diqqətə görə təşəkkür etdi və vətəndaş cəmiyyətinin üzvü olaraq, bu cür maarifləndirici mövzularla bağlı fəaliyyətlərini davam etdirəcəklərini, yeni layihələr üzərində çalışdıqlarını bildirdi. Sonda  “Qadına qarşı zorakılığa, ailədaxili  şiddətə  YOX deyək” adlı maarifləndirici sosial çarxa təkrar baxış olub.
Sosial çarxı aşağıdakı linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=7Z42IgY2JgU&feature=youtu.be
Əvvəlki yazı

“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…” – ReAl

Sonrakı yazı

“Eurohome” külə döndü, helikopterlər cəlb olundu – Foto/Video

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.